Sihabeddin Mehemmed En Nesevi - Wikipedia
Şihabəddin Məhəmməd ən-Nəşəvi (fars. شهاب الدین محمد النساوی; vəfat 1249/1250) milliyətcə fars olan [1] naşir, bioqraf, tarixçi və dövlət xadimidir. Böyük Xorasan vilayətinin Nisa şəhərində anadan olmuşdur. O, 1225-ci ildən ölümünə qədər Cəlaləddin Mənguberdinin yanında olmuşdur. Onun yanında vəzir və səfir vəzifələrində xidmət etmişdir. Cəlaləddin Xarəzmşahın vəfatından sonra Məyyafərikinə getmiş və orada Əyyubi hökmdarının xidmətinə girmişdir. Burada qaldığı müddət ərzində Nəfs̱ətü'l-maṣdur (1234-35) adlı əsərini başa çatdırmışdır. Daha sonra isə Hələbə getmiş və oradakı Əyyubi hökmdarının xidmətinə qəbul edilərək (1246) monqolların yanına səfir göndərilmişdir. Ömrünün son illərini Hələbdə keçirmiş və elə orada da vəfat etmişdir.[2]
Şihabəddin Məhəmməd ən-Nəşəvi | |
---|---|
fars. شهاب الدین محمد النساوی | |
Doğum tarixi | dəqiq məlum deyil |
Doğum yeri | Nisa, Türkmənistan |
Vəfat tarixi | 1250 və ya 1249 |
Vəfat yeri | Hələb |
Milliyyəti | fars |
Fəaliyyəti | naşir, bioqraf, tarixçi və dövlət xadimi |
Tanınır | “Sirətus-Sultan Cəlaləddin Mənguberdi” (ərəbcə, 1241); “Nəfsətül-masdur”(farsca, 1231) |
O, monqolların Xorasanı almasını, Cəlaləddinin sonrakı qaçışlarını və daha sonrakı hərbi macəralarını öz gözləri ilə görmüş və bu hadisələrin hamısını 1241-ci ildə ərəb dilində qələmə aldığı “Sirətus-Sultan Cəlaləddin Mənguberdi” adlı əsərində qeyd etmişdir.[3] O, daha əvvəl — 1234/35-ci illərdə farsca “Nəfsətül-masdur” adlı əsər yazmışdır. Bu əsərdə onun 1231-ci ilə qədər şəxsən müşahidə etdiyi hadisələr, dövrün rəsmi sənədləri və şahidlərin ifadələri əsasında Xarəzmşahların süqutu və monqol istilası haqqında məlumat verilir.[4]
İstinadlar
redaktə- ↑ Manz, 2020
- ↑ "Abdülkerim Özaydın, NESEVÎ, Muhammed b. Ahmed, İslam Ansiklopedisi". 2 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2023.
- ↑ Islamic Central Asia: An Anthology of Historical Sources. Bloomington, IN: Indiana University Press. 2010. səh. 125. ISBN 978-0253353856.
- ↑ Jackson, 1993. səh. 974
Mənbə
redaktə- Şablon:EI2
- ан-Насави. Сират ас-султан Джалал ад-Дин Манкбурны. Издание критического текста, перевод с арабского, предисловие, комментарий, примечания и указатели 3. М. Буниятова. Москва: Издательская фирма «Восточная литература» РАН, 1996, 798 с. ISBN 5020167908
- Orta əsrlər Azərbaycan tarixinə aid ərəb mənbələrindən seçmələr. Tərcümə, qeyd və şərhlərin yazılması və tərtibi: N. Bayramlı. Bakı: "AFPoliqrAF" mətbəəsi, 2016, s. 96-163.
- Jackson, Peter. The Mongols and the Islamic World: From Conquest to Conversion. Yale University Press. 2017. ISBN 9780300227284. JSTOR 10.3366/j.ctt1n2tvq0. Şablon:Registration required
- Manz, Beatrice Forbes. Iranian Elites under the Timurids // Steenbergen, Jo Van (redaktor). Trajectories of State Formation across Fifteenth-Century Islamic West-Asia. Brill. 2020. 257–282. ISBN 978-9004431300.