Asina Helu - Wikipedia
Xallıq İşbara Yabqu xaqan (əsl adı Aşina Helu 阿史那賀魯, taxt adı İşbara xaqan 沙缽略可汗) — Nuşibilər tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. Son müstəqil xaqandır.
Xallıq İşbara Yabqu xaqan | |
---|---|
Fars mənbələrində - بیژن | |
653 – 657 | |
Əvvəlki | İrbis Şekuy xaqan |
Sonrakı | Aşina Buçjen (Nuşibi) Aşina Mişe (Tulu) |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Çanqan, Çin |
Dəfn yeri | Ba çayının sahili |
Atası | Böri Şad |
Uşağı | Aşina Siyun |
Dini | Tenqriçilik |
İlk illəri
redaktəAtası Qafqaz tudunu Böri şad idi. Yabqu titulunu 633-cü ildə Nişa Tulu xaqandan almışdı. Nuşibilərin dəstəyi ilə İrbis Şekuy xaqana qarşı 646-cı ildə üsyana cəhd etmiş, lakin məğlub olub Çinə qaçmışdı. 651-ci ildən öncə isə Tan sülaləsində bir sərkərdə idi.
Xaqanlığa gəlişi
redaktə651-ci ildə Çinə üsyan edərək xaqan olmuşdu. Xaqanlığa gəldikdən sonra İşbara Teriş xaqanın ayırdığı Nuşibi aymaklarına teginlər təyin etmişdi:
- Asiqi Küyü Tegin
- Qeşu Küye Tegin
- Basayqan Dunşibo Tegin
- Asiqi Nişu Tegin
- Qeşu Çoban Tegin
Tulu aymaklarına isə çorlar təyin etmişdi:
- Çumuqun Çor
- Xuluvu Kyüe Çor
- Neşetidun Çor
- Tuçişi Xeloşi Çor
- Şunişi Çoban Çor.
Sonrakı illəri
redaktəXaqanlığı əvvəl Tan sülaləsi ilə dost şəraitdə idarə edən xaqan getdikcə işğalçı siyasətə keçdi. 651-ci ilin payızı Çinin qərbinə — indiki Sincan və Qansuya hücuma keçdi. Bundan istifadə edən İnan Cençu yabqu 653-cü ildə Səmərqəndəcən irəliləyə bilmişdi.
İmperatorun əmri ilə Çin sərkərdəsi Su Dinqfanq parçalama taktikasından istifadə edərək tayfaları bir-bir ələ keçirdi. Bu işdə Uyğurlar da iştirak edirdi. Daha sonra Çinə geri dönən Dinqfanq əsas işğal işini Hsiao Sieyə (蕭嗣業) tapşırmışdır. Aşina Buçjen və Aşina Mişenin birləşmiş orduları qarşısında məğlub oldu. Tulular Buçjenə, Nuşibilər isə Mişeyə təslim oldular. Xaqan isə oğlu Siyun Bağaturla birlikdə öncə Çaç şəhərinə qaçdı. Lakin şəhərin hakimi İnye Tarxan xaqanı əsir edərək Aşina Yuankinə təslim etdi. Xaqan Çanqana gətirildi. Beləliklə Qərbi Göytürk xaqanlığı da süqut etdi.
Xallıq İşbara əsir edilərkən sərkərdə Hsiaoya demişdir:[1]
Ailəsi
redaktəQumilyova görə atası Böri Şad, Eduard Şavannesə görə isə İrbis Şekuy xaqandır.[2] Övladları:
- Aşina Siyun — Çinə getmiş, sarayda Sağ Seçkin Atlı Mühafizəçilər sərkərdəsi titulu almışdır. Atasının xaqan elan olunmasından sonra Bağatur Yabqu titulu almışdır.
- Adı bilinməyən bir qız — Xuluvu (胡禄居) Çor ilə evli idi.[2]
Ölümü
redaktəXaqan Çanqanda 659-cu ildə vəfat etdi. Məzarı İllig xaqanın məzarının yanındadır.
Mənbə
redaktə- Гумилёв Л. Н. Древние тюрки. — СПб.: СЗКЭО, Издательский Дом "Кристалл", 2002. — С. 576. — ISBN 5-9503-0031-9.
İstinadlar
redaktə- ↑ Şi-Ci Tonqcian 6310,6311 : "…阿史那賀魯既被擒,謂蕭嗣業曰:「我本亡虜,為先帝所存,先帝遇我厚而我負之,今日之敗,天所怒也。吾聞中國刑人必於市,願刑我於昭陵之前以謝先帝。」上聞而憐之。賀魯至京師, 甲午,獻於昭陵。敕免其死,分其種落為六都督府,其所役屬諸國皆置州府,西盡波斯,並隸安西都護府。賀魯 尋死,葬於頡利墓側。"
- ↑ 1 2 Kapusuzoğlu, Gökçen. (2018). BATI GÖKTÜRK KAĞANI AŞİNA HE-LU (KUTLUG)’NUN TÜRKÇE ADI VE BİYOGRAFİSİ ÜZERİNE BİR İNCELEME. 19.