Agahuseyn Resulzade - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Ağahüseyn Əli oğlu Rəsulzadə (1884, Bakı – 1938, Bakı) — Azərbaycan şairi və publisisti, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Ağahüseyn Rəsulzadə | |
---|---|
Ağahüseyn Əli oğlu Rəsulzadə | |
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 1938 |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı |
Həyatı
redaktəAğahüseyn Rəsulzadə 1884-cü ildə Azərbaycanın Bakı quberniyasının Balaxanı qəsəbəsində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı təhsil komitəsi tərkibinə seçilmişdir. İstedadlı proletar şairi və publisist kimi kəskin siyasi məqalələri və əsərləri ilə fərqlənmişdir. Onun poeziyasında vətəndaşlıq pafosu güclü idi. 1917-ci il fevral inqilabından sonra RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilmişdir. Balaxanı Rayon Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, sonra isə sədri olmuşdur. Bakı Sovetinə üzv seçilmişdir.
Bir sıra məsul partiya və sovet vəzifələrində çalışmışdır (1928–1933). Şuşada "Azərbaycan ədəbiyyatı cəmiyyəti" şöbəsinə başçılıq etmişdir. Azərbaycan Yazıçılar İttifaqının yaradıcılarından biri olmuşdur. Həyatının son dövrlərində "Yeni yol" qəzeti redaksiyasında redaktor müavini işləmişdir. "Nöqsanlarımız" (1911), "Muzdur" kitablarının müəllifi olmuşdur. 1938-ci il cəza tədbirləri dövrünün qurbanı olmuşdur.
Kitabları
redaktə- Nöqsanlarımız. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911, 15 səh.
İstinadlar
redaktə Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |