Ehmed Eyyub Oglu El Hafiz Naxcivani - Wikipedia
Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani — Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndələrindən biri. Bu görkəmli memarın adı hicri 722-ci ildə (miladi 1322-ci il) inşasını başa çatdırdığı Bərdə türbəsinin kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil olmuşdur.
Əhməd Naxçıvani | |
---|---|
Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIII əsr |
Doğum yeri | Naxçıvan |
Vəfat tarixi | XIV əsr |
Memar portalın kitabəsində özünü "Bənna Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin əməlidir" fikri ilə tanıtmışdır.[1] Üzərində qalan bəzi kitabə qalıqlarına və bir sıra oxşar cəhətlərinə görə müəyyən olunmuşdur ki, Kəngərli bölgəsinin Qarabağlar kəndində XIV yüzilliyin 30-cu illərində inşa edilmiş türbə də Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin yaradıcılığının məhsuludur.[2]
İnşa etdiyi abidələrin – Bərdə və Qarabağlar türbələrinin tarixinə əsasən Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin XIII yüzilliyin son rübü – XIV yüzilliyin I yarısında yaşaması aydın olur.
Mənbə
redaktə- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
İstinadlar
redaktə- ↑ Алескерзаде А. Надписи архитектурных памятников Азербайджана эпохи Низами. Архитектура Азербайджана эпохи Низами. Москва-Баку, 1947, с. 369–390., c. 387
- ↑ Kərimzadə S. Qarabağlar türbəsinin kitabələri haqqında bəzi mülahizələr. Azərbaycan EA Xəbərləri. Tarix, fəlsəfə, hüquq. 1969, № 2, s. 69–78, s. 69–78