Sahin Mustafayev - Wikipedia
Şahin Abdulla oğlu Mustafayev (13 iyun 1965, Cucevan, Noyemberyan rayonu) — Azərbaycan Respublikası Baş nazirinin müavini (2019-cu ildən), Azərbaycan Respublikasının İqtisadiyyat naziri (2008–2019), Tarif Şurasının sədri, Azərbaycan Stolüstü Tennis Federasiyasının Prezidenti.
Şahin Mustafayev | |
---|---|
Vəzifədədir | |
22 oktyabr 2019-cu ildən | |
(i. e. 14–16 fevral 2024) | |
15 yanvar 2016 – 22 oktyabr 2019 | |
Əvvəlki | vəzifə təsis edilib |
Vəzifədədir | |
2013-cü ildən | |
Əvvəlki | İsmət Abbasov |
22 oktyabr 2013 – 15 yanvar 2016 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
31 oktyabr 2008 – 2013 | |
Əvvəlki | Heydər Babayev |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 iyun 1965 (59 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
redaktəŞahin Mustafayev 1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunun Cucevan kəndində anadan olub. 1989-cu ildə M. Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.
1991–1992-ci illərdə "Spektr" kiçik müəssisəsində baş mühasib, 1992–1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.
1999–2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi, 2000–2003-cü illərdə AR Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi, 2003–2005-ci illərdə AR Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006–2008-ci illərdə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini vəzifələrində işləyib.
2008–2013-cü illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri, 2013–2016-cı illərdə isə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilmişdir.
2020-ci ildə Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.[1]
Həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının Prezidentidir.
Ailəlidir, 3 övladı var.
İstinadlar
redaktə- ↑ "Ş.A.Mustafayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-12.