Efqanistan Iran Toqqusmasi 2023 - Wikipedia
Əfqanıstan-İran toqquşması — Əfqanıstan və İran arasında baş verən sərhəd insidentidir. 27 may 2023-cü ildə Əfqanıstan İslam Əmirliyinin Silahlı Qüvvələri ilə İran sərhədçiləri arasında Əfqanıstanın Nimruz vilayəti ilə İranın Sistan və Bəlucistan ostanı arasında toqquşma baş verib. Qısa toqquşmadan sonra tərəflər vəziyyəti gərginləşdiriblər. KİV-in məlumatına görə, Əfqanıstanda hakim islami hərəkat olan "Taliban" hərəkatının silahlıları İranın Zabol şəhəri yaxınlığında sərhəd münaqişəsində iştirak edib, nəticədə İran sərhəd postunu ələ keçiriblər. Buna cavab olaraq İran ordusu Taliban hərəkatının mövqelərinə artilleriya hücumu həyata keçirib, rəsmi məlumatlara görə bu hadisə 3 nəfərin ölümünə səbəb olub, lakin İran tərəfdən gələn ziddiyyətli məlumatlara görə, qeyri-rəsmi olaraq ən azı Əfqanıstan tərəfdən 14 nəfər ölüb.
Əfqanıstan-İran toqquşması (2023) | |||
---|---|---|---|
Tarix | may 2023 | ||
Yeri |
|
||
Səbəbi | İbrahim Rəisi | ||
Nəticəsi | Bilinmir | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
Taliban hərəkatı bildirib ki: "Biz İranla ABŞ-dan daha çox canfəşanlıqla mübarizə aparacağıq. Liderlərimiz cihada icazə versə, tezliklə İranı fəth edəcəyik". "Taliban" həmçinin "İran təxribatlarını dayandırmasa" Tehranı bir neçə günə ələ keçirəcəklərinə söz verib.
Toqquşma öncəsi
redaktə2023-cü ilin may ayında İran prezidenti İbrahim Rəisi Helmand çayında su hüququ tələb edir[1][2]. Bundan əlavə, İran Xarici İşlər Nazirliyi bəyan edib ki, onun ölkəsi Talibanı tanımır və "Əfqanıstanın inklüziv hökuməti"nin qurulmasında israrlıdır[3].
2023-cü il mayın 27-də İran və Əfqanıstan sərhədində atışma olur, nəticədə əsgərlər ölüb və yaralanıb. İran polis rəisi Qasım Rezaii Taliban hərəkatını İranın Sistan və Bəlucistan əyaləti ilə Əfqanıstanın Nimroz əyaləti sərhədində atəş açmaqda ittiham edib. Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takor ilk atəş açmaqda İranı ittiham edib. Takor atışmada hər ölkədən bir nəfər olmaqla iki nəfərin öldüyünü, digərlərinin isə yaralandığını bildirib. İRNA-nın məlumatına görə, iki iranlı sərhədçi həlak olub, Tehran Times isə üç iranlı sərhədçinin həlak olduğunu bildirib. İRNA həmçinin bildirib ki, əsas ticarət yolu olan Əfqanıstanla Milak sərhəd-keçid məntəqəsi atışma səbəbindən növbəti xəbərdarlığa qədər bağlanıb.
Pəncşir vilayətinin keçmiş polis rəisi Əbdül Həmid Xorasani müraciətində qeyd edib ki, Taliban "korrupsiyaya uğramış İran İslam Respublikasına qarşı Amerikaya qarşı müharibədən daha çox həvəslə mübarizə aparacaq"[4]..
Hərbi əməliyyatların gedişi
redaktəMayın 28-də gecə yarısı Taliban İran sərhəd-keçid məntəqəsinə hücum edib[5].
İran mətbuatının məlumatına görə, yanğın Nimruz vilayətinin sərhədində başlayıb[6]. Çox güman ki, hücum Məkaki və Sasuli kəndlərindən başlamışdır[7].
Taliban təşkilatının məlumatına görə, ümumilikdə 18 sərhəd obyekti məhv edilib[8].
Sonrası
redaktəİran mayın 28-də əvvəllər qarşıdurmalara görə bağlanmış Əbrişam körpüsündə Əfqanıstanla sərhədi yenidən açdı.
Bundan sonra İranın Kabildəki səfirliyi və Əfqanıstan rəsmiləri hadisəni araşdırmaq üçün əlaqə yaradıblar. İranlı general Kioumars Heydəri və İranın hüquq-mühafizə orqanının rəis müavini Qasim Rezai də Zabol şəhərində Taliban rəsmiləri ilə birgə görüş keçirərək, gələcəkdə belə hadisələrin baş verməsinin qarşısının alınması yollarını müzakirə ediblər.
Taliban rəsmiləri sərhəddəki problemlərin həll edildiyini iddia edərək problemlərin həlli kimi diplomatiyaya çağırıb. Əfqanıstanın Xarici İşlər Nazirliyi isə ölkənin İranla münaqişə etmək niyyətində olmadığını bildirib.
İstinadlar
redaktə- ↑ "Предупреждение иранского президента властям Афганистана о правах на воду р. Гильменд". Pars Today (rus). 2023-05-18. 2023-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-28.
- ↑ "At least three killed in clash on Iran-Afghan border". Reuters. 2023-05-27. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-28.
- ↑ SVTV NEWS. "Боевики движения «Талибан» вторглись на территорию Ирана". Telegram. 28-05-2023. 2023-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-28.
- ↑ "Iran exchanges heavy gunfire with Taliban on Afghan border, escalating tensions over water rights". Associated Press (ingilis). 2023-05-27. 2023-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-28.
- ↑ "Талибы атаковали пограничный пункт Ирана". centralasia.media. 2023-05-28. 2023-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-28.
- ↑ "آتش در «نیمروز»". donya-e-eqtesad.com. 2023-05-28. 2020-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-28.
- ↑ Рыбарь. "Эскалация на Границе Афганистана и Ирана". Telegram. 2023-05-27. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-27.
- ↑ Топор Live. "Талибан уничтожил в общей сложности 18 пограничных объектов". Telegram. 2023-05-28. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-28.