Eli Fuad Cebesoy - Wikipedia
Əli Fuad Paşa (23 sentyabr 1882 və ya 1882, Konstantinopol – 10 yanvar 1968, İstanbul) — Türkiyənin dövlət, hərbi və siyasi xadimi.
Əli Fuad Cəbəsoy | |
---|---|
türk. Ali Fuat Cebesoy | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 sentyabr 1882 və ya 1882 |
Doğum yeri | |
Vəfat tarixi | 10 yanvar 1968 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | Demokrat Partiya |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, hərbi qulluqçu |
Atası | İsmayıl Fazil Paşa |
Hərbi xidmət | |
Qoşun növü | Osmanlı ordusu |
Döyüşlər | |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏli Fuad Paşa Ali hərbi təhsil almış, Balkan müharibələrində (1912–13) və Birinci dünya müharibəsində (1914–18) iştirak etmişdir. Kazım Qara Bəkir paşa, Bəkir Sami bəy və digər türk milli azadlıq mücadiləsi xadimləri ilə birlikdə Mustafa Kamal Atatürkün 1919-cu il iyunun 20-də bəyan etdiyi Amasya təlimatını imzalamışdı. 1920-ci il aprelin 23-də Ankarada işə başlamış Türkiyə Böyük Millət Məclisi (TBMM) hökumətinin Moskvadakı ilk fövqəladə və səlahiyyətli səfiri olmuş və 1921-ci il fevralın 18-də Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) hökuməti ilə danışıqlar aparmaq üçün göndərilmiş Türkiyə nümayəndə heyəti ilə birlikdə Moskvaya gəlmişdir; fevral-mart aylarında Yusif Kamal bəy və doktor Riza Nuru bəylə birlikdə Moskvada RSFSR xarici işlər naziri Georgi Çiçerinlə, Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü C.Qorxmazovla danışıqlar aparmışdır. Əli Fuad paşa Moskva konfransında Azərbaycanın himayəsi altında Naxçıvana muxtariyyət verilməsi məsələsinin uğurla həll edilməsi sahəsində gərgin və səmərəli diplomatik fəaliyyət göstərmişdir. Danışıqlarda məhz Türkiyə diplomatlarının, o sıradan da Əli Fuad paşanın səyləri sayəsində "Dostluq və qardaşlıq haqqında" RSFSR-Türkiyə müqaviləsinin (Moskva, 16 mart 1921-ci il) 3-cü maddəsinə və 1 (V) əlavəsinə əsasən, Naxçıvan vilayətinə Azərbaycanın himayəsi altında muxtariyyət verilməsi razılaşdırıldı. Əli Fuad paşa sonralar millət vəkili, 1948-ci ildə isə TBMM başqanı seçilmiş və Türkiyə Cümhuriyyətinin daxili və xarici siyasətinin işlənib hazırlanmasında fəal rol oynamışdır. 1960-cı illərdən elmi fəaliyyətlə məşğul olmuşdur. "Sinif yoldaşım Atatürk", "Moskva xatirələri" və sair əsərlərin müəllifidir.
Mənbə
redaktə- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 363. ISBN 9952-417-14-2.