Asqabad Beynelxalq Hava Limani - Wikipedia
Aşqabad Beynəlxalq Hava Limanı (Türkməncə: Aşgabat halkara howa menzili) (IATA: ASB, ICAO: UTAA), Türkmənistanın paytaxtı Aşqabadda yerləşən hava limanıdır. Hava limanı şəhər mərkəzinin 10 km şimal-qərbində yerləşir.
Aşqabad Beynəlxalq Hava Limanı | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Aşgabat halkara howa menzili | |||||||||||||||
| |||||||||||||||
37°59′13″ şm. e. 58°21′39″ ş. u.HGYO |
|||||||||||||||
IATA: ASB – ICAO: UTAA | |||||||||||||||
Məlumat | |||||||||||||||
Hava limanı tipi | İctimai | ||||||||||||||
Ölkə | |||||||||||||||
Yeri | Aşqabad, Türkmənistan | ||||||||||||||
Açılış tarixi | 1994 | ||||||||||||||
Sahibkar | Türkmənistan dövləti | ||||||||||||||
Operator | Türkmənistan Hava Yolları | ||||||||||||||
Dəniz səviyyəsindən hündürlüyü |
211 m / 692 ft | ||||||||||||||
Xəritə | |||||||||||||||
|
|||||||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||||||
|
|||||||||||||||
Statistika (2016) | |||||||||||||||
|
|||||||||||||||
Rəsmi saytı | |||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Hava hərəkətinə nəzarət qülləsi və 3.700 metr uzunluğundakı pistə sahib köhnə hava limanı 1994-cü ildə açıldı və ölkənin ilk prezidenti Saparmurat Türkmənbaşının adını aldı. Yeni hava limanı 2016-cı ildə tamamilə yenidən dizayn edildikdən və yenidən inşa edildikdən sonra açıldı.
Aşqabad Beynəlxalq Hava Limanı, 2016-cı ildə 1,3 milyon sərnişin ilə Türkmənistanın ən işlək hava limanıdır.
Tarixi
redaktəSovet dövrü
redaktəTürkmənistan mülki aviasiyasının başlanğıcı 1927-ci il kimi qəbul olunur. Bu tarixlərdə Turtkul və Ürgənc ərazilərində uçan Türkmənabad və Daşoğuz arasında aviaxətt fəaliyyətə başladı. Bu uçuş üçün Almaniyadan alınan dörd nəfərlik Junkers F.13 ilə Sovet Kalinin K-4 təyyarələri istifadə olunurdu. Bu aviaxətt üçün 8 aviaşirkət xidmət göstərirdi. Daha sonra 1932-ci ildə sərnişinlərin daşınması üçün yenidən Sovet təyyarələri alındı. Bunlar arasında altı nəfərlik Kalinin K-5 təyyarəsi və 12 yerlik Tupolev ANT-9 təyyarələri də var idi. 1932-ci ildə Türkmənistan SSR Hava donanmasının yenidən təchizatı ilə digər məntəqələrə transfer olmadan Çarcov Aeroportunda birbaşa Çarçov-Dağoğuz arasında xidmət göstərən hava bölməsi yaradıldı.
Müstəqil Türkmənistan
redaktə1994-cü ildə açılan hava limanının binası və terminalı saatda 1600 sərnişin tutumuna malikdir. Sovet dövründə hava limanı yalnız daxili uçuşlar üçün istifadə olunurdu. Bu gün hava limanı həm sərnişinlər, həm də yük daşımaları üçün fəaliyyət göstərən bir sıra xarici hava yollarına xidmət verməkdədir.
Türkmənistan prezidenti Saparmurat Türkmənbaşının Türkmənistanı yeni bir Küveytə çevirmək istəyinin bir hissəsi olaraq, özünəməxsus fərqli bir hava limanı inşa etməyə çalışdı. Bu təşəbbüs, hava hərəkətinə nəzarət qülləsinin pistin səhv tərəfində tikilməsinə səbəb oldu. Əzəmətli yeni terminal artıq pilotlara rəhbərlik edərkən hava trafik nəzarətçilərinin görünüşünü əngəlləyirdi. İnşaat mühəndisləri bu məsələni Türkmənbaşiyə çatdırsalar da, Türkmənbaşı terminalın bu şəkildə daha yaxşı göründüyünü dedi.[1] 2013-cü ildə terminal binası söküldü.
2012-ci ildə Türkmənistan hökuməti, Oğuz Xan adını daşıyacaq Aşqabadda yeni bir beynəlxalq hava limanının inşası üçün beynəlxalq bir tender elan etdi. Tenderi 1990-cı illərin sonlarından bəri Türkmənistanda fəaliyyət göstərən bir Türk inşaat şirkəti olan Polimeks şirkəti qazandı. Yeni hava limanı 17 sentyabr 2016-cı ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən açıldı.[2] Layihə təxminən 2,3 milyarda ərsəyə gəldi.
Obyektlər
redaktəHava limanı Türkmən quşu şəklində son dərəcə qeyri-adi bir terminal dizaynına malikdir. Yeni hava limanı ildə 14 milyon sərnişinə xidmət göstərir və saatda 1600 sərnişin daşımaq gücünə malikdir. Hava limanının bütün xidmətləri 24 saat fəaliyyətdədir. İkinci kateqoriyada, ILS və platformalarla təchiz edilmiş iki pist ona hər cür təyyarə qəbul etməyə imkan verir. Qapalı sahəsi 350.000 kvadratmetr olan hava limanı, sərnişin terminalı, VIP terminalı, illik yük tutumu 200.000 ton olan yük terminalı, yeni hava nəqliyyatına nəzarət qülləsi (ATC), darfüzel təyyarələr üçün üç texniki xidmət anqarı, yeni yanacaqdoldurma məntəqələri, qida xidməti, yanğınsöndürmə bölməsi, uçuş simulyasiyası, təmir və texniki xidmət binaları, 3000 avtomobillik avtodayanacaq, mülki aviasiya məktəbi və tibb mərkəzinə malikdir. Həmçinin hava limanında sərnişin gözləmə otaqları, xidmət pasportu, gömrük, sərhəd nəzarəti, 24 saat referans xidməti, VIP və CIP otaqları, iş klubu, bilet kassası (Türkmən Hava Yolları), mağazalar, barlar, fast-food məntəqələri, valyuta mübadiləsi, yeni bir baqaj idarə etmə konveyer sistemi, beynəlxalq telefon, ana və uşaq otağı və aviaşirkət ofisləri (Star Alliance və Türk Hava Yolları) mövcuddur. Hava limanı həmçinin Airbus A380 və Boeing 747–8 kimi genişfüzel, ikimərtəbəli reaktiv təyyarələrə xidmət göstərmək üçün 3800 metrlik yeni bir pistə sahibdir.[3]
26 mart 2014-cü il tarixində Prezident Qurbanqulu Berdiməhəmmədovun qatıldığı bir mərasimlə kiçik bir sərnişin terminalının açılışı oldu.[4] Terminal, Keçmiş Sovet dövründən qalma hava limanının (avtobus dayanacağından sonra) yerləşdiyi 2013-cü küçədə (Kosmonavtlar Bulvarı) yerləşir. Baş sərnişin terminalının tikintisi dövründə müvəqqəti terminal Aşqabada gedən və gələn sərnişinlərin xidmətində idi. Baş terminal istismara verildikdən sonra terminal çarter uçuşları üçün istifadə olunur.
Aviaşirkətlər və istiqamətlər
redaktəSovet İttifaqı dövründə hava limanı yalnız daxili uçuşlara xidmət etmək üçün istifadə olunurdu. Bu gün yerli hava yolu donanmasının təyyarələrinə əlavə olaraq həm sərnişin, həm də yük uçuşlarını həyata keçirərək dünyanın müxtəlif xarici hava yollarının təyyarələrinə xidmət göstərir.
Sərnişin
redaktəHava yolu şirkəti | Uçuş nöqtəsi
|
---|---|
Belavia | Sezonluq: Minsk |
Çin Southern Hava Yolları | Urumçi |
Flaydubay | Dubay |
S7 Hava Yolları | Domodedovo |
Türk Hava Yolları | İstanbul |
Türkmənistan Hava Yolları | Abu Dabi, Almatı, Amritsar, Ankara, Balkanabad, Banqkok-Suvarnabhumi, Pekin, Birminhem, Daşoğuz, Dehli, Dubay, Frankfurt, İstanbul, Ciddə, Kazan, Kuala Lumpur, Mərv, Domodedovo, Sankt-Peterburq, Türkmənabad, Türkmənbaşı |
Yük
redaktəHava yolu şirkəti | Uçuş nöqtəsi
|
---|---|
AeroLogiq | Frankfurt, Honkonq |
Koin Hava Yolları | Tbilisi |
Türk Hava Yolları Karqo | Dəkkə, İstanbul |
Türkmənistan Hava Yolları Karqo | Abu Dabi, Brno, İstanbul |
Volqa-Dinyeper Hava Yolları | Stavanger |
Karqoluks | Lüksemburq, Tbilisi, Taybey, Çjençjou, Budapeşt, Cakarta |
İstinadlar
redaktə- ↑ Ghost Wars, Steve Coll; pg. 303 along with the corresponding footnote on pg. 627.
- ↑ "The President of Turkmenistan took part in the opening of new Ashgabat International Airport". Turkmenistan. The Golden Age. 17 sentyabr 2016. 18 sentyabr 2016 tarixində mənbəsindən [ölü keçid] arxivləndi. 18 aprel 2020
- ↑ "Türk firması Türkmenistan'da 2.25 milyar dolarlık ihale kazandı – Hürriyet EKONOMİ". Hurriyet.com.tr. 15 yanvar 2013-cü il tarixində mənbəsindən arxivləndi. 18 aprel 2020
- ↑ "Golden Age". Turkmenistan. 24 may 2014 tarixində mənbəsindən [ölü keçid] arxivləndi. 18 aprel 2020.
Xarici linklər
redaktə- ashgabatairport.gov.tm — Rəsmi saytı
- UTAA üçün aeroport məlumatı – Great Circle Mapper saytında.
- World Aero Data saytında UTAA hava limanı üçün məlumat.