Eli Nureddin Pasa - Wikipedia
Əli Nurəddin Paşa (1867, İstanbul, Osmanlı imperiyası – 1952, Nitsa, Dördüncü Fransa Respublikası) — Plevna qəhrəmanı Qazi Osman Paşanın böyük oğlu, Sultan Əbdülhəmidin kürəkəni.
Əli Nurəddin Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1867 |
Doğum yeri | |
Vəfat tarixi | 1952 |
Vəfat yeri | |
Atası | Osman Nuri paşa |
Anası | Fatma Zatıgül xanım |
Həyat yoldaşı |
|
Uşaqları |
Ülviyə Şükriyə xanım Sultan Fatma Aliyə xanım Sultan |
Hərbi xidmət | |
Rütbəsi | Müşir |
|
|
Təltifləri |
Həyatı
redaktəİlk illəri
redaktə1867-ci ildə İstanbulda dünyaya gəldi. Atası Plevna qəhrəmanı Qazi Osman Paşa, anası isə Sultan Əbdüləzizin saraylılarından, çərkəz əsilli ferik Ömər Neşət Paşanın bacısı Fatma Zatıgül xanımdır (ö. 1940).[1] Atasının Sultan Əbdülhəmidə yaxınlığı səbəbilə, qardaşlarıyla birgə ilk təhsillərini Ulduz sarayındakı şahzadələr məktəbində aldı.[2]
Evliliyi
redaktə1887-ci ildə Sultan Əbdülhəmidin qızı Zəkiyə Sultanla nişanlandı. Cütlüyün nigahı 15 mart 1889-cu ildə kəsilsə də, toy mərasimi 20 aprel 1889-cu ildə Ulduz sarayında baş tutdu. Eyni mərasimlə Sultan Əbdüləzizin qızları Saliha Sultan, Nazimə Sultan və Əsma Sultan da evləndirildilər. Nikah mərasimində bəyin vəkili olaraq dövrün sədrəzəmi Mehmed Kamil Paşa iştirak etdi. Ənənəyə sadiq qalaraq, yeni evli cütlüyə Ortaköydəki Tarlabaşı sarayı təsis edildi və mərasimdən bir gün sonra Zəkiyə Sultan yeni sarayına gəlin köçdü. Cütlüyün bu nikahdan 2 qız övladı dünyaya gəlsə də, böyük qızları Ülviyə Şükriyə xanım Sultan 3 yaşında ikən vəfat etdi. 1898-ci ildə isə bacısı Naimə Sultan qaynı Kəmaləddin Paşayla nikahlandı və onun sarayının qarşısındakı sahilsarayında yaşamağa başladı. Bu səbəblə 2 bacının qarşı-qarşıya baxan sarayları Əkiz köşklər adlanmağa başlandı.
Yaşadıqları Tarlabaşı sarayında xanımıyla birlikdə tez-tez ziyafətlər verən Nurəddin bəy musiqiyə və incəsənətə olan marağıyla yanaşı, xeyriyyəçiliyi ilə də tanınırdı. Digər tərəfdən eşqbazlığı ilə tanınan Nurəddin bəyin adı paytaxtda bir çox dedi-qoduya qarışmışdı. Ancaq Zəkiyə Sultan bacısı Naimə Sultan qədər qısqanc deyildi və onun kimi ərini boşamadı. Bunun yerinə ərini atası Sultan Əbdülhəmidə şikayət edən Zəkiyə Sultanın, paşanın Kamelya adlı yunan əsilli bir sevgilisinin evində öldürülməsi hadisəsində əli olduğu yayılan şayələrdən biri idi.
Toy mərasimi əsnasında qolağası olan Nurəddin bəy, mərasimin ardından kapitan, 1890-cı ildə kaymakam, 1891-ci ildə miralay, 1892-ci ildə mirliva, 1895-ci ildə ferik və 1903-cü ildə müşirliyə yüksəldi. Sultan Əbdülhəmidin taxtdan endirildiyi 31 mart hadisələrinə qədər padşah yavəri olan Nurəddin bəy üçün saray xəzinəsindən aylıq maaş təsis edildi. Ancaq 1908-ci ildə İkinci Məşrutiyyətin elan edilməsinin ardından rütbəsi mayorluğa salındı və gəlirlərinin bir hissəsinə əl qoyuldu.
Sürgün illəri
redaktəTBMM-nin 3 mart 1924-cü ildə qəbul etdiyi 431 saylı qanunla Nurəddin bəy də ailəsiylə birlikdə sürgün edildi. Ailənin kişi üzvlərinə ölkəni dərhal tərk etmələri əmr edildiyi üçün, Nurəddin bəy 6 martda, xanımı Zəkiyə Sultan isə qızı Fatma xanım Sultan, nəvələri Osman və Saleh və xidmətçilərini də yanına alaraq 11 mart günü ölkəni tərk etdi. Ailəsiylə birlikdə cənubi Fransanın Nitsa şəhərində məskunlaşan Nurəddin bəy sürgündə də müsrif həyat tərzini davam etdirdi. Nəticədə ailənin əlindəki bütün pul qısa zamanda bitdi və yaşadıqları evin kirayəsini verə bilmədikləri üçün Nitsadakı bir oteldə yaşamağa başladılar. Qazi Osman Paşanın oğlu olduğu üçün erməni əsilli otel sahibi ailədən kirayə almadı. 1950-ci ildə xanımı Zəkiyə Sultan vəfat etdi. Ancaq maddi və siyasi sıxıntılar səbəbilə cənazənin Türkiyədə dəfn edilməsi mümkün olmadı. Bu səbəblə cənazəsi müsəlman bir ölkədə dəfn olunmaq üzrə dərmanlanaraq yaxınlıqdakı kilsənin zirzəmisində 2 il gözlədildi. Ancaq 2 ilin ardından kimsəsizlər məzarlığına dəfn olundu. Nurəddin bəy isə elə həmin il 1952-ci ildə Nitsada vəfat etdi.
Ailəsi
redaktə- Ülviyə Şükriyə xanım Sultan (d. 12 oktyabr 1892 - ö. 23 fevral 1893)
- Fatma Aliyə xanım Sultan (d. 1893 - ö. 14 yanvar 1972, İstanbul) — 1911-ci ildə Misirli Mehmed Muhsin Yeğen ilə evləndi və 2 oğlu oldu.
- Osman Heydər Yeğen (d. 5 sentyabr 1912 - ö. 1988, Paris) — 1938-ci ildə fransız əsilli Yvonne Rosenberg (ö. 1979) ilə evləndi.
- Salih Zəki Yeğen (d. 4 sentyabr 1921 - ö. 5 noyabr 1994) — 1972-ci ildə Ülkü Becanla evləndi.
- Fatma Yasəmən Yeğen (d. 18 sentyabr 1973) — Hakan Bari ilə evləndi.
- Muhsin Osman Yeğen (d. 14 dekabr 1977)
İstinadlar
redaktə- ↑ II. Abdülhamid’in Kızı Zekiye Sultan’ın Hayatı. Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine Yüksek Lisans Tezi. Cevriye Uru. İstanbul 2010.
- ↑ Örik, Bilinmeyen Yaşamlarıyla Saraylılar, s. 43
Mənbə
redaktə- II. Abdülhamid’in Kızı Naime Sultan’ın Hayatı. Yüksek Lisans Tezi. Betül Kübra Bağce. İstanbul 2008.
- II. Abdülhamid’in Kızı Zekiye Sultan’ın Hayatı. Yüksek Lisans Tezi. Cevriye Uru. İstanbul 2010.