Isvec Polsa Muharibesi 1600 1611 - Wikipedia
1600–1611-ci illər İsveç–Polşa müharibəsi — Livoniya üzərində nəzarət uğrunda bir sıra Polşa–İsveç müharibələrində Reç Pospolita və İsveç imperiyası arasında ilk müharibə. Müharibənin başqa bir səbəbi İsveçin regenti və faktiki hökmdarı, hersoq Södermanlandlı Karl (1604-cü ildən İsveç kralı IX Karl olmuşdur) və Reç Pospolita kralı, 1592–1599-cu illərdə İsveç kralı olmuş III Sigizmund arasında İsveç taxt-tacı uğrunda mübarizə idi.[1]
İsveç–Polşa müharibəsi | |
---|---|
Tarix | 1600 |
Yeri | |
|
Səbəblər
redaktəBirinci müharibənin mənşəyi İsveçdəki qısamüddətli vətəndaş müharibəsinə gedib çıxır və bu müharibə zamanı III Sigizmund İsveç taxtını itirir. Bu münaqişədə yalnız məhdud sayda Polşa qoşunları iştirak edirdi və müharibənin özü Polşa–İsveç müharibələrinin bir hissəsi kimi deyil, bütövlükdə İsveçdaxili münaqişə kimi görünürdü. Əvvəlcə döyüşən tərəflər arasında çıxılmaz vəziyyət yaranmış, sonra 25 sentyabr 1598-ci ildə Stongebru döyüşündə Sigizmund məğlub edilmiş və 30 oktyabrda Qdanska qayıtmışdır. O, buna baxmayaraq, "İsveç, Qotlar və Vendlər kralı" titulundan imtina etməmişdir.
1599-cu ilin iyulunda riksdaq Sigizmund Vazanı rəsmi olaraq vəzifəsindən uzaqlaşdırmış, 4 yaşlı şahzadənin altı ay ərzində İsveçə gəlməsi və lüteran inancını qəbul etməsi şərti ilə oğlu Vladislavın varislik namizədliyini qəbul etmişdir. Fanatik katolik olan Sigizmund üçün belə şərtlər qəbuledilməz olmuşdur. Beləliklə, Reç Pospolita və İsveç arasında qısamüddətli şəxsi uniya başa çatmışdı.
Bununla belə, Sigizmund həyatının sonuna qədər İsveç taxt-tacını geri qaytarmaq ümidini itirməmişdir. O andan etibarən Sigizmundun siyasəti əsasən İsveçi fəth etmək cəhdləri ətrafında qurulmuşdur, baxmayaraq ki, Reç Pospolita zadəganları belə uzun müddət davam edən və qanlı qarşıdurmada iştirak etməkdə çox maraq göstərməmişdilər. Sigizmund 1599-cu ildə planını həyata keçirməyə başlamış, "pacta conventa" şərtlərini – Reç Pospolita kralı seçilərkən üzərinə götürdüyü öhdəlikləri təsdiqləmişdir. O, bu sənəddə İsveçə tabe Estlandiya hersoqluğunu Reç Pospolitaya birləşdirəcəyini vəd etmiş və 12 mart 1600-cü ildə seymdə birbaşa qoşulmanı elan etmişdir.
İstinadlar
redaktə- ↑ Mała Encyklopedia Wojskowa, 1967, Wydanie I.
Əlavə ədəbiyyat
redaktə- Stanisław Herbst, Wojna Inflancka 1600—1602, wyd. II, Inforteditions 2007.
- Leszek Podhorodecki, Rapier i koncerz, Warszawa 1985, ISBN 83-05-11452-X.
- Paweł Jasienica, Rzeczpospolita Obojga Narodów. Srebrny Wiek, Warszawa 1982, ISBN 83-06-01093-0.
- Henryk Wisner, Kircholm 1605. Warszawa 2011, Bellona, ISBN 978-83-11-12034-1.
Xarici keçidlər
redaktə- List o oblężeniu zamku dynamentskiego w Inflanciech do iasnie wielmożnego pana Chrisztopha Moniwida na Dorostaiach, marszałka … W.X. Litewsk. … od namiestnika … dynamentskiego pana Gabriela Bialozora, dzierzawce nowomłynskiego dnia 22 miesiąca Octob. w roku 1605 pisany — Białozor, Gabriel
- Nowiny z Inflant o sczęslivvey porazce, ktora sie stała nad Karolusem ksiazęciem sudermanskim przez … Iana Karola Chotkievvicza nayvvyzszego hetmana W.X.L. dnia 27 Septemb. vv dzien s. Stanislavva roku 1605
- Польско-шведская война, 1600—1609