Eli Eliyev Tarixci - Wikipedia
Əliyev Əli İbrahim oğlu (23 mart 1904, Şərur rayonu – 4 aprel 1997, Naxçıvan) — ictimai-siyasi xadim, tarixçi, pedaqoq. Tarix elmləri namizədi (1949), dosent (1951), Azərbaycan Respublikasının əməkdar müəllimi (1979).
Əli Əliyev | |
---|---|
Əli İbrahim oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Yaycı, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (93 yaşında) |
Vəfat yeri | Naxçıvan, Naxçıvan MR, Azərbaycan |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
Həyatı
redaktəƏliyev Əli İbrahim oğlu ilk təhsilini əvvəlcə Yaycı kəndi "üsuli-cədid" məktəbində almış, sonralar isə Mahmudkənd və Cəlilkənd məktəblərində davam etdirmişdir. 1925-ci ildə Bakıda birillik kursu bitirdikdən sonra Şərur qəzasının Yenicə nahiyə komsomol komitəsinin katibi vəzifəsində çalışıb, 1927-28 ci illərdə ordu sıralarında xidmət edib. 1932-ci ildə Tiflis Zaqafqaziya Kommunist Universitetini bitirdikdən sonra, 1933-cü ildə N.Y.Marr adına Moskva Şərqşünaslıq İnistitutuna daxil olmuşdur. Lakin maddi çətinliklər üzündən təhsilini yarımçıq qoyub Naxçıvana qayıtmış, Naxçıvan Pedaqoji Texnikumunun direktoru vəzifəsində çalışmağa başlamışdır. 1938-41 ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında (akad.A. M. Pankratovanın rəhbərliyi ilə) təhsil almış və Azərbaycanda kəndli hərəkatı mövzusunda müdafiə etmişdir.[1] Bu həm də XX əsrin birinci yarısında Azərbaycandan kənarda müdafiə edilən ilk namizədlik disertasiyalarından biridir.[2] 1941-47 ci illərdə Naxçıvan MSSR Xalq Maarif komissarı,Naxçıvan MSSR Maarif Naziri,1951-67 illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində çalışmışdır.[1] Əli Əliyevin səyilə Şərurun Yengicə Sədərək,Qarxun,Comaxdur, Mahmudkənd, İbadulla,Çərçiboğan kənd şagirdlərinə isti nahar verilir. 1944-cü ildə Ermənistandan gəlmiş sahibsiz uşaqlar üçün Baş Noraşendə uşaq evi açılır. 1953-cü ildən, akad.Yusif Məmmədəliyevin Azərbaycan Respublikası üzrə fəxri sədri olduğu "Bilik" Maarifçilik Cəmiyyətinin Naxçıvan vilayəti üzrə fəxri sədri olmuşdur.[3] 1967-70 illərdə Azərbaycan Dövlət Pedaqoji İnistitutunda (indiki Naxçıvan Dövlət Universiteti) Naxçıvan filialının təşkilatçısı və ilk direktoru, sonralar 1970-ci ildən 1980-cı ilədək Naxçıvan Pedaqoi İnistitutunun tarix kafedrasının müdiri olmuşdur.[2] 1981-ci ildən Respublika əhəmiyyətli Fərdi təqaüdçü idi. 19-20 əsrlərdə Rus İmperiyası dövründə Azərbaycanda kəndli hərəkatı tarixinin ilk araşdırcısıdr. 1967 ci ildə ilk dəfə olaraq Naxçıvan xanlarının şəcərə cədvəlini tərtib etmişdir və 300 dən artıq elmi məqalə müəllifidir.Əli Əliyev 1966-cı ildə Andronik tərəfindən 1918-ci ildə dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Sovet İttifaqı rəhbərliyinə,MK-nin birinci katibi Leonid Brejnevə bir neçə etiraz məktubları göndərmişdir.[4] Əli Əliyev Azərbaycan alimlərindən ilk olaraq Andronikin Ərzurumda, Naxçıvanda, Dərələyəzdə, Zəngəzur və Qarabağdakı qanlı əməllərini ictimaiyyətə çatdırmışdır.[5][6] Tədqiqarlarında erməni millətçilərinin türk xalqlarına qarşı soyqırım siyasəti, erməni-daşnaq terorrizmi ifşa edilmişdir[7]. Abbasqulu Bəy Şadlınski, Cəmşid Naxçıvanski, Araz-Türk Respublikası haqqında ilk elmi məlumat Əli Əliyevə məxsusdur. 2-7-ci çağırış Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur.1949-uncu ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində Əli Əliyev fondu mövcuddur.
Əsərləri
redaktə- Naxçıvan MSSR-də mədəni inkişaf,Bakı.,1958;
- Mərd mübarizlər, Bakı.,Bilik Cəmiyyəti
- Vedinin dəmir axını,Bakı.,1984;
- Qırmızı tabor, Bakl.,1990 "Gənclik" ;
- Biz əzablı ömür yaşadıq, Bakı., 1994, "Yazıçı" Ədəbi nəşirlər evi;
- Əlincə yaddaşı, kitab1-2, Bakı., 1997-2004 "Elm və Həyat";
- Крестьянское движение в Азербайджане в 1905-1907 гг, Издательство "Qeyrət" - 2004 НГУ.
== FOTO ŞƏKİL ==
Ailəsi
redaktəHəyat yoldaşı:
- Əliyeva Tükəzban Səfər qızı, Naxçıvan MR "Əməkdar Müəlliməsi" (Naxçıvan şəhəri 1914 - 1988)
Oğlu:
- Əliyev Arif Əli oğlu, Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi.
- Əliyev Rəşid Əli oğlu, Dövlət qulluqcusu.
- Əliyev Nizami Əli oğlu, İnşaatçı-mühəndis.
Qızı:
- Əliyeva Rəna Əli qızı, Şərqşünas,pedaqoq.
Nəvəsi:
- Əliyev Nail Arif oğlu, Şərqşünas, tarix üzrə fəlsəfə doktoru.
- Əliyeva Aytən Arif qızı, Filalogiya üzrə fəlsəfə doktoru,dosent.
İstinadlar
redaktə- ↑ 1 2 "Naxçıvan ensiklopediyası: I cild" Əli Əliyev İbrahim öğlu. səh169 ( (azərb.)). http://www.ebooks.az/view/35DRrNYS.pdf Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine Arxivləşdirilib: [1] saytından 2015-02-25 tarixində. İstifadə tarixi: 2015-02-25.(2005).
- ↑ 1 2 İsa Həbibbəyli,Nuhçıxandan Naxçıvana,səh636-641,664.Bakı., 2015, "Elm və Təhsil"
- ↑ "Əli Əliyev, Əlincə yaddaşı, kitab1-2 səh.160,Bakl.,1997-2004 "Elm və Həyat"". 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.
- ↑ "Əli Əliyevin Leonid Brejnevə məktubu.08.05.1965. // RDƏYTA,f.5,s.33,i.221,v.37 Yenədə orada,v.37-39". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-29.
- ↑ "M.Anderson və Ş.Çivadze. Əli Əliyevin məktubuna rəy.14.06.1965.RDƏYTA,f.5,s.33,i.221,v.51". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-29.
- ↑ "V.Stepakov və T.Kuprikovun Sov.İKP MK-ya arayışı.25.06.1965.RDƏYTA,f.5,s.33,i.221,v.36". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-29.
- ↑ Azərbaycanda Sovet Liberalizmi Hakimiyyət. Ziyallılar. Xalq.(1959-1969). Bakı.2018[ölü keçid] səh468-472