Ehmed Anatollu - Wikipedia
Əhməd Muxtar oğlu Səfərov (Anatollu) (7 noyabr 1894, Bakı – 7 aprel 1973, Bakı) — Azərbaycan teatr aktyoru, məzhəkə ustası, Azərbaycan SSR əməkdar artisti (1940).
Əhməd Anatollu | |||
---|---|---|---|
Doğum adı | Əhməd Səfərov | ||
Doğum tarixi | |||
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası | ||
Vəfat tarixi | (78 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
||
Fəaliyyəti | teatr aktyoru | ||
Fəaliyyət illəri | 1912-ci ildən | ||
Mükafatları |
|
Həyatı
redaktəƏhməd Anatollu 7 noyabr 1894-cü ildə Bakıda, əslən Maştağalı olan şair Muxtar Bisavadın ailəsində doğulmuşdur.[1] Səhnəyə ilk dəfə 1912-ci ildə Hüseyn Ərəblinskinin "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında hazırladığı "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşasında çıxmışdır. "Nicat" truppasında, "Zülfüqar bəy və Üzeyir Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr dəstəsinin tamaşalarında oynamışdır. Dövrünün qabaqcıl aktyorları ilə Orta Asiya ölkələrinin böyük şəhərlərinə, İdil çayı (Volqa) boyundakı türkdilli şəhərlərə, İrana, Rəştə, Ənzəliyə, Tehrana qastrol səfərlərinə çıxmışdır.[2]
Əhməd Səfərov milli estrada teatrı janrında fəaliyyət göstərən ilk sənətkarlardan biridir. "Anatollu" onun səhnə təxəllüsüdür. 1922–1925-ci illərdə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, 1923–1924-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında aktyor işləmişdir. 1926-cı ildə Tiflis Dövlət Türk Dram Teatrının kollektivinə qəbul olunmuş, 1927-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Estradasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərmişdir.[2] 1939–1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-cu ildən təqaüdə çıxana qədər isə Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir.[1]
Əhməd Anatollu 7 aprel 1973-cü ildə Bakıda vəfat etmişdir.[2]
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
- "Şərəf nişanı" ordeni — 17 aprel 1938
- "Qafqazın müdafiəsinə görə" medalı — 1946
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
İfa etdiyi əsas rollar
redaktə- Tənqid və Təbliğ Teatrında
Rol | Tamaşa | Müəllif |
---|---|---|
İkinci Nikolay | Romanovların son günləri | Aleksey Tolstoyun romanı əsasında |
Boqdanoviç | 1881-ci il | Nikolay Şapovalenko |
Qənbər | Anamın kitabı | Cəlil Məmmədquluzadə |
Olivye | Paris Notrdam kilsəsi | Viktor Hüqo |
Mironov | Qızıl trenlər | Vladimir Kirşon |
Uspenski | Hücum | Boris Lavrenyov |
- Azərbaycan Dövlət Dram Teatrında
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Cavad | Dağılan tifaq | Əbdürrəhim bəy Haqverdiyev |
Məhərrəm | Müsibəti-Fəxrəddin | Nəcəf bəy Vəzirov |
Şeyx Əhməd | Ölülər | Cəlil Məmmədquluzadə |
Zaman | Anamın kitabı | Cəlil Məmmədquluzadə |
Keşiş | Şeyx Sənan | Hüseyn Cavid |
Papas | Qaçaqlar | Fridrix Şiller |
Anferon de Marti | Nel qülləsinin sirri | Aleksandr Düma |
Xaço | Qaçaq Kərəm | Vano Mçedaşvili |
- Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Hambal və Həsən bəy | Məşədi İbad | Üzeyir Hacıbəyov |
Kəblə Qubad | Ər və arvad | Üzeyir Hacıbəyov |
Mirzə Həbib | Lənkəran xanının vəziri | Mirzə Fətəli Axundov və Niyazi |
Orduxan bəy | Əlli yaşında cavan | Zülfüqar Hacıbəyov |
Güloğlan | Aşıq Qərib | Zülfüqar Hacıbəyov |
Kəblə Hacı | Evliykən subay | Zülfüqar Hacıbəyov |
Qoşun | Toy kimindir? | Məhərrəm Əlizadə və Ağası Məşədibəyov |
Makar | Keto və Kote | Vladimir Dolidze |
İstinadlar
redaktə- ↑ 1 2 Əhməd Anatollu, 2017. səh. 5
- ↑ 1 2 3 Rəhimli, 2016. səh. 328–329
Ədəbiyyat
redaktə- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.
- Əhməd Anatollu. Əlli il Azərbaycan səhnəsində. Bakı: Ecoprint. 2017. 264 səh. ISBN 978 9952-31-097-7.