Ebu Mensur Eli Ibn Yezid - Wikipedia
Əbu Mənsur Əli ibn Yezid – Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yezid ibn Əhmədin oğlu.
Əbu Mənsur Əli ibn Yezid | |
---|---|
Şirvanşahlar Dövlətinin XII hökmdarı | |
1034 – 1043 | |
Əvvəlki | Mənuçöhr ibn Yezid |
Sonrakı | Qubad ibn Yezid |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | Yezid ibn Əhməd |
Həyat yoldaşı | Sitt (Mənuçöhr ibn Yezidin dul arvadı) |
Uşağı |
Fəaliyyəti
redaktəŞirvanşah Əbu Mənsur ibn Yezid qardaşı Mənuçöhr ibn Yezidi öldürdükdən sonra, 1034 – cü ildə hakimiyyətə gəlmişdir. O da, öz sələfləri kimi, əl-Baba sahib olmaq üçün bu şəhərin əmiri ilə müharibə aparmışdır. Sonra Şirvanşah vəziri Mənsur ibn Müsəddidi əl- Babda öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə h.426 (1035)-cı ildə paytaxtı Yəzidiyyə qayıtdı. Lakin əmir Əbd ül-Məlik elə həmin il qəflətən əl-Babda Şirvanlılara hücum edərək Mənsur ibn Müsəddidi öldürdü. İçqalanı mühasirəyə aldı və rəis Əli ibn Həsən ibn Ənakın vasitəçiliyi ilə h.426-cı il rəcəb ayının 1-də (12 may, 1035) onun təslim edilməsinə nail oldu. Bundan sonra o, şəhəri və qalanı tutdu, Şirvan qoşunları isə Şirvana qayıtdı. Sonra Əbd ül-Məlik Şirvanşahla sülh sazişi bağladı və h.427-ci ilin səfər ayında (1035-ci ilin dekabrında) onun bacısı, Yəzidin qızı Şəmkuyyə ilə evləndi.[1]
Əl-Babın hərbi rəisləri öz təhlükəsizliyi üçün qorxu keçirməyə başladılar. Buna görə də onlar tabeliyində olanlarla birlikdə Əbd ül-Məlikə hücum edib, onun vəzirini evindəcə öldürdülər. Əbd ül-Məlik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi.[2] Əmir Əbd ül-Məlik doqquzillik hakimiyyətdən sonra h.434-cü il rəcəb ayının 25-də, cümə axşamı (10 mart 1034-cü il) öldü. Əbu Mənsur Şirvanda on il – h.435 (1043)-ci ildə ölənə qədər hakimiyyət sürdü.[3]
Ailəsi
redaktə- Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021).
- Həyat yoldaşı Sitt bint Fəzl. Arran əmiri Fəzl bin Məhəmmədın qızı, Şəddadilər sülaləsindən, Əbu Mənsur Əli ibn Yəziddən əvvəl onun qardaşı Mənuçöhr ibn Yezidin həyat yoldaşı.
- Qardaşı Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü.
- Qardaşı Mənuçöhr ibn Yəzid. Şirvanşah (1027-1034)
- Qardaşı Qubad ibn Yəzid
- Qardaşı qızı. Səlcuq əmiri Qaratəkinin həyat yoldaşı.
- Qardaşı Əhməd ibn Yəzid
- Qardaşı oğlu Buxtnassar Əli ibn Əhməd
- Qardaşı Salar ibn Yəzid
- Qardaşı Məmlan ibn Yəzid
- Bacısı Şəmkuyyə. Haşimilər sülaləsindən Dərbənd əmiri II Əbdülmalikin (1034-1043) həyat yoldaşı.
Sikkəsi
redaktəŞirvanşah Əbu Mənsur ibn Yeziddən Şamaxı rayonunun Çuxuryurd həndəvərində tapılmış alçaq əyarlı gümüş sikkə qalmışdır. Sikkənin üzərində aşağıdakılar təsvir olunmuşdur: 1 – səthində bir neçə kiçicik dairələr, sağ tərəfdən oxunmayan söz var, sol tərəfi budanmışdır. Çevrə boyu budanmiş yazı nəzərə çarpır II (Məhəm)məd rəsulullah, (əl)-Məlik əl-adil..əd-dövlə Əbu (Mənsur Əli ibn Yəzid) (Şir)vanşah, müvali əmir (əl Möminin); çevrə boyu hər şey budanmışdır.[4]
SƏLƏF Mənuçöhr ibn Yezid |
Əbu Mənsur Əli ibn Yezid Kəsranilər |
XƏLƏF Qubad ibn Yezid |
Döyüş və hakimiyyət mübarizəsi xronologiyası
redaktəTarix | Müharibə | Müttəfiqlər | Qarşı tərəf | Yer | Vəzifəsi | Nəticə |
---|---|---|---|---|---|---|
1034-cü il | Mənuçöhr ibn Yəzidin qətli | Sitt bint Fəzl | Mənuçöhr ibn Yəzid | Yezidiyyə | şahzadə | qələbə, hakimiyyətin ələ keçirilməsi |
1034-cü il | Əmir ilə müharibə | Mənsur ibn Müsəddid | Dərbənd əmirliyi | Dərbənd | Şirvanşah | qələbə |
1035-ci il | Dərbəndin itirilməsi | Mənsur ibn Müsəddid | Dərbənd əmirliyi | Dərbənd | Şirvanşah | məğlubiyyət, sülh |
1035-ci il | Əbd ül-Məlikin hakimiyyətə gətirilməsi | Əbd ül-Məlik | Dərbənd əmirliyi | Dərbənd | Şirvanşah | qələbə |