Elvida Silah Roman - Wikipedia
Əlvida, silah! — Ernest Heminqueyin romanı.
Əlvida, silah! | |
---|---|
A Farewell to Arms | |
| |
Müəllif | Ernest Heminquey |
Janr | Roman |
Orijinalın dili | İngiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 1929 |
Tərcüməçi | Hacı Hacıyev |
Nəşriyyat | Bakı Kitab Klubu (2017) |
Səhifə | 345 (1961), 264 (1986) 320 (2017) |
Tiraj | 100 (2017) |
ISBN | 978-9952-8252-0-6 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Roman avtobioqrafik sayılır. Yazıçı Birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub.[1][2]
"Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır.[3]
Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», "Silahlara əlvida" adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah!» (1929) adının üstündə dayanıb.[1][2]
Əsər Üçüncü Reyxdə qadağan olunub.[4]
Yazıçı 1958-ci ildə The Paris Review jurnalına müsahibəsində etiraf edib ki, romanın son sözünü 39 variantda yazıb. Heminqueyin Con F. Kennedi kitabxanasında saxlanılan əlyazmalarını incələyən nəvəsi Ernest Miller Heminquey isə bu sonluqların 39 deyil, 47 olduğunu aşkarlayıb. Əsər 47 alternativ sonluqla 2012-ci ildə ABŞ-nin Simon & Schuster nəşriyyatının Scribner mətbəəsində nəşr olunub.[1][2]
Məzmun
redaktə
Əsərdə müharibə bütün gerçəklikləri və dəhşətləri ilə təsvir olunur. Döyüşün törətdiyi qorxu ucbatından əsgərlər özlərinə qəsdən xələl yetirirlər. Belə ki, onlar ön cəbhədə olmamaq üçün özlərini qəsdən yaralayır, arxa cəbhəyə can atır, xəstəxanalarda daha çox qalmaq istəyirdilər.
Nəşr və tərcümə
redaktəRoman Hacı Hacıyev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə Uşaqgəncnəşrdə 1961-ci ildə 345 səhifədə, 2-ci dəfə 1986-cı ildə 264 səhifədə təkrar nəşr edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda 320 səhifədə, 100 tirajla çap edilib.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 "«Əlvida, silah!» romanı 47 alternativ sonluqla çap olunacaq". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.
- ↑ 1 2 3 "Heminqueyin "Əlvida, silah!" əsərinin sonluğu 47 variantda nəşr olunacaq". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.
- ↑ "Amerika ədəbiyyatının təkrarsız dühası". 2019-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.
- ↑ "From Hemingway to HG Wells: The books banned and burnt by the Nazis". www.independent.co.uk. www.independent.co.uk. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
- ↑ "Əlvida, silah! (roman)" ( (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.
Xarici keçidlər
redaktə- "Əlvida, silah! (roman)" ( (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.