Edalet Huseynov - Wikipedia
Ədalət Hüseynov (tam adı: Ədalət Abuş oğlu Hüseynov) — Azərbaycan diasporunun nümayəndəsi.
Ədalət Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 mart 1947 (77 yaş) |
Doğum yeri |
Həyat və fəaliyyəti
redaktəƏdalət Hüseynov 1947-ci ildə martın 13-də Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur.
1969–1972-ci illərdə kənd orta məktəbində müəllim, 1972–1974-cü illərdə Masallı rayonun LKSM-in katibi, 1974–1992-ci illərdə Milli Təhlükəsizlik orqanlarında xidmət etmişdir. 1990–1995-ci illərdə Ali Sovetin deputatı olmuşdur. 2006-cı ildə Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan Regional Şöbəsinin sədri olmuşdur. 2007-ci ildə Ümum-Rusiya Azərbaycan Konqresinin Rəyasətinin qərarı ilə "Ən yaxşı regional şöbəsinin rəhbəri" nominasiyası üzrə "İlin adamı" elan edilib. 2014-cü ildə Russiya Federassiyasinin Həştərxan Şəhər Dumasının qərarı ilə "Həştərxan şəhərinin Fəxri Vətəndaşı" adına layiq görülmüşdür. Ədalət Hüseynov həmçinin dəfələrlə Həştərxan Vilayətinin mükafatları-"Həştərxan vilayətinin qarşısında xidmətlərinə görə" ordeni və Həştərxan vilayətinin Qubernatorunun "Peşəkar xidmətlərinə görə" fəxri nişanı ilə təltif olunub. O, Knyaz Vladimirin abidəsinin ucaldılmasında göstərdiyi köməyə görə 2013-cü ildə Moskva və Bütün Rusiyanın Patriarxı Kiril tərəfindən Müqəddəs Vladimir ordeni ilə təltif edilib. Milli Təhlükəsizlik nazirliyinin (ləğv edilmiş) istefadadə olan polkovnikıdir.
2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının "Tərəqqi" medalı,[1] həmçinin 2012-ci il martın 6-da isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı dostluq əlaqələrinin inkişafı sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[2] Həmçinin 2017-ci ilin martin 10-da Azərbaycan Prezidenti İlham Əliyev Ədalət Hüseynovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Abuş oğlu Hüseynov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.
İstinadlar
redaktə- ↑ Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2011-ci il tarixli 1613 nömrəli Sərəncamı. Arxivləşdirilib 2021-02-28 at the Wayback Machine e-qanun.az (az.)
- ↑ Ə. A. Hüseynovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 mart 2012-ci il tarixli 2076 nömrəli Sərəncamı. Arxivləşdirilib 2017-12-26 at the Wayback Machine e-qanun.az (az.)