21st Century Fox - Wikipedia
20th Century Studios — ABŞ-də film studiyası və kino şirkəti. 14 may 2017-ci ildə Walt Disney Pictures 52.7 milyard ABŞ dolları qiymətinə 20th Century Fox şirkətinin televiziya və kino aktivlərini alıb.[3][4] Hazırda Disney Entertainment bölməsi olan Walt Disney Studios'a daxildir.
20th Century Studios | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | film sənayesi |
Məhsulu | proqram təminatı[1] |
Təsis tarixi | 31 may 1935, 1985 |
Struktur | |
İşçi sayı |
|
Ana şirkət | The Walt Disney Studios[d] |
20thcenturystudios.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkət haqqında
redaktə"20-ci Əsr Foks Kinostudiyası" Hollivudun 6 ən böyük studiyasından biridir. Los-Ancelesdə, Beverli Hillsin qərbində yerləşən studiya "News Corporation" şirkətinə məxsusdur. "20th Century Fox" 1935-ci ildə iki şirkətin birləşməsi nəticəsində yaranmışdı. Bunlardan birincisi 1915-ci ildə əsası qoyulmuş "Fox Film Corporation", ikincisi isə 1933-cü ildə təsis edilmiş "Twentieth Century Pictures" şirkətləri idi.
Studiyanın ən uğurlu filmləri sırasında "Star Wars" ("Ulduz Müharibələri"), "Ice Age" ("Buz Dövrü")," X-Men" ("İks-adamlar"), "Die Hard" ("Məğlubedilməz"), "Alien" ("Yad"), "Planet of the Apes" ("Meymunlar Planeti"), "Home Alone" ("Evdə Tək") film seriyaları, "The Simpsons" ("Simpsonlar"), "Family Guy" ("Qriffinlər") və "American Dad!" ("Amerikalı Ata!") animasiya serialları və s. var. Studiyanın ilk məşhur ulduzu Şirli Templ olmuşdu. Digər məşhurlar arasında Betti Qreybl, Cin Tirni, Merilin Monro, Ceyni Mensfild və b. da var idi. Studiya ilk dəfə "Ən Yaxşı Aktrisa" nominasiyasında Oskara namizəd olan və ilk afro-amerikalı film ulduzu sayılan Doroti Dendric ilə müqavilə bağlamış ilk Hollivid studiyası idi. Hal-hazırda dünya üzrə ən çox gəlir gətirmiş iki film – "Avatar" ("Avatar") – 2009 və "Titanic" ("Titanik") – 1997 filmləri bu studiyanın məhsuludur.
Studiyanın ilk filmləri sırasında 1915-ci ildə çəkilmiş "Regeneration" ("Regenerasiya") və 1917-ci ildə çəkilmiş, hal-hazırda itmiş film hesab edilən "Cleopatra" ("Kleopatra") var idi. Studiya "Ən Yaxşı Film" kateqoriyasında ilk Oskarı 1932/3-cü illər Oskar mərasimində "Cavalcade" ("Parad") filminə görə aldı. Studiyanın bu kateqoriyada Oskar almış digər filmləri: 1950 – "All About Eve" ("İv Haqqında Hər Şey") 1965 – "The Sound of Music" ("Musiqi Səsi") 1970 – "Patton" ("Patton") 1971 – "The French Connection" ("Fransız Əlaqəsi") 1997 – "Titanic" ("Titanik")
Filmoqrafiya
redaktə- Günəşli vadinin serenadası (film, 1941)
- Səfər (film, 1964)
- Milyonu necə oğurlamalı (film, 1966)
- İki nəfər yolda (film, 1967)
- Top nüvəsi qaçışı (film, 1981)
- Terminator (film, 1984)
- Yuxudan qaçma (film, 1984)
- Möhkəm qoz (film, 1988)
- Nindza tısbağalar 2: Zığın sirri (film, 1991)
- Nindza tısbağalar 3 (film, 1993)
- Körpə gəzintidə (film, 1994)
- Anastasiya (cizgi filmi, 1997)
- Döyüş klubu (film, 1999)
- Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi (film, 1999)
- Didərgin (film, 2000)
- İks-adamlar (filmlər seriyası)
- Buz dövrü (cizgi filmi, 2002)
- Telefon köşkü (film, 2002)
- Birisigün (film, 2004)
- Buz dövrü 2: Qlobal istiləşmə (cizgi filmi, 2006)
- Kapitan Alatriste (film, 2006)
- Möhkəm qoz (film, 2007)
- B.e. Babili (film, 2008)
- Ferdinand (cizgi film, 2017)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ National Software Reference Library.
- ↑ It’s Getting Awkward at Fox’s Movie Studio as Disney Deal Looms (ing.). // Wall St. J., East. Ed. New York, N.Y.: Dow Jones & Co., 2018. ISSN 0099-9660; 2574-9579; 0193-2241; 1092-0935
- ↑ "Disney купила студию 21st Century Fox". daily.afisha.ru. 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2017.
- ↑ Goldberg, Matt. "The Price of a Disney/20th Century Fox Merger Is Too High for Consumers". collider.com. DECEMBER 12, 2017. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2017.