Elesgerli Semkir - Wikipedia
Ələsgərli (1990-cı ilədək Badakənd) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Ələsgərli | |
---|---|
40°49′06″ şm. e. 45°46′16″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 816 nəfər |
Şəmkir rayonun eyniadlı inzibati ərazi vahidində kənd. Zəyəm çayının sahilində, Kicik Qafqaz silsiləsinin ətəyindədir. Keçmış adı Badakənd ("samanlıqda olan kənd") olmuşdur. 1990-cı ildə kəndin adı Aşıq Ələsgərin Şərəfinə Ələsgərli adlandırılmışdır. Memorial toponimdir[1].
Tarixi
redaktəƏvvəlki adı Badakənd olan bu kənd Badaçayın (Zəyəmin qolu) sahilində, Kicik Qafqazın ətəyindədir. Oykonim bada və kənd sözlərindən düzəlib, "su arxının kənarında; çay kənarında olan kənd" deməkdir. Bəzi ədəbiyyatlarda səhv olaraq Badəkənd variantında verilmişdır. 1920-ci ilədək Zəngəzur mahalında Badabar adlı yaşayış məntəqəsi olmuşdur. Qaraqalpaq Respublikasında Amudərya çayının sahilində Sultanuizdaq silsiləsinin ətəyində Badaytuqay adlı qoruğun olduğu da məlumdur[1].
Əhalisi
redaktəKəndin əhalisi 816 nəfər təşkil edir ki, onun da 486 nəfəri kişi, 330 nəfəri isə qadındır.
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
İstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |