Abs Metbexi - Wikipedia
ABŞ mətbəxi (ing. Cuisine of the United States) və ya amerikan mətbəxi (ing. American cuisine) — ABŞ-də müxtəlif yemək üslublar. Dünyanın müxtəlif hissələrindən mədəniyyət, irq və dinlərin qarışığı Amerika mətbəxinin müxtəlifliyini asanlıqla izah edir.
|
Bir çox millətlərin mətbəxi
redaktəAmerika mətbəxinin zənginliyi Hindililər, Afrikalılar, və həmçinin Avropa və Asiya immiqrantların tə’siri nəticəsində formalaşıb. Müxtəlif regionlarda məskən salan etnik qruplar aşpazlıq mədəniyyətinə tə’sir göstəriblər.[1][2] Əlavə olaraq, ölkənin böyük ərazisi də Amerika mətbəxinin müxtəlifliyinin səbəblərindən biridir.[3]
Fəstfud
redaktəŞübhəsiz, fəstfud[4][5] anlayışı birbaşa Amerika mətbəxi ilə asosiassiya edilir.[6][7] Fastfud dedikdə, dərhal ən populyar Amerikan yeməkləri olan hot-doq,[8][9][10] hamburger[11][12] yada düşür. Bu yeməklər hal hazırda bütün dünyada çox populyardır və onları dünya ölkələrin əksəriyyətində dadmaq olar. Amerika mətbəxi ən çox fast fud ilə əlaqələndirilir. Fast fud adətən bayırda nahar zamanı tez tələsik yeyilən çox kalorili və o qədər sağlam olmayan qida deməkdir.
Süfrədə tərəvəzlər
redaktəƏnənəvi şorbalar, kekslər, marinadlar və yaxud tərəvəz və meyvə tərkibli salatlar Amerikan mətbəxinin ayrılmaz tərkib hissəsidir. Şirin qarğıdalı və balqabaq kimi qidalı tərəvəzlərin vacibliyini nəzərdən qaçırmamalıyıq. Qarğıdalı müxtəlif şəkildə süfrəyə verilir. Yağ və duzla verilən bişmiş qarğıdalı, popkorn, və ya korn doqs — üzərində qarğıdalı xəmiri olan yaxşı qızardılmış sosiskalar ən populyar yeməklərdəndir. Balqabaq burada həmçinin xüsusi tərəvəz sayılır. O, əsasən 31 okyabr tarixində qeyd olunan Xelouinlə əlaqələndirilir. Xelouin zamanı bütün Amerika rəngini narıncı rəngə dəyişir, və evləri lampa şəklində bəzəyən içi oyulmuş bu tərəvəzin yanından keçmək qeyri-mümkün olur. Ən populyar yeməklər balqabaq şorbası və balqabaq piroqudur.
Amerikan ənənəsi
redaktəŞükran günündə süfrəyə verilən içi doldurulmuş hind quşu, şirin kartof və quşüzümü sousu kimi yeməklər də həmçinin Amerikan mətbəxinin ayrılmaz hissəsidir. Bütün ailə süfrənin arxasında yığılıraraq əldə etdiyi məhsula görə tanrıya dua və şükür edir. Amerikada dostlarla görüşmək üçün o qədər səbəb var ki – barbekü, qril qonaqlıqları tez-tez təşkil olunur. Bağda qonaqların qəbulu da çox populyardır. Qrildə ətdən və tərəvəzlərdən tutmuş meyvəyə kimi hər şey bişirmək mümkündür. Amerikan barbekü qonaqlığında adətən müxtəlif souslarla verilən qabırğalar və toyuq qanadları istifadə olunur. Amerikan mətbəxində salatlardan da çox istifadə olunur. Kahı ilə Sezar salatı, vineqret, və ya tərəvəzlər və bərk bişirilmiş yumurta ilə Şefin salatı da çox populyardır. Başqa populyar salatların sırasında mayonezli kələm və yerkökü salatı və kərəviz, alma və qozdan hazırlanan Valdorf salatıdır.
Tipik yeməklər və ərzaqlar
redaktə- Amerikan pendiri — kəsmik, yağ və digər süd məhsulları əlavə olunmaqla hazırlanan süd məhsulu (75–95 °C temperaturda hazırlanır);
- Yerfındığı pastası — yerfındığından hazırlanan pasta;
- Tako
- Bagel
- Bifşteks
- Barbekü
- Hamburger
- Hot-doq
- Pizza
Şirniyyat
redaktəİstinadlar
redaktə- ↑ "The Cultural Capital of Everywhere". The Huffington Post. March 27, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 16, 2015.
- ↑ "Destination America . When did they come? - PBS". Pbs.org. January 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 16, 2015.
- ↑ "Brothertown Culture - Indian Country Wisconsin". Mpm.edu. September 21, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 12, 2016.
- ↑ Jakle, John. Fast Food: Roadside Restaurants in the Automobile Age. Johns Hopkins University Press. 1999. ISBN 0-8018-6920-X.; Brueggemann, Walter. Texts Under Negotiation: The Bible and Postmodern Imagination. Fortress Press. 1993. ISBN 0-8006-2736-9.
- ↑ Talwar, Jennifer. Fast Food, Fast Track: Immigrants, Big Business, and the American Dream. Westview Press. 2003. ISBN 0-8133-4155-8.
- ↑ Hellesvig-Gaskell, Karen. "Definition of Fast Foods | LIVESTRONG.COM". LIVESTRONG.COM. March 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 3, 2016.
- ↑ Pietrangelo, Ann; Carey, Elea. "13 Effects of Fast Food on the Body". Healthline. September 4, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 20, 2016.
- ↑ "Anniversary of Hot Dog, Bun" (PDF). Binghamton (NY) Sunday Press. 29 November 1964. səh. 10D. 18 June 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 February 2018.
- ↑ Zwilling, Leonard. "Trail of Hot Dog Leads Back to 1880's". New York Times. 27 September 1988. səh. A34. 21 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2013.
- ↑ Lavin, Cheryl. "Hot dog! 2 mustard moguls who relish their work". Chicago Tribune. 24 September 1980. səh. E1.
- ↑ Nancy Ross Ryan (February 6, 1989). Great American food chronicles: the hamburger. (restaurant marketing) Arxivləşdirilib 2013-01-16 at the Wayback Machine. Restaurants & Institutions. Reed Business Information, Inc. (US).
- ↑ Ozersky, Josh. The Hamburger: A History. Yale University Press. 2009. səh. 19. ISBN 978-0-300-15125-1. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-27.
Ədəbiyyat
redaktə- Bertolli, Paul; Alice Waters. Chez Panisse Cooking. New York: Random House. 1988..
- Crocker, Betty. Betty Crocker Cookbook: Everything You Need to Know to Cook Today (10, illustrated, revised). John Wiley & Sons, Incorporated. 2005. ISBN 978-0-7645-6877-0..
- Crowgey, Henry G. Kentucky Bourbon: The Early Years of Whiskeymaking'. Kentucky: The University Press of Kentucky. 1971..
- Danforth, Randi; Feierabend, Peter.; Chassman, Gary. Culinaria The United States: A Culinary Discovery. New York: Konemann. 1998..
- Fried, Stephen. Appetite for America: How Visionary Businessman Fred Harvey Built a Railroad Hospitality Empire That Civilized the Wild West (Bantam; 2010)
- Glasse, Hannah. Art of Cookery Made Easy. London. 1750..
- Oliver, Sandra L. Food in Colonial and Federal America. London: Greenwood Press. 2005..
- Oralia, Michael. "Demand for Ethnic & International Foods Reflects a Changing America". National Restaurant Association. April 5, 2005. April 3, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 8, 2009..
- Pillsbury, Richard. No Foreign Food: The American Diet in Time and Place. Westview. 1998..
- Porterfield, James D. Dining by Rail: The History and Recipes of America's Golden Age of Railroad Cuisine. New York: St. Martin's Press. 1993. ISBN 0-312-18711-4.
- Prodhomme, Paul. Paul Prodhomme's Louisiana Kitchen. New York: William Morrow. 1984. ISBN 0-688-02847-0..
- Puck, Wolfgang. The Wolfgang Puck Cookbook. New York: Random House. 1986.
- Root, Waverly; De Rochemont, Richard. Eating in America: a History. New Jersey: The Ecco Press. 1981..
- Smith, Andrew F. The Oxford Encyclopedia of Food and Drink in America. Oxford: Oxford University Press. 2004..
- Tower, Jeremiah. California Dish, What I Saw (and cooked) at the American Culinary Revolution. New York: Free Press/Simon & Schuster. 2004..
- Tower, Jeremiah. New American Classics. Harper & Row. 1986..
- Van Aken, Norman. Feast of Sunlight. New York: Ballantine/Random House. 1988. ISBN 0-345-34582-7.
- Veit, Helen Zoe. Modern Food, Moral Food: Self-Control, Science, and the Rise of Modern American Eating in the Early Twentieth Century (2013)
- Barber, Katherine, editor (2004). The Canadian Oxford Dictionary, second edition. Toronto, Oxford University Press. ISBN 0-19-541816-6.
- Edge, John T. Hamburgers & Fries : an American Story. G.P. Putnam's Sons. 2005. ISBN 0-399-15274-1. History and origins of the hamburger
- Trage,. The Food Chronology: A Food Lover's Compendium of Events and Anecdotes, From Prehistory to the Present. Owl Books. 1997. ISBN 0-8050-5247-X.
- Allen, Beth. Great American classics Cookbook. Hearst Books. 2004. ISBN 1-58816-280-X.
- Smith, Andrew. Hamburger: A Global History. Reaktion Books. 2008. səh. 128. ISBN 978-1-86189-390-1.