Iyirmidord Mahali - Wikipedia
İyirmidörd mahalı — Qarabağ xanlığının 25 mahalından biri.
İyirmidörd mahalı | |
---|---|
Ölkə |
Mahal haqqında qısa bilgi
redaktə- Sahəsi —
- Əhalisi — İyirmidördlər
- Yaranması — 1747-ci il
- Mərkəzi — Bayəhmədli kəndi
- Sərhədləri — qərbdən Şirvan xanlığı, şimaldan Gülüstan mahalı, şərqdən Cavanşir mahalı, Otuziki mahalı, cənubdan II Kəbirli mahalı.
Mahalın tarixi
redaktəQədim-qayım Qarabağın ünlü mahallarından biri də İyirmidörddür. Adını türk tayfa birliyi İyirmidörddən alıb. Bu tayfa birliyi əski çağlarda Qarabağın çeşidli yerlərində yaşayırdı.
1593-cü ilə bağlı bir Osmanlı qaynağında tayfanın adı çəkilir və qolları açıqlanır. Həmin qaynaqda İyirmidördün yerləşdiyi yörələr.
- 1. Alışarlı oymağı—Sir nahiyəsində, Sümə kəndində
- 2.Alpavut oymağı—Yavlaq Qaramanlı nahiyəsində, Alpavut oymağı—Sir nahiyəsində, Əliabad nəhrində
- 3. Bəxşayişli oymağı—Şütur nahiyəsində, Bəxşayişli oymağı—Şütur nahiyəsində, Nemətabad nəhrində
- 4. Bəxtiyarlı oymağı—Qaraağac qəzasında, Bəxtiyarlı oymağı—Qaraağac qəzasında, Tüllü oymağı ilə birlikdə
- 5. Dərəbəyli oymağı-Yavlaq Qaramanlı nahiyəsində, Dərəbəyli oymağı—Qaraağac qəzasında
- 6. Dədəxəlilli oymağı—Bərdə qəzasında
- 7. Dördlər oymağı—Bərdə qəzasında
- 8. Dürhəsənli oymağı—Sir nahiyəsində
- 9. Ərəbli oymağı—Bərdə qəzasında
- 10. Gödə Əhmədli oymağı—Yavlaq Qaramanlı nahiyəsində
- 11. Gögçəkli oymağı—Yavlaq Qaramanlı nahiyəsində
- Gögçəli-Varvara oymağı—Yavlaq Qaramanlı nahiyəsində
- 12. Molla Əlili oymağı—Yavlaq Qaramanlı nahiyəsində, Bük nəhrində, Molla Əlili oymağı—Bərdə qəzasında, Toqaclı oymağı ilə birlikdə
- 13. Pirə Mahmudlu oymağı—İncərud nahiyəsində
- 14. Sarı Hacılı oymağı—Çelaberd nahiyəsində
- 15. Seyidi Zəng oymağı—Yavlaq Qaramanlı nahiyəsində
- 16. Tobılı oymağı—Sir nahiyəsində
- 17. Toqaclı oymağı—Yavlaq Qaramanlı nahiyəsində
- 18. Tüləki oymağı—Bərdə qəzasında, Pətəklik nahiyəsində
- 19. Tüllü oymağı—Qaraağac qəzasında
- 20. Varvara oymağı—Yavlaq Qaramanlı nahiyəsində
- 21. Yasavullu oymağı—İncərud nahiyəsində
- 22. Yollu oymağı---Bərdə qəzasında
- 23. Zənd oymağı—Yavlaq Qaramanlı nahiyəsində
- 24. Xəllacan oymağı—Bərdə qəzasında.
Mahal Bərdə qəzasının bir neçə nahiyəsini, о cümlədən Bərdə, Sir, Şütur, İncərud və Yavlaq Qaramanlı nahiyələrinin ərazilərinin əsas hissələrini əhatə edirdi. Bugünkü yörələr əsasında İyirmidörd mahalının xəritəsini cızsaq, Bərdə, Yevlax və Goranboy bölgələrinin ərazilərinin böyük hissəsini göstərmiş olarıq.
Qarabağ хanlığının arxivi əlimizdə olmadığından mahal ərazisini daha dəqiq təsvir etmək imkanından bir qədər uzağıq. Lakin gərgin araşdırmalar, sürəkli аxtarışlar əsasında mahalın torpaq sərhədlərini aydınlaşdırmağı bacarmışıq. Bəzi erməni müəllifləri yanlışlıqla İyirmidörd mahalını Talış (Gülüstan) mahalının ərazisi kimi qeyd edirlər.
İyirmidörd mahalı 1823-cü ildə ləğv olunub. Ərazisi Şuşa qəzasının Cavanşir sahəsinə bağlanıb.
İyirmidörd mahalının naibləri
redaktəTitul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | [[]] | [[]] | [[]] |
Naib | [[]] | [[]] | [[]] |
Naib | [[]] | [[]] | [[]] |
Naib | [[]] | [[]] | [[]] |
Naib | Mirzə Adıgözəl bəy Bayəhmədli | 1822 | 1840 |
İstinadlar
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, İyirmidörd mahalı, "Soy" elmi-kütləvi dərgi, 2008, № 9, səh.30–33