Sixlar Masalli - Wikipedia
Şıxlar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Şıxlar kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kəndi mərkəz olmaqla Şıxlar kənd Soveti yaradılmışdır.[1]
Şıxlar | |
---|---|
38°56′ şm. e. 48°31′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimiyası
redaktəŞıx sözü şeyx sözü ilə eynidir. Şeyx sözünün ərəbcə mənası qoca, ağsaqqal deməkdir. Bu ad orta əsrlərdə qəbilə, tayfa, təriqət başçılarına, görkəmli ilahiyyatçılara, hörmətli adamlara deyilir. Şıxlar — ərəbcə şeyxlər olub, mənası başçı, rəhbər deməkdir. Bu tipli coğrafi adlar "şeyxlərə məxsus", "şeyxlər yaşayan yer", "şeyxlərin nəsli", "şeyxlərin dəfn olunduğu yer" və s. mənasındadır.[2] Əvvəllər Nəzər deyilən şeyx yaşadığından buranın adı Nəzərkənd olub.
Tarixi
redaktəTarixi abidələri
redaktəBurada Pirzadə ziyarətgahı yerləşir.
Coğrafiyası və iqlimi
redaktəKənd yüksək dağlıq ərazidə yerləşir. Burdan Viləşçay dəryaçası və Masallıya gözəl panorama açılır.
İqtisadiyyatı
redaktəKənd əhalisi əsasən arıçılıqla məşğul olur. Bundan başqa kənd meyvəçilik, xüsusilə də payızda yetişən heyvasıyla tanınır. Masallıya gedən içməli suyun tamamı bu kənddən təmin olunur.
Əhalisi
redaktəƏhalisi 3211 nəfərdir.[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ Şıxlar (Masallı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax
redaktə Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |