Seyxzamanovlar - Wikipedia
Şeyxzamanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Şeyxzamanovlar | |
---|---|
Titul | Şeyx |
Əcdadı | Şeyx Nizami |
Qohum soylar | Qacarlar |
Mənşəyi | Gəncə |
Təbəəliyi | Gəncə xanlığı, Rusiya imperiyası |
Soyun yaranması
redaktəŞeyx Nizami Gəncəvinin nəslindəndirlər. İmamzadə türbəsi bir vaxtlar Gəncənin əsil-nəcabətli nəsillərindən sayılan Şıxzamanlılara məxsus olub. Öz soy-kökləriylə həmişə fəxr eləyən Şeyxzamanılılar özlərini Şeyx Nizaminin nəslindən sayırlar. Din xadimi Hacı Əlisəftər Səfərəliyev bildirir ki, 1901-ci ildə Gəncə Xeyriyyə Cəmiyyəti ilə İmamzadə mütəvəlliləri, yəni baxıcıları arasında narazılıq yaranıb. Xeyriyyə cəmiyyətinin üzvləri təkid ediblər ki, İmamzadəyə yığılan nəzirlər onların ixtiyarına verilsin, bunları yetimlər üçün açılan yerlərə, xeyriyyə işlərinə sərf etsinlər. İş o yerə çatıb ki, Tiflisdə Qafqaz Canişinliyinin dəftərxanasında bu məsələyə baxılıb. O vaxt 1586-cı ildə İkinci Şah Təhmasibin verdiyi fərmanın sənədi üzə çıxarılıb. Sənəddən məlum olub ki, həmin torpaqlar, o cümlədən, Gəncə İmamzadə Pirinin yerləşdiyi ərazi Şeyxzamanılılar irsi malı olub. Yəqin, buna görə o yerlərə gəncəlilər bugünədək "Şıxın düzü" deyirlər.
Soyun tanınmış nümayəndələri
redaktə- Şeyx İbrahim Qüdsi — tarixçi, şair.
- Məmmədrza Şeyxzamanov — görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1974).
- Nağı bəy Şeyxzamanlı — Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi.
- Məmmədbağır Şeyxzamanlı — Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın rəisi.