Aggol Dovlet Tebiet Qorugu - Wikipedia
Ağgöl Dövlət Təbiət Qoruğu -1978-ci ilin 2 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağgöl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 1298 saylı sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər artırılmış və Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik-çöl və yarımsəhra landşaftlarından ibarət olmuşdur.
Ağgöl Dövlət Təbiət Qoruğu | |
---|---|
Yaradılma tarixi | 1978, 2 mart |
İdarəetmə orqanı | AETSN |
Göl | Ağgöl |
Meşə | Tuqay |
Faunası | canavar, qunduz, tülkü, porsuq, dovşan, qaşqaldaq, sultan toyuğu, turac, bəzgək, qızılqaz, qırmızıdöş qazlar |
Yerləşməsi | |
40°00′ şm. e. 47°39′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağcabədi |
Yerləşməsi | Kür-Araz Ovalığının Mil Düzənliyi |
Yaxın şəhər | Ağcabədi və Beyləqan |
Ağgöl Milli Parkı | |
|
|
|
Qoruğun ümumi sahəsinin 2,1 ha-nı (40,6 %) təmiz su sahəsi, 2,26 min ha-nı (43,6 %) qamış cəngəllikləri, 20 ha-nı (0, 38 %) adalar təşkil edir.
İqlimi
redaktəBuranın yayı quraq keçən yarımsəhra və quq çöllərin mülayim – isti iqlim tipi hakimdir. Burada günəş radiaiyasının illik miqdarı 131, radiasiya balansı isə 45 kkal/kv.sm –dir. Havanın orta illik temperaturu 14 dərəcəyə çatır. Yağıntının illik miqdarı 330 mm-dən artıq deyildir. Buradakı iqlim şəraiti ərazidəki quşların və məməli heyvanların xeyli miqdarda məskunlaşması üçün optimal şərait yaratmşdır.
Ümumi sahənin çoxunu Ağgöl təşkil edir. Ağgöl öz sahəsinə görə respublikanın ən böyük göllərindən biridir. Maksimum dərinliyi 1,5 – 2 m, orta dərinliyi isə 0,8 m-dir. Yayın sonuna qədər gölün suyu xeyli zalır və dərinliyi 20–25 sm-ə çatır.
Bitki örtüyü
redaktəƏrazidə yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə 30-a qədər bitki növünə rast gəlinir.
Ağgöl Dövlət Təbiət Qoruğunun ərazisində əsasən çimli-bataqlıq, boz-çəmən torpaqlar yayılmışdır. Göldən uzaqlaşdıqca torpaqların tip və yarımtiplərinin, onların fiziki xüsusiyyətlərinin dəyişilməsi aydın nəzərə çarpır. Yovşanlı, şoranotlu, efemerli bitkilər inkişaf edir. Onar ərazidə müəyyən heyvan və quşların məskunlaşmasında müsbət rol oynayır.
Heyvanat aləmi
redaktəHeyvanlar aləmi qızılqaz, boz, qaşqa, qırmızıdöş qazlar və s. ilə yanaşı enli burun, qırmızıdimdik, qızılbaş və digər ilə zəngindir. Həmçinin burada qaşqaldaq, sultan toyuğu, turac, bəzgək, çobanaldadan quşları da yaşayır. Ağgöl Dövlət Təbiət Qoruğunda yayılmış məməli heyvanlarda canavar, qunduz, tülkü, porsuq, dovşan və s. olur. Eləcə də çəki, naxa, sıf və digər balıq növləri də vardır.[1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ İbrahimov Tahir. Azərbaycanın qoruqları. Bakı 2015.