Elaeddovle Bozqurd Bey Zulqeder - Wikipedia
Əlaəddövlə Bozqurd bəy Süleyman bəy oğlu Zülqədər (1479-1515) — hökmdar.
Əlaəddövlə Bozqurd bəy Zülqədər | |
---|---|
Əlaəddövlə Bozqurd bəy Süleyman bəy oğlu Zülqədər | |
| |
Doğum tarixi | |
Doğum yeri | Əlbistan, Türkiyə |
Vəfat tarixi | |
Vəfat yeri | Əlbistan, Türkiyə |
Atası | Süleyman bəy Zülqədər |
Həyatı
redaktəSüleyman bəyin dördüncü oğlu Bozqurd bəy Əlaəddövlə ləqəbini daşıyırdı. 1479-cu ildən 1515-ci ilədək bəyliyi idarə etmişdi. Əlaüddövlə Bozqurd bəy hakimiyyətinin ilk illərındə osmanlıların yanında yer aldı. Üzərinə göndərilən məmlük ordularını dalbadal mağlub etdi. Zülqədər bəyliyi üzündən Osmanlı-Məmlük ilişkiləri pozuldu. Çuxurovada hakimiyət mücadiləsi üzündən başlayan Osmanlı-Məmlük savaşları 1485–1491 illərı arasında davam etdi. Əlaüddövlə bəy qızı Ayşə xatunu II Bəyazidə verdi. Bu evlilikdən Səlim Yavuz dünyaya gəldi. Əlaüddövlə Bozqurd bəy də Yavuzun babası oldu.
Əlaüddövlə Bozqurd bəy Məmlük və Osmanlı torpaqları arasında kalan bəyliyinin davam edə bilməsi üçün hər iki dövlət ilə də yaxın ilişkilər qurdu. İzlədiyi dəngə, bərabərlik siyasəti ilə uzun illər bəyliyin başında durdu. Ancaq 1501-ci ildə Təbrizdə qurulan türk Səfəvi dövləti ilə mücadilə etmək məcburiyyətində qaldı. Səfəvi hökmdarı Şah İsmayıl Anadolunu ələ keçirmək istəyirdi. Zülqədər torpaqlarına girən Şah İsmayıl 1507-ci ildə Əlbistanı aldı və buranı başdan-ayağa xaraba qoyaraq Maraşı da ələ keçirdi. Şah İsmayılın çəkilməsindən sonra Əlaüddövlə bəy Maraş və Əlbistanı yenidən geri qaytardı. Ancaq Əlbistan elə xarab edilmişdi ki, bu üzdən paytaxtı Maraşa köçürdü. Bundan sonra Əlaüddövlə bəy, osmanlılara qarşı məmlüklərin yanında yer almağa başladı. Təzə düşməni Şah İsmayılın üzərinə Yavuzun başladığı Çaldıran səfərinə çağırıldığı halda qatılmadı. Hətta I Şah İsmayıl ilə möhkəm ittifaq qurdu. Əlaüddövlə bəy Yavuzun yanında olan qardaşı Şahsuvar bəyin oğlu Əli bəyin osmanlılar tərəfindən dəstəklənməsini xoş qarşılamırdı. Bu üzdən Çaldıran savaşına gedən osmanlı ordusunun iaşə yollarını kəsərək, təçhizatlarını yağmalatdırdı.
Yavuz Sultan Səlim 1514-cü ildə Çaldıran zəfərini qazanınca Zülqədər bəyliyini ortadan qaldırmaq üçün hərəkətə keçdi. Qeysəri sancaq bəyliyinə gətirilən Şahsuvaroğlu Əli bəyə, Zülqədər torpaqları alındığı təkdirdə ona veriləcəyini bildirdi. 1515-ci ildə Əli bəy və Rumeli bəylərbəyi Sinan Paşa Əlaüddövlə bəyin üstünə göndərildi. 13 iyun 1515-ci ildə Göysun yaxınlarında Durna dağında osmanlılar ilə zülqədərlilər arasında baş verən savaşda Əlaüddövlə bəy yenilərek dörd oğlu ilə birlikdə edam edildi. Beləcə Zülqədəroğulları bəyliyi felən sona çatmış oldu.
Ailəsi
redaktəƏlaəddövlə Bozqurd bəyin Şahrux bəy, Əhməd bəy, Turaq bəy, Süleyman bəy, Ərdivanə bəy adlı oğulları, Ayşə xatun, Bəyli xatun adlı qızları vardı.
Qızı Ayşə xatunu Osmanlı sultanı II Bəyazidlə evləndirmişdir.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Zülqədər eli, Bakı: Şərq-Qərb, 2011,-156 səh.