Memlan Ibn Yezid - Wikipedia
Məmlan ibn Yəzid — Şirvanşah şahzadəsi, Şirvan taxtına iddiaçı.
Məmlan ibn Yəzid | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Dəfn yeri | Şamaxı |
Atası | Yəzid ibn Əhməd |
Həyatı
redaktəŞirvanşah Yəzid ibn Əhmədin oğlu idi. 22 noyabr 1066-cı ildə oğuz sərkərdəsi Qaratəkin ilə birlikdə Şamaxıya yürüşə başlamış və taxta iddia edirdi. Şirvanşah I Fəribürz əmisini məhv etmək üçün sultanın hacibinə gizlincə 6000 dinar verərək onu öz tərəfinə çəkmişdi.[1] "Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin təfərrüatı nəql olunur:
"Hacib buna razılıq verib Qalabad qalasında oturan Məmlanı ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar Məmlan sərxoş olana qədər yeyib – içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt Şirvanşah özünün saray adamlarından üç nəfəri – dayısı oğlu Ləşkəristanı, xidmətçisi Şadtəkini və hacibi Namdar ibn Müzəffəri yolda pusqu qurmağa göndərdi. Onlar sərxoş halda yanlarından keçən Məmlanın üstünə atılaraq, h.459-cu ilin rəbiülaxir ayında cümədən şənbəyə keçən gecə onu qəddarcasına qətlə yetirdilər. Məmlanın meyiti Yəzidiyyəyə gətirilərək orada dəfn edildi"
İstinadlar
redaktə- ↑ V.Minorski, Şirvan və Dərbəndin tarixi, 58-59