Ivan Sirokoqorov - Wikipedia
İvan İvanoviç Şirokoqorov(rus. Иван Иванович Широкогоров; 15 iyul 1869, RSFSR – 11 sentyabr 1946, Bakı) — sovet patoanatomu. SSRİ Tibb EA-nın (1944) və Azərbaycan SSR EA-nın akademiki (1945). Azərb. SSR əməkdar elm xadimi (1936). Yuryev Universitetinin professoru (1915). 1920–1921 illərdə ADU-nun rektoru.[1]
İvan Şirokoqorov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyul 1869 |
Doğum yeri | |
Vəfat tarixi | 11 sentyabr 1946 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | patoloq |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
Akademik fəaliyyəti
redaktə1896–1901 illərdə Yuryev Universiteti (Tartu) tibb fakültəsində təhsil almışdır.[2] Şirokoqorov 1900–1908 illərdə Yuryev Universitetində Ümumi Patologiya və Patoloji Anatomiya kafedrasında prozektor (anatomiya üzrə professorların köməkçisi) köməkçisi vəzifəsində işləmişdir.[3] 1908–1915 illərdə privat-dosent (professor köməkçisi) olmuşdur. 1908 ildə Parisdə Paster İnstitutunda Meçnikovun yanında işləməyə ezam olunur, 1913 ildə xərçəng institutunda (London) işləmişdir. 1924 ildə İ.İ. Şirokoqorov "Azərbaycan patoloqanatomlarının Elmi Cəmiyyəti"nin sədri seçildi. "Azərbaycan patoloqanatomlarının Elmi Cəmiyyəti" ilk dəfə 1924-cü ildə professor İ.İ. Şirokoqorovun təşəbbüsü ilə yaradılmış və o, Elmi Cəmiyyətin ilk sədri olmuşdur. Cəmiyyət yarandığı dövrlərdən çox intensiv fəaliyyət göstərməyə başlamışdır. Təsadüfi deyilki, "Patoloqanatomların Ümumittifaq Elmi Cəmiyyəti"nin II qurultayı 1930-cu ildə bəynəlxalq səviyyədə məhz Bakı şəhərində keçirilmişdir. Azərbaycan səhiyyəsində böyük nüfuz sahibi olmuş və parlaq elmi, pedaqoji və praktik fəaliyyət göstərən professor İ.İ. Şirokoqorov 1936-cı ildə Azərbaycan SSR "əməkdar elm xadimi" fəxri adına layiq görülüb.[4] 1919–1930 illərdə S. M. Kirov adına ADU-da, 1930–1946 illərdə N. Nərimanov adına Azərb. Dövlət Tibb İn-tunda patoloji anatomiya kafedrasının müdiri olmuşdur[5]. 1919–1928 illərdə ADU tibb fakültəsinin ilk dekanı və 1920–1921 illərdə isə Azərb. Dövlət Universitetinin rektoru olmuşdur.[6] Akademik 1924–1932 illərdə Azərb. SSR Xalq Səhiyyə Komissarlığında Tibbi elmi şuranın sədri olub. 1934–1937 illərdə Azərb. SSR Xalq Səhiyyə Komissarlığında Ali Qiymətləndirmə Komissiyasında sədr işləyib. 1945-ci ildə biologiya və kənd təsərrüfatı elmləri bölməsi üzrə Azərb. SSR EA-nın həqiqi üzvü seçilmişdir. Tədqiqatı, əsasən, ölkə patologiyasına (malyariya, taun, cüzam, leyşmanioz, mığmığa qızdırması, pellaqra və s.) həsr edilmişdir. Londonda 1913 ildə keçirilən XVII Beynəlxalq tibb konqresində ilk dəfə olaraq sinir hüceyrələrinin mitoxondrilərindən danışmışdır.
Cənubi Qafqaz respublikaları arasında ilk universitet 1918-ci ildə Tiflis şəhərində, sonra isə 1919-cu ildə Azərbaycanda təşkil edilmişdir. Azərbaycanda ali təhsil müəssisələrinin təşkilində o dövrdə Cənubi Qafqaz respublikalarında yaşayan mütərəqqi fikirli rus ziyalılarının böyük rolu olmuşdur. Zaqafqaziya Universiteti bağlandıqdan sonra Tiflisdən Bakıya köçən bir qrup rus ziyalısının — bunlar arasında 1918-ci ilə qədər Qafqaz ordusunun baş cərrahı işləmiş professor M.İ. Razumovskinin, Yuryev (Derpt) Universitetinin professoru, I dünya müharibəsində (1914–1918) Rusiya Qırmızı Xaç Cəmiyyəti tibb hissəsinin rəhbəri, ixtisasca patoloq — anatom İ. İ. Şirokoqorov, mama-ginekoloq F.N. İlyin və başqalarının Bakı Dövlət Universitetinin yaradılmasında[7] böyük xidmətləri olub.[8]
1930-cu ildə tibb fakültəsi Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının nəzdinə verilmiş və onun bazasında da Azərbaycan Tibb İnstitutu yaradılmışdır. Əvvəldən də olduğu kimi patoloji anatomiya kafedrasına yenə də professor İ.İ. Şirokoqorov rəhbərlik etməyə başladı (o vaxt bu vəzifədə "patoloji-anatomik institutunun direktoru" adlandırılırdı). 1930-cu ildən sonra 1940-ci ilə qədər kafedra əməkdaşları sırasında Q.Ə.Səlimxanov, S.D.Abbasova, H.K.Həsənov, M.Muxtarov və V.S.Karagedova da qoşulmuşlar. Kafedranın ilk müdiri olmaqdan başqa professor İ. İ. Şirokoqorov, həm də Azərbaycanda nəzəri patoloji anatomiyanın əsasını qoymuş və Azərbaycanda praktik patoloji-anatomik xidmətin də yaradıcısı olmuşdur. Bu dövrlərdə Bakı şəhərindəki iri xəstəxanalarda artıq patoloji-anatomik müayinələr aparılmağa başlanılmışdı.[4]
Mükafatları
redaktə- Lenin ordeni
- "Şərəf nişanı" ordeni
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində əmək igidliyinə görə" medalı[9]
İstinadlar
redaktə- ↑ AMEA Rəyasət Heyətinin şöbəsi — Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzi.
- ↑ M. Əmrahov, M. Salahov, N. Əsədov. Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixinin oçerkləri (1917–1941-ci illər). Bakı: Mütərcim, 2007. — səh. 9.
- ↑ https://istormed.ru/публикации-сотрудников-института/научные-статьи/биографии-деятелей-медицины-и-здравоохранения-академиков-амн-ссср-рамн/2174-широкогоров-иван-иванович.html
- ↑ 1 2 "Arxivlənmiş surət". 2018-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-26.
- ↑ Azərb. Sovet Ensiklopediyası, X cild, səh. 547
- ↑ Azərb. Tibb Universitetinin Arxiv şöbəsi.
- ↑ http://www.paralel.az/print.php?id=67268[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-26.
- ↑ Архив Патологии (журнал). том 8, выпуск 5–6. Москва — 1946. səh. 157–159