Serif Mahalov - Wikipedia
Şərif Mahalov (1939, İlisu, Qax rayonu – 18 dekabr 2020)— həkim, professor. O, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş nevroloqu Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan Bölməsinin prezidenti olmuşdur.[1][2]
Şərif Mahalov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (81 yaşında) |
Elmi dərəcəsi | |
Mükafatları |
Həyatı
redaktəŞərif İslam oğlu Mahalov 15 sentyabr 1939-cu ildə anadan olub.[1] 1964-cü idə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Mahalov 1987-ci ildə 2-ci Moskva Dövlət Tibb İnstitutunda "Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[1] O, 1989-1991-ci illərdə kafedranın professoru vəzifəsində çalışıb. Professor Ş. Mahalovun elmi maraq dairəsi çoxşaxəlidir və onun fəaliyyətinin elmi istiqamətinin əsasını neyrogenetika, baş beynin damar xəstəlikləri və epilepsiya təşkil edir. O, Azərbaycanda sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin klinikasını, epidemiologiyasını, genetikasını, biokimyasını və neyrofiziologiyasını hərtərəfli öyrənmişdir.[1][2]
Professor Şərif Mahalov 10 mindən çox insan haqqında məlumat toplamışdır. O, həmçinin unikal xəstələr üzərində müşahidələr aparılmasına nail olub. Belə ki, o, bir ailənin 6 nəslində spino-serebellyar ataksiyası olan 37 xəstənin, başqa bir ailənin 6 nəslində isə Hantinqton xoreyası olan 43 xəstənin şəxsən müayinəsini aparmış və təsvirini vermişdir. Həcminə və dərinliyinə görə professor Ş.Mahalovun elmi-tədqiqat işinin materiallarının keçmiş SSRİ-də analoqu olmamışdır. Mütəxəssislər etiraf edirlər ki, çox nadir hallarda dünyada bir tədqiqatçının əlində bu qədər tutarlı material olur.
Professor Ş.Mahalovun Hantinqton xoreyasının, irsi ataksiyaların və Tomsen miotoniyasının patogenezinin öyrənilməsi üzrə işləri böyük maraq doğurur. O, Hantinqton xoreyası zamanı hiperkinetik pozğunluqların artması ilə dofaminin ekskresiya səviyyəsi arasında mənfi korrelyasiyanı izah etmiş və bu haqda ilk dəfə hipotez irəli sürmüşdür. Professor Ş.Mahalov dünya praktikasında ilk dəfə olaraq Hantinqton xoreyası və spino-cerebellyar ataksiyası olan xəstələrin qohumlarını müayinədən keçirərək sübut etmişdir ki, elektromioqrafiya və elektroneyromioqrafiyada alınan dəyişikliklər xəstəliyin kliniki təzahürlərinin üzə çıxmasını qabaqlayır. O, həmin xəstəliyin erkən diaqnostikasının kriteriyasını işləyib hazırlamışdır. Professor Ş.Mahalov Azərbaycanda tibbi - genetic xidmətin strukturunu müəyyənləşdirmiş və irsi sinir xəstəliklərinin azalmasına yönəlmiş konkret tövsiyələr vermişdir. Bunlara əsaslanaraq hazırlanmış model SSRİ-də analoji tədbirlər üçün tövsiyə olmuşdur.
Professor Ş.Mahalov Azərbaycanda angionevrologiyanın da inkişafına xüsusi diqqət yetirmişdir. O, Bakıda neyro-damar 30 çarpayı şöbəsinin təşkilini tövsiyə edib və bu şöbənin funksional strukturunu verib.[mənbə göstərin]
Ş.Mahalovun rəhbərliyi altında 1 doktorluq , 8 namizədlik dissertasiya işi yerinə yetirilmişdir; o, tibb elmləri ixtisası üzrə 1 fəlsəfə doktoru dissertasiyasının elmi məsələhətçisi olmuşdur. Hazırda onun rəhbərliyi altında nevrologiyanın actual problemlərinə həsr edilmiş 7 tibb elmləri ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasına rəhbərlik edib və 1 tibb elmləri ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasının elmi məsləhətçisi olmuşdur. Alim 130 çap olunmuş elmi əsərin müəllifidir.[mənbə göstərin]
Professor Ş.Mahalov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nevroloqu olmuşdur.
O, həmçinin Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan Bölməsinin prezidenti, ATU-nin № 03015 dissertasiya şurasının da sədri idi.
Ş.Mahalov 250-dən çox elmi metodik işin, 2 monoqrafiyanın müəllifi olmuş, 2000-ci ildə “Əməkdar həkim”, 2009-cu ildə isə “Əməkdar Elm Xadimi” adlarına layiq görülmüşdür.[1][2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Nazimqızı, Şəfiqə. "Azərbaycanın baş nevroloqu vəfat edib". report.az (az.). 2022-05-20 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 "Azərbaycanın baş nevroloqu vəfat etdi". axar.az (az.). 2020-12-18.