Amea Felsefe Ve Sosiologiya Institutu - Wikipedia
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | elmi-tədqiqat institutu |
Yaradılıb | 1945 |
Digər məlumatlar | |
Direktor | İlham Məmmədzadə |
Ünvan | AZ1073, Bakı ş., H.Cavid pr., 115 |
Sayt | philosophy.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
İnstitutda Azərbaycan və dünya fəlsəfə tarixi, ictimai-siyasi fikir, müasir dünyanın sosial-mənəvi inkişafı, elmi-idrakın fəlsəfi-sosioloji məsələləri, sosial-psixologiyanın aktual problemləri, fəlsəfənin yeni istiqamətləri, gender, multikiulturalizmin fəlsəfi problemləri mövzularında tədqiqatlar aparılır.
Tarixi
redaktə1945-ci il yanvarın 23-də Azərbaycanda fəaliyyət göstərən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Azərbaycan Elmlər Akademiyasına çevrildi. Yaradıldığı ildən akademiyanın nəzdində 4 bölmə, 16 elmi-tədqiqat institutu, 3 muzey fəaliyyətə başlayıb. Fəaliyyətə başlayan institutlardan biri də "Fəlsəfə İnstitutu" olub.[1][2] İnstitut 1945–1950-ci illərdə "Fəlsəfə İnstitutu", 1950–1956-cı illərdə "Tarix və Fəlsəfə İnstitutu", 1956–1967-ci illərdə Azərbaycan EA-nın "Fəlsəfə sektoru", 1967–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutu", 2002–2009-cu illərdə "Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu", 2009–2013-cü illərdə "Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, 2013–2016-cı illərdə "Fəlsəfə və Hüquq İnstitutu", 2016–2020-ci illərdə "Fəlsəfə İnstitutu" adı altında fəaliyyət göstərib. 2020-ci ilin noyabr ayından isə "Fəlsəfə və Sosiologiya İnstitutu" adlandırılıb.[3][4]
Fəaliyyət istiqamətləri
redaktəFəlsəfə və Sosiologiya İnstitutunun fəaliyyət istiqamətləri əsasən Azərbaycan və dünya fəlsəfə tarixi, ictimai-siyasi fikir, müasir dünyanın sosial-mənəvi inkişafı, elmi, elmi-idrakın fəlsəfi-sosioloji məsələləri, məntiq elminin təşəkkülü və inkişafı, sosial-psixologiyanın aktual problemləri, fəlsəfənin yeni istiqamətləri, gender, multikiulturalizmin fəlsəfi problemləri, informasiya cəmiyyətinin və vətəndaş etikasının formalaşması, davamlı inkişafın nəzəri-fəlsəfi və sosioloji problemlərini, Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkə daxili siyasi proseslərin fəlsəfəsi və sosiologiyasını əhatə edir.[1]
Direktorları
redaktəMüxtəlif illərdə instituta rəhbərlik edən alimlər:
- 1945–1950-ci illər — akademik Aleksandr Makovelski;
- 1950–1956-cı illər — f.e.d. Vitali Səmədov, t.e.d. Məmməd İsgəndərov, t.e.d.Əliövsət Quliyev;
- 1958-ci il — f.e.d. Mehbalı Qasımov;
- 1958–1959-cu illər — f.e.d. Əddin Şakirzadə;
- 1959–1984-cü illər — akademik Firudin Köçərli;
- 1985–1987-ci illər — f.e.d. Zahid Orucov;
- 1987–1995-ci illər — akademik Aslan Aslanov;
- 1995–2001-ci illər — f.e.d. Əli Abasov;
- 2002–2008-ci illər — f.e.d, prof. Yusif Rüstəmov;
- 2008-ci ildən — f.e.d. İlham Məmmədzadə.
Strukturu
redaktəFəlsəfə və Sosiologiya İnstitutunda 25 şöbə fəaliyyət göstərir:[5]
- Azərbaycan fəlsəfə tarixi şöbəsi[6]
- Estetika şöbəsi
- Etika şöbəsi
- Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi
- İdrak nəzəriyyəsi və məntiq şöbəsi
- İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri
- İslam fəlsəfəsi şöbəsi
- Müasir fəlsəfə problemləri şöbəsi
- Sosial fəlsəfə və ekoloji problemlər şöbəsi
- Sosiologiya şöbəsi
- Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsi
- Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası
- Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsi
- Sosial psixologiya şöbəsi
- Təhsil şöbəsi
- Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsi
- Beynəlxalq əlaqələr şöbəsi
- İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
- Elektron xidmətlər şöbəsi
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Fəlsəfə İnstitutu". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutu". www.philosophy.edu.az. 2024-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
- ↑ "Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqat istiqamətləri genişlənir". science.gov.az (az.). 2020-10-09. İstifadə tarixi: 2024-11-04.
- ↑ "Azərbaycanda 5 institutun adı dəyişdirildi". anews.az (az.). 2024-04-22. İstifadə tarixi: 2024-11-04.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutu". www.philosophy.edu.az. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutu". www.philosophy.edu.az. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.