30 Avqust Qelebe Gunu Turkiye - Wikipedia
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında[1] hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram.
30 Avqust Qələbə Günü | |
---|---|
Rəsmi adı | 30 Ağustos Zafer Bayramı |
Ölkə | |
Qeyd olunmağa başlayıb | 1926[1] |
Həsr olunub | Dumlupınar döyüşü[2] |
Başlayır | 30 Avqust, 1922-ci ildən bəri |
Tarix | 30 avqust |
Vikianbarda əlaqəli mediafayllar |
Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır.
Arxa plan
redaktəBöyük Saldırı, Türk ordusunun İstiqlaliyyət Müharibəsi əsnasında işğal güclərinə son zərbəni təmin etməsi üçün planlaşdırılan gizli bir əməliyyat idi. Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə başkomandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında almış və hazırlıqları gizli olaraq icra etmişdi. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başladı və Türkiyə torpaqlarının qaytarılması - Türk ordusunun qələbəsi ilə başa çatdı.
Bayramın tarixi
redaktə30 Avqust günü, ilk dəfə 1924 Dumlupınarda Çal Kəndi yaxınlarında Prezident Mustafa Kamalın qatıldığı bir mərasimlə Başkomandir zəfəri adıyla qeyd olunmuşdur. Qələbə Gününü qeyd etmək üçün iki il gözləmənin ən əhəmiyyətli səbəbi 1923-ci il Yeni Türkiyə baxımından həm milli, həm də beynəlxalq sahədə sıxlığın yüksək mərhələdə olması idi.
1926-cı ildən Qələbə Günü olaraq qeyd olunur.