Sir Nahiyesi - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Sir — Qafqaz Albaniyası ərazisində qədim şəhər və nahiyə.
Tarixi
redaktəQədim-qayım Qarabağın tarixi mahallarından biri də Sirdir. Tarix boyu Ermənistanın sərhədləri içərisinə daxil olmamış bu ərazini erməni saxtakarları özününküləşdirirlər. Dərsliklərinə, "Tarix" kitablarına salıblar. Gəlin tarixə nəzər salaq. Qədim Alban (Aran) tarixçisi M. Kalankatuklu yazır ki, Sir Albaniyanın ərazisindədir. Hətta buranı şəhər kimi təqdim edir. O yazır: "Isanın naminə şəhid olan müqəddəslərin qaxımış cəsədləri olan yerdə, Tsri adlanan şəhərdə çoxlu əlamətdar hadisə və möcüzələr baş vermişdi.[1] M. Kalankatuklu kitabının 17 fəslində Sirdən vilayət kimi bəhs edir: "Elə həmin ildə beyləqanlılar (pavlikilər-Ə. Ç.) gəldilər və Sünik, Tsri (Sir-Ə. Ç.) və Amaras vilayətlərini talan etdilər".[2] Sir şəhərini və vilayətini erməni müəllifləri Tsri kimi qeyd edirlər. Bu yanlış tələffüzdür. Nədənsə Albaniya tarixindən bəhs edən Azərbəycan tarixçiləri də bu vilayətin adını Tsri yazırlar. Bizcə bu erməni müəlliflərini korkoranə yamsılamaqdır. Erməni müəllifi Bərxudarov Sir mahalının adını Trri kimi qeyd edib, bildirir ki, bu ərazi tarixi Arsax əyalətinin dördüncü vilayətidir və hazırda ora Kəbirli adlanır. Sirin bir hissəsi xanlıq dönəmində Kəbirli mahalına, rus üsul-idarəsi vaxtında Şuşa qəzasının Kəbirli sahəsinə bağlı idi. Sir mahalı erkən orta çağda vilayət, sonra nahiyə kimi Qarabağın bağrında fəaliyyət göstərmişdi. Indiki Tərtər, Bərdə, Ağdam və Ağcabədi bölgələrinin bir hissəsini əhatə edirdi. Əhalisi türklərdən ibarət idi. Oğuz boylarına mənsub qayılar, Iyirmidörd, Qacar elinə aid oymaqlar, qaraqoyunlular və başqaları bu mahalın ərazisində yaşayırdılar.
Sir nahiyəsi
redaktə1593-cü ildə Osmanlı dövləti Bərdə sancağınin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb.
1593-cü ilə bağlı Osmanlı qaynağında qeyd olunur ki, Sir nahiyəsində Qacar elindən Qaraca Sevgülən, Qaytaq, Qolsuzlu, Əglənli, Şambayatı, Iyirmidörd elindən Əlişarlı, Alpavut, Tobılı və eli bəlli olmayan Darığalı, Dürhəsənli, Ibrahimbəyli, Qaraqoyunlu, Quzanlı oymaqları qərar tuturdular.[3] XVIII yüzildə Sir nahiyə kimi Bərdə sancağına tabe idi. Bu nahiyədə 23 məskun, 12 boş kənd vardı. Sir nahiyəsinə bağlı kəndlər: Mehriban, Tülayi, Yenicə, Şeyxbaba, Səhlabad, Acıhəyadan, Sirab (Sir və Su), Dəryabəyan, Alpağud Əliabad, Köpdəri, Alpağud Kotan, Qolsuz, Kotan, Qarasüd, Həsənabad, Kələk, Düdənk, Qayı, Divararxı, Qaklı, Pirancıq, Yeni Zorkəran, Kürdəhələ, Saqiyan, Püstənkəran (Quzanlı), Arslanşah, Siyahkolan, Əliabad Şeyxsəid, Zahidşahbulağı, Qutluqdəmir, Seyidani-Mərdəxeyr, Yeni Hacıcilək, Əbülfərəcabad, Böyük Həddi-Xəlifat, Kiçik Həddi-Xəlifat, Cünik, Xanəgahi-Abbas, Araniyan. Nahiyənin ərazisindən Tərtərçay, Tərtərbasan, Qarqarçay, Qarasuçay, Kotançay və Sirçay çayları axırdı.[4]
1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində Bərdə livası inzibati–ərazi nahiyə
Sir nahiyəsində bir çox suvarma arxları fəaliyyət göstərirdi. Adlarını sadalayaq: Yüzbaşılı arxı, Xatun arxı, Xazalan arxı, Zələban arxı, Daruğalı arxı, Qaraxançinarı arxı, Bazarçətən arxı, Hind arxı, Zoğalat arxı, Muxur arxı, Gücülü arxı, Doyran arxı, Zəbə arxı və başqaları. Hanı burda ermənilər? Hanı burda erməni dilinə bağlı yer adları? Tarixin hansı dönəminə baxsanız Sir nahiyəsində türkləri görəcəksiniz. Sir mahalındakı kəndlərin, çayların, arxların adları və başqa toponimlər Azərbaycan dili vastəsilə izah olunur. Çünkü bu yurdun köklü əhalisi türklər idi. Albaniya, Aran əhalisini tədqiq edən türkoloq M. I. Artamanov yazır: "Türklərin, savirlərin, xəzərlərin, bolqarların və b. Zaqafqaziyada, xüsusən aran Albaniyada məskənləri yəqin ki, onların bu ölkəyə ilk girişlərindən mövcud idi. Sonralar onların sayını yeni türk tayfaları artırdı ki, bu da Azərbaycanın etnik simasını müəyyənləşdirdi". Sir mahalının başkəndi Sir idi. Sir orta çağda şəhər biçimində yaşam sürmüşdü. Feodal ara çəkişmələri dönəmində bu şəhər dağılmış, kəndə çevrilmişdi. Sir sonralar Ab (Su) kəndi ilə birləşib Sərab (Sərov) adlandı. Təxminən VI yüzilin önlərində Sirin başçısı Qoçqar olmuşdu. Erməni müəllifləri onun adını Xoçkarik kimi yazırlar. Sirin qədim kəndlərindən biri də Qaklıdır. M. Kalankatuklunun əsərində bu kəndin adı Haku kimi keçir. O, yazır: "Sonra Tsri (Sir) şəhərində iranlı Arkesin əliylə şəhid olanların və cəsədləri basdırılan Haku məntəqəsində yerli kilsənin Yakov adlı keşişinin (o dönəmdə Albaniya əhalisinin yarısı xristian idi-Ə. Ç.) gecə yuxusuna nurani sifətli və vüqarlı kişi və onunla birlikdə gözəl simalı bir gənc oğlan gəlib dedilər: "Dur, get Tsri (Sir) şəhərinin valisi olan alban nahararı Xoçkorikin (Qoçkarın-Ə. Ç.) yanına və gördüklərin haqda danış".[5] Sir mahalının qədim yurdlarından biri də Xazalandır. Əski bir el bayatısında bu yurdun adı çəkilir:
Bu yurdda Xazalandı, Sar qovub qaz alandı. Dərdlərim nə qurtaran, Nə də ki, azalandı.
Xazalan yurdunda Cavanşir elinin obalarından biri poladlılar məskunlaşmışdılar. Poladlı obasından Xazalanski və Poladov kimi tanınmış Azərbaycan soyları çıxıb. İbrahim bəy Azər (1836–1885), Abdulla bəy Asi (1840–1874), Xudadad bəy kimi şairlər, Səfi bəy Xazalanski kimi zərif bu obanın, bu yurdun yetirməsidir. Sir əhalisi öncə bütpərəst olmuşdu. Sonra xristianlığı qəbul etdilər. Islam bu ölkəyə ayaq basandan sidq ürəklə müsəlman oldular. Bütün bu faktlar ermənilərin müddəalarını rədd edir. Sir heç zaman nə erməni yuvası, nə də Ermənistanın tərkibində olmuşdur. Sir-əski bir türk yurdudur. Bu gün kimi həqiqətdir. Ermənilər nə qədər çalışsalar da, günəşi palçıqla suvaya bilməyəcəklər.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Sirin sirri açılır, "Soy" dərgisi, 6 (14), 2008, 118–121.
İstinadlar
redaktə- ↑ Moisey Kalankatuklu, Albaniya tarixi, Bakı, "Elm", 1993, səh. 56
- ↑ M. Kalankatuklu, Gös. Əsəri, səh.196
- ↑ "Gəncə—Qarabağ əyalətinin icmal dəftəri", İstanbul Başbakanlıq Arşivi, Tapu № 699
- ↑ Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, "Şuşa". 2000, səh.314–335
- ↑ M. Kalankatuklu, Gös. Əsəri, səh.56