Amea Lenkeran Regional Elmi Merkezi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi (LREM) — Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrindən və regional elmi mərkəzlərindən biri.
AMEA Lənkəran Regional Elmi Mərkəzi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 2005 |
Tabelik | Azərbaycan Milli Elmlər Akademiyası |
Baş qərargah | Bakı |
Ünvan | Azərbaycan Respublikası, Lənkəran şəhəri, Ş. Axundov küç. 18 AZ |
Rəhbərlik | |
direktor | Mehman Əliyev |
|
|
Rəsmi saytı | lrem.az |
Tarixi
redaktəAzərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Lənkəran Regional Elmi Mərkəzinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq yaradılmışdır.Lənkəran Regional Elmi Mərkəzi dövlət siyasətinə uyğun olaraq, 2022-ci ilin sonlarından başlayaraq AMEA-da yeni islahatlara əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət Akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına, Azərbaycan xalqının etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, dilinin, folklorunun, ədəbiyyatının, maddi və qeyri-maddi mədəni abidələrinin, qədim əlyazmalarının, mədəniyyətinin, incəsənətinin, milli-memarlıq məktəblərinin, tarixinin, müasir çağırışlar, nəzəri-metodoloji və sosial-antropoloji baxışlar, o cümlədən Azərbaycançılıq prinsipləri əsasında araşdırılmasına yönəldilmişdir.[1]
Strukturu
redaktəAMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin struktur bölmələri
- Tarix və ədəbiyyat şöbəsi
- Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsi
- Çay və subtropik bitkilər şöbəsi
- Nadir sitrus bitkiləri laboratoriyası
- Herontoloji tədqiqatlar şöbəsi
- İnsan resursları şöbəsi
- Təchizat və xidmət şöbəsi
- Mühasibatlıq
- Kitabxana
Direktorlar
redaktəFərman Quliyev — 2015–2023-cü illərdə.
Mehman Əliyev — 2023-cü ilin noyabr ayından günümüzədək.
Əsas fəaliyyət istiqamətləri
redaktəLənkəran-Astara bölgəsinin floristik tərkibinin, müxtəlifliyinin öyrənilməsi və qiymətləndirilməsi;
Nadir bitkilərinin bioekoloji və fitosenotik xüsusiyyətlərinin öyrənilməsi;
Lənkəran – Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, morfoloji bioloji təsərrüfat xüsusiyyətləri, onların məhv olmaq təhlükəsindən qorunması, bərpa edilməsi, müasir seleksiya baxımından qiymətləndirilməsi, yeni sortların seçilməsi və yaradılması;
Azərbaycanın Cənub-Şərq regionunun arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, numizmatik fondun və muzeyin yaradılması, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsi, kataloqlaşdırılması və digər istiqamətlərdə elmi-tədqiqat işləri həyata keçirilməsi.
Əldə etdiyi əsas elmi nəticələr
redaktəMərkəz tərəfindən çayın klon seleksiyası üzrə uzun illər aparılan tədqiqat işləri nəticəsində toplanılmış 50-dən çox forma – klonun bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəriciləri "Azərbaycan-2" çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib.
Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə yaradılmış limon sort-formlarından yeni "Lənkəran Meyeri" – ağçiçək sortunun alınmasında, naringi sort-formlarının isə qiymətli ilkin material kimi yeni narıngi "Karlik tezyetişən" sortunun yaradılmasında istifadə edilib. Yeni sortlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib.
Lənkəran-Astara bölgəsində yabanı floranın və mədəni bitki ehtiyatlarının biomüxtəlifliyinin qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparılıb və genefondun qorunması üçün təkliflər hazırlanıb.
Cənub-Şərq regionunda tapılan eramızdan əvvəl I əsrdən başlayaraq eramızın XVIII əsrinin sonuna qədərki dövrə aid sikkələrin topoqrafik, tərkib özəllikləri və təyinatları verilərək, elmi dövriyyəyə daxil edilib, sikkə tapıntıları əsasında regionun siyasi və ictimai-iqtisadi durumu şərh olunub.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Lənkəran Regional Elmi Mərkəzi" (az.). science.gov.az. Archived from the original on 2023-08-01. İstifadə tarixi: 2024-09-01.