Istifadeci Muzakiresi Ayten Filoloq - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Ayten filoloq! |
Tez-tez soruşulan suallar | Salam, Ayten filoloq. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
Nemoralis (müzakirə) 10:30, 23 sentyabr 2024 (UTC)
hər vaxtınız xeyir, aytən xanım. dünən məqalənin giriş hissəsini bir qədər redaktə elədim, ancaq digər başlıqlar üzərində işləməzdən əvvəl sizi bir məsələdən xəbərdar etmək istəyirdim — qədir bəyin də dediyi kimi, məqalədəki bir çox məlumatın mənbəyi yoxdur. ola bilsin ki, amea-dan sizə word sənədi kimi tərcümeyi-hal göndəriblər ki, vikipediyaya əlavə olunsun, ancaq həmin məlumatların hər biri mütləq vikipediyadan əvvəl haradasa paylaşılmalıdır. müxtəsəri, amea idris bəyin bioqrafiyasını vikipediyada görmək istəyirsə, gərək əvvəlcə öz saytlarından birində yayımlasın. yalnız ondan sonra məqalə qaralama
fəzasından əsas fəzaya köçürülə bilər. əkrəm. 15:31, 3 oktyabr 2024 (UTC)
- Salam.Hər vaxtınız xeyirli olsun.
- Bəli hazır materiallar əsasında yaradılıb,amma məqalənin sonunda Xarici keçidlər bölməsində 22 sayt adresi verilib.
- Birdə ki Azərbaycan Vikipediyasında mən məlumatı çox kasad,mənbəyi şübhəli olan məqalələr ğörürəm.Elə məqalələr var ki yarım səhifə edə etmə,heç bir mənbəyə də əsaslanmır,amma onu dərc ediblər.Görəsən onları necə qəbul ediblər ?!
- Bu insan isə elm aləmində,dilçilik üzrə Azərbaycanda tanınan,görkəmli bir professordur ki saysız hesabsız məqalə və kitabları var.
- Siz necə məsləhət edirsiniz,elə də edək,amma bizdə başqa materiallar yoxdur.
- İdris Müəllim çox yaxşı bir insandır - ölkəsinə,xalqına faydalı və mən çox istərdim Sizlərin köməyi ilə,biz bu məqaləni dərc edək.
- Əgər hesab edirsiniz ki,Sizin hansısa dəyişiklik vəya əlavəniz nəticəsində məqalə dərc olunacaq - lütfən edin!
- Mən materialı olduğu kimi buraya yerləşdirmişəm.
- Təşəkkür edirəm. Ayten filoloq (müzakirə) 16:55, 3 oktyabr 2024 (UTC)
- məqalənin sonundakı keçidlərə daxil oldum, bəziləri işləmirdi, işləyənlər isə professorun adından və yazdığı 1-2 əsərdən başqa elə də bir məlumat ehtiva etmirdi. çoxunun da məzmunu bir-biri ilə eyni idi.
- digər məqalələrin isə mövzumuza o qədər də dəxli yoxdur, bizim məqsədimiz elə hörmətli professorun məqaləsinin o dediyiniz etibarsız məqalələrdən fərqlənməyi, seçilməyidir. yeri gəlmişkən, o məqalələrin əksəri illər əvvəl, azərbaycanca vikipediyanın hələ bu qədər təkmilləşmədiyi zamanlarda yaradılıb və tədricən hər biri üzərində vikipediyaçılar tərəfindən yaxşılaşdırma və zənginləşdirmə işləri aparılır və onların sayı gün keçdikcə azalır. :)
- idris bəyin nailiyyətləri, onun alim kimi dəyəri ilə bağlı isə mən bir irad bildirməmişəm, əksinə, deməyim odur ki, bu cür yaddaqalan, mühüm işlər görmüş bir şəxs haqqında bu cür məlumat çatışmazlığı olması, sadəcə olaraq, təəssüfləndiricidir.
- mən məqalə üzərində əlimdən gəldiyi qədər təkmilləşdirmə apara bilərəm, lakin qeyd etdiyim kimi, məqalənin qənaətbəxş səviyyədə olması, yayımlanmağa hazır vəziyyətə gətirib-çıxarılması amea-nın bu məsələyə göstərəcəyi diqqətdən asılıdır, hansı ki, əfsuslar olsun, mənim səlahiyyətim daxilində deyil. əkrəm. 17:39, 3 oktyabr 2024 (UTC)
- Salam.
- Təşəkkür edirəm Müəllim.
- Lazım bilmədiyiniz ssılkaları,ya təkrarlayanları pozun lütfən.
- Siz lütfən dediyiniz təkmilləşdirməni edin.İnanın İdris Müəllim o qədər laiqli,dürüst insan və alimdir ki,bu köməyi etməyinə dəyər.
- Əsas odur Vikipediyaya uyğun olsun ki dərc olunsun. Ayten filoloq (müzakirə) 20:18, 6 oktyabr 2024 (UTC)
- Salam Əkrəm bəy.
- İdris Abbasov məqaləsinə görə narahat edirəm Sizi.
- Gözümüz yolda qalıb,sonuncu düzəlişlər iki həftəyə yaxındır ki olunub,məqalə hələ də dərc olunmur :).
- Yayda bu işə başladıq,artıq qış da gəldi :).
- Əlavə etmək istərdim ki “Naxçıvan dilçilik məktəbi” kitabı işıq üzü görüb və qeyd olunan bölmələrdə bugünədək filologiya elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi almış 24, fəlsəfə doktoru elmi dərəcəsi almış 51 alim haqqında ətraflı məlumat verilir.Orada 260-263 s. professor İdris Abbasov haqında oxumaq olar.Mən indi çalışacam bu məlumatı da məqaləyə istinadlarda əlavə edəm.
- Bir daha təşəkkür edirəm ! Ayten filoloq (müzakirə) 11:41, 25 noyabr 2024 (UTC)
- hər vaxtınız xeyir olsun!
- məqaləyə lazımi diqqəti göstərə bilmədiyimə görə üzr istəyirəm — şəxsi həyatımda üz verən bəzi məsələlərdən ötrü bir həftədən artıqdır, kompüter arxasında əyləşə bilməmişəm. bu müddət ərzində vikipediyadakı bütün fəaliyyətim də mobil telefonum vasitəsilə gördüyüm ayaqüstü işlərdən ibarət olub, hansı ki, bu cür bir məqalə üçün tədqiqat aparmağa kifayət eləmir. :)
- amea ilə əlaqə saxlamışam, hal-hazırda onlardan cavab gözləyirəm. ola bilsin, həmin kitabda qeyd olunmayan bir məlumatı qeyd eləsələr, oraya da istinad edə bilərik. çalışacağam, üzümüzə gələn günlərdə dəftər-kitabdan başımı qaldırıb buraya bir az diqqət ayırım
- mənbə üçün çox sağ olun; bizimlə əməkdaşlığınız üçün minnətdarıq! :) əkrəm. 09:35, 26 noyabr 2024 (UTC)
- Salam Əkrəm bəy.
- Bizə ayırdığınız vaxt və etdiyiniz əməkdaşlıq üçün bir daha mən də təşəkkür edirəm.
- Şəxsi işlərinizdə Sizə müvəffəqiyyətlər arzu edirəm!
- Səbrsizliklə məqalənin dərc olunmasını ğözləyirik :). Ayten filoloq (müzakirə) 21:17, 2 dekabr 2024 (UTC)
- Salam Əkrəm bəy.
- Bizə ayırdığınız vaxt və etdiyiniz əməkdaşlıq üçün bir daha mən də təşəkkür edirəm.
- Şəxsi işlərinizdə Sizə müvəffəqiyyətlər arzu edirəm!
- Səbrsizliklə məqalənin dərc olunmasını ğözləyirik :). Ayten filoloq (müzakirə) 21:18, 2 dekabr 2024 (UTC)
- Salam Əkrəm bəy.
- İdris Müəllimin şəkili məqalədən 2-4 həftədən bir itir və mən artıq 3-4 dəfə olar ki onu bərpa etmişəm.
- Bir dəfə hətta şəkilin altında olan bütün məlumatları belə pozmuşdular.
- Bu görən nədən belə olur ya kim bunu edir?
- Bu hadisənin səbəbini bilmək istərdim,lütfən :).
- Diqqətiniz üçün təşəkkür edirəm :). Ayten filoloq (müzakirə) 12:43, 4 dekabr 2024 (UTC)
- Salam. Fayl müəlliflik hüquqları problemlərinə görə silinir. Ən yaxşı halda, əgər sizin İdris bəylə təmasınız varsa, onun fotosunu özünüz çəkin və Commonsa əlavə edin. Bu halda faylın silinməsi təhlükəsi də minimum olacaq. Hörmətlə, Qədir (müzakirə) 12:49, 4 dekabr 2024 (UTC)
- hər vaxtınız xeyir. məsələni qədir bəy məndən əvvəl izah edib; şəklin paylaşıldığı xəbər saytlarındakı məzmunlar müəlliflik hüquqları ilə qorunduğu üçün oradan alınmış bir şəkli azad lisenziya ilə yayımlamaq hüquqi zəmində ziddiyyət təşkil edir. mən də sizə, türklər demiş, bir "tüyo" verim: hansısa bir düzəlişiniz, əlavəniz silinən, geri qaytarılan zaman onu dərhal bərpa etmək əvəzinə səbəbini öyrənməyə çalışın. əks halda indi olduğu kimi eyni bir silinmə halı dəfələrlə təkrar olunacaq :) əkrəm. 14:26, 4 dekabr 2024 (UTC)
- Salam Əkrəm bəy.
- Diqqətiniz üçün təşəkkür edirəm.
- Mən başa düşürəm bunları,onda Vikipedia necə olur ki qəbul edir şəkili ? Mən şəkilin mənbəyini belə ğöstərirəm və qəbul edir.Düzdür çətinliklə onu edirəm,Vikipedia müxtəlif mənə şərtlərini qoyur,az qalır desin ki,müəllif özü gəlsin,amma sonda qəbul edir :). Mən Vikipedianın baş ofisi ilə də əlaqədəyəm və mənə yazırlar ki,qəbul olunmuş şəkil sonradan silinməməlidir!Məqalədə bir problem görmürlər!!!
- Şəkili manual silirlər,mən buna əminəm!Yaxşı,bəs altındakı şəxsi məlumatları niyə silmişdilər bir ay öncə? Orada dogulduğu yer,səxsi məlumatlar,Azərbaycan bayrağını belə silmişdilər.Azərbaycan bayrağını kim bəyənməmişdir?
- Mənim fikirimcə burada qərəzli yanaşma var :).
- Yaxşı,mən İdris Müəllimdən xahiş edərəm,yeni heç yerdə dərc olmayan bir şəkil təqdim edər.
- Daha nəyi edək ki,bu məqalə çıxsın ? :)
- İrad tutmaq asan bir işdir,amma Sizdən başqa dəstək verən insan görmürəm.
- Alimin sağlığında ona dəyər vermək lazımdır.Lütfən yardım edin məqaləni dərc edək :). Ayten filoloq (müzakirə) 16:43, 8 dekabr 2024 (UTC)
- Sonuncu dəfə şəkli silinməsi üçün mən etiketləmişdim, çünki açıq MHP (müəlliflik hüquqları pozuntusu) ehtiva edirdi. "Yüklənən şəkil silinə bilməz" ona aiddir ki, material ensiklopedik olsun və ümumi işə, layihəyə töhfə versin. Təsdiq edirsiniz və silinmir, bəli. İstəsəniz də silinmir, 1 həftə içərisində sildirmək olar yalnız. Son olaraq bir daha qeyd edirəm ki, Vikipediyada "dəyər", "hörmət" kimi söhbətlər nəzərə alınmır və buna görə heç kimə məqalə yaradılmasına icazə verilmir. Vikipediya mənbələrin güzgüsüdür. Səbirli olun, məqaləniz təkmilləşdirmə prosesindədir və bura da könüllü layihə olduğu üçün bu qədər vaxt alması normaldır, hələ sonra qalıb-qalmayacağı məsələsi var. Hörmətlə, Qədir (müzakirə) 16:51, 8 dekabr 2024 (UTC)
- Qədir bəy,nə hörmətdən siz danışırsınız ?Siz bizdən hörmət istəyirsiniz?Bu nə sözlərdir yazırsınız bura?
- Mən uşaq deyiləm,mən də aliməm !!!
- Vikipedia öz şərtlərinə uyğun şəkili qəbul etmişdir!!!Vikipedia adminlərdən biri olmağı mənə də təklif edir.Amma mənə bu lazım deyil.Bu şəkil bir aydır məqalədədir və mənbəyini də mən Vikipediaya bildirmişəm,qəbul da ediblər.Mənbəyi bəlli olan şəkili Vikipedia qəbul edir və bizim də şəkili qəbul edib!!!Hansı saytda bu şəkil istifadə olunub,qeyd etmişik və Vikipedia qəbul edib,amma Qədir bəy qəbul etməyib!Niyə???Mən Vikipediaya izzah etmişəm və qəbul olunub.Siz onlardan çoxmu bilirsiniz ya sistemdə bir problem var :)??Bu məqaləni mən paralel baş ofisə də təqdim etmişəm və problem ğörmürlər,siz elə 3 aydı irad bildirirsiniz.Mənə oradan yazırlar ki niyə və kim qəbul etmir məqaləni ?! Daha iki abzas qalıb məqalədən,daha nə edək ki dərc olunsun ?! Bası ayağı bilinməyən,natamam məqalələrin sayı hesabı yoxdur Vikipediada.Nə oldu iradlar elə İdris Abbasov məqaləsinə oldu ? Daha Əkrəm bəy sağ olsun və biz bacardığımızı etdik,lutf edin Əkrəm bəy dərc etsin,lütfən!
- Mən təzə şəkil də yerləşdirməyə hazıram.Daha nə edək ? Ayten filoloq (müzakirə) 17:40, 8 dekabr 2024 (UTC)
- Zəhmət olmasa, Vikipediya:Nəzakət çərçivəsində fikir bildirməyə diqqət göstərək. Şəkil problemli idi, mən də bildirdim və sildilər. Mən heç bir məqaləyə ilişməmişəm, sadəcə istifadəçilər bunu qeyd etməsələr də, hər dəfə "filan qədər" gözləyirik deməyiniz etik deyil. Bura könüllü layihədir, yəni heç kimin heç bir məcburiyyəti yoxdur, bacarırsınızsa siz özünüz, ya da bacaran biriləri tez bir zamanda həll edə bilər, amma etməlidir yox. Digər tərəfdən, xahişlə bura məqalə yerləşdirilmir, ümumiyyətlə, Vikipediyadakı proseslər kənardakı xahişlərlə, göstərişlərlə getmir. Mən onu qeyd edirəm ki, onlayn ensiklopediyamızın öz şərtləri var və məqalələr sadəcə və sadəcə həmin meyarlara uyğun olaraq yaradıla bilər. Yəni kiməsə hörmət xatirinə və dəyər vermə məqsədilə ilə məqalə yazılmır, redaktə edilmir. Vikipediya qaydalarına ziddir bu. Mən başa düşə bilmirəm ki, burada niyə məqalə ilə bir şəxsin dəyəri ölçülür və ona hörmət əlaməti olaraq görürlər vikipediya məqaləsini. Yenə deyirəm, bura könüllü layihədir, digər problemli məqalələrin məsələmizə aiddiyəti yoxdur, onlar da vaxt ilə aşkarlanır və müvafiq tədbirlər görülür. İdris bəyin məqaləsi isə qaydalar çərçivəsində müzakirə oluna bilər, əgər icma silinməsinə qərar verəcəksə də silinəcək, edəcək bir şey yoxdur. Nəysə, bu nöqtədən sonra konstruktiv müzakirəyə davam edə biləcəyimizi sanmıram. Bu qədər. Hörmətlə, Qədir (müzakirə) 17:56, 8 dekabr 2024 (UTC)
- Qədir bəy,siz tək özünüz hələ Vikipediya demək deyilsiniz ki.Siz könüllüsünüz düzdür? Mən sizdən kömək istəmirəm!Siz könüllü olaraq özünüzü Vikipediya sanaraq müxtəlif qadağalar qoyursunuz.Ola bilsin siz Vikipediyanın qaydalarının hamısını bilmirsini və bu normal bir şey!Mən şəkili yenə yüklədim və yenə Vikepediyanın qanunlarına görə yüklədim və Vikipedia qəbul etdi!!!Mən şəkilin mənbəyini bildirdim,hansı saytda yerləşdirilib belə onu da bildirdim.Bildirdim ki azad yayımdadı.Vikipediya qəbul etdi!!!!!!! Sizi burada nə qani etmir Qədir bəy? İstədiyiniz nədir açıq yazın!Sizmi yaratmısınız Vikepediyanın qayda və şərtlərini????? Vikipediya qəbul edir şəkili hörmətli Qədir bəy! Mən sizin bu qərəzli yanaşmalarınızı Vikipediyanın baş ofisinə yazmaq məcburiyyətindəyəm! Biz bəyəm İdris Abbasov haqqında ensiklopedik məlumatlar yazmamışıq???Daha Əkrəm bəy məqaləni tam qısaldıb,qalıb şəxsi məlumatlar və istinadlar.
- Nİndi nədir sizi qane etməyən? Balaca bir məqalə qalıb artıq.Birinci gündən siz burada mühakimə etməklə məşqulsunuz,"gəlin məqaləni pozaq" filan yazırsınız.Necə münasibət göstərmisiniz,elədə cavabı olub.Kim könüllü olaraq kömək etmək istəyib,oradada çalışmısınız neqativ yanaşasınız.Nədən gəlir sizin bu könüllü maniyələr yaratmağınız ?! Mən sizdən heçnə xahiş etməmişəm,ümümi cağırış etmişəm ki kömək edin Azərbaycanımızın görkəmli aliminin məqaləsini dərc edək.Vikipediya doludur mənasız məqalələrlə.Kim bu işi bacarır heç olmasa ona yönəldin.Bu iş deyirsini xahişlə həll olunmur,bəs nə ilə həll olunur Qədir bəy ? Nəsə umursunuzsa bu işdən açıq deyin bizdə bilək!Əlbətdə 3 aydır balaca bir məqaləni gözləyirəm,çünki Əkrəm bəydən başqa kimsə nə kömək edir,nə də bir yol ğöstərir.Çox sağolsunlar ki heç olmasa maniyə yaratmırlar.Bu işin bəyəm bir idarəsi var?Könüllü insanlardan ancaq xahiş etmək olar ki kömək etsin,onu da etmişəm və sağ olsun Əkrəm bəy bunu edib. Başqa yolunu,ya bu işi görən şəxsi bilirsinizsə,deyin o yol ilə gedək.Məlumatlardı,istinadlardı vermişik.Balaca bir məqalə qalıb,niyə yubansin ki???
- İdris Müəllimin dilçilik elmində bənzərsiz işləri və kitabları var ki,əksər alimlər bundan faydalanırlar.Bu kitabları da istinad etmişik.İdris Müəllim Azərbaycan dilçiliyi üzrə alimdirŞonun da işləri,kitabları,doğulduğu,çalışdığı yerləri qeyd etmişik.Kiminsə doğulduğu yer haqqında sizdə bəyəm dəlili subut var ki onu ensiklopedik hesab edib indiyənə kimi məqalələrə izn vermisiniz?! Bizimdə məqalədə artıq şəxsi məlumatlar və kitab,saytlara istinadlar qalıb. Ayten filoloq (müzakirə) 19:15, 8 dekabr 2024 (UTC)
- Nə yükləsəniz, nə əlavə etsəniz qəbul ediləcək, amma qalması üçün şərtlərə uyğun olmalıdır. Qeyd etdiyiniz məsələlər və bu məqalə mənim üçün prioritet deyil. Təəəssüf ki, şərhlərinizdə mənə qarşı şəxsi hücumlara yol vermisiniz. O ki qaldı fəaliyyətimə, istədiyiniz yerə müraciət edə bilərsiniz, mən qaydalara uyğun fəaliyyət göstərirəm. Hörmətlə, Qədir (müzakirə) 19:44, 8 dekabr 2024 (UTC)
- Vikipediyada adminlik təkliflə olmur Aytən xanım, icmadaxili səsvermə ilə olur. Vikipediya adlandırdığınız şəxs kimdir? Yalan danışmayın. Nemoralis (müzakirə) 19:51, 8 dekabr 2024 (UTC)
- Admin olmaq imkanı haqqında səhifədən xəbərnamədə almışam.
- İnsanları yalanla ittiham etmək sizə yaraşmaz!!!
- Yalanı siz danışa bilərsiniz!
- Ancaq neqativ yazmaqla məşqulsunuz burada.
- Tək siz hələ icma deyilsiniz.Kim mənə bir könüllü olaraq kömək etmək istəyir,dərhal könüllü olaraq bir neqativ yazıb insanları həvəsdən salırsınız.Mən başa düşə bilmirəm sizin könüllü işiniz nədən ibarətdir? Könüllü insanlar görmüşük ki, insanlara yardımçı olurlar,insanlara kömək edirlər,amma siz burada ancaq könüllü olaraq maniyələr yaradırsınız.Nə bir yol göstərirsiniz,nə hansısa insana yönəldirsiniz,nə özünüz cəht edirsiniz,ancaq neqativ və qadağa!Yardım etməyi bacarmırsınız ya istəmirsiniz,imkan verin bu işdən zövq alanlar bunu etsinlər,lütfən!Mən bu işdə Əkrəm bəyə sizdən fərqli olaraq çox minnətdaram,çünki o könüllü olaraq çalışıb bacardığı qədər kömək etsin.Görürəm ki sizin bu heç də xoşunuza gəlmir! Ayten filoloq (müzakirə) 20:12, 8 dekabr 2024 (UTC)
- Onda deməyin ki, mənə də adminlik təklif etdilər amma mən imtina etdim. Qeyd etdiyiniz səhifə VP:İBSQ-dirsə deməli oranı da səhv oxumusunuz. Admin namizədi ola bilmək üçün 1 il fəaliyyət və 5 min redaktə lazımdır. Siz isə hələ ki, heç birinə cavab vermirsiniz. Könüllülük həmişə yardımçı olmaq demək deyil. Könüllülük o deməkdir ki, mən ürəyim istəyən mövzuda yazaram, heç kim də mənə qarışa bilməz. Vikipediya könüllülərini ASAN Xidmətin könüllüləri ilə səhv salmayın. Burada neqativ davranıb könüllü insanlara minnət qoymağa çalışan sizsiniz.Məqaləyə yüklədiyiniz şəkildən danışsaq, həmin şəkil müəllif hüquqlarını pozur. İstədiyiniz saytdan ürəyiniz istədiyiniz kimi şəkili yükləyib buraya qoya bilməzsiniz. Şəkili götürdüyünüz saytın ən aşağısında "Ovqat.com © 2017 Bütün hüquqlar qorunur." yazılıb. Ondan aşağıda yazılan "istinad zəruridir" cümləsi lisenziya ilə əsaslandırılmalıdır. Siz yenə də şəkil olmasını istəyirsinizsə İdris bəyin şəklini özünüz çəkib yükləyə bilərsiniz. "Şəkili manual silirlər,mən buna əminəm!" demisiz. Bəli, Vikipediyada hər şey manual silinir, avtomatik silinmə yoxdur. Siz linki qoyub şəkli yükləyə bilməyiniz o demək deyil ki, o şəkil qəbul edildi. Burada avtomatik sistem yoxdur.Son olaraq, burda qətiyyən kiməsə şəxsi hücumlar etməyin. ("Görürəm ki sizin bu heç də xoşunuza gəlmir", "Mənim fikirimcə burada qərəzli yanaşma var :).") Şəxsi hücumlar Vikipediyada fəaliyyətin məhdudlaşdırılması üçün səbəblərdən biridir, bu isə sizə birinci və axırıncı xəbərdarlıqdır. Nemoralis (müzakirə) 20:29, 8 dekabr 2024 (UTC)
- Kiçik bir düzəliş edim, redaktə sayı tələbi 10 mindir. Hörmətlə, Qədir (müzakirə) 20:37, 8 dekabr 2024 (UTC)
- Mən yeni şəkil əldə edərəm.
- Yanılırsınız,o şəkil hansısa sayt tərəfindən çəkilməyib,yalnız istifadə olunub!Müəllif hüququ isə İdris Müəllimdədir hörmətli Qədir bəy! O şəkil problemdirsə,mən yenisini xahiş edərəm,əldə etdikdən sonra yerləşdirərəm.
- Siz yenə də burada hədə ilə yazırsınız.Deyəsən işinizi ancaq ittihamçılıqda görürsünüz.
- Bacarırsınız kömək edin,ya kiməsə yönəldin kim bacarıq.İcma deyirsiniz e burda.Ən azından imkan verin insanlar kömək etsinlər. Müqəddəs kitabımızda yazıldığı kimi :" Ey müsəlmanlar, xeyirhah işlərdə yarışın!". Ayten filoloq (müzakirə) 20:50, 8 dekabr 2024 (UTC)
- Onda deməyin ki, mənə də adminlik təklif etdilər amma mən imtina etdim. Qeyd etdiyiniz səhifə VP:İBSQ-dirsə deməli oranı da səhv oxumusunuz. Admin namizədi ola bilmək üçün 1 il fəaliyyət və 5 min redaktə lazımdır. Siz isə hələ ki, heç birinə cavab vermirsiniz. Könüllülük həmişə yardımçı olmaq demək deyil. Könüllülük o deməkdir ki, mən ürəyim istəyən mövzuda yazaram, heç kim də mənə qarışa bilməz. Vikipediya könüllülərini ASAN Xidmətin könüllüləri ilə səhv salmayın. Burada neqativ davranıb könüllü insanlara minnət qoymağa çalışan sizsiniz.Məqaləyə yüklədiyiniz şəkildən danışsaq, həmin şəkil müəllif hüquqlarını pozur. İstədiyiniz saytdan ürəyiniz istədiyiniz kimi şəkili yükləyib buraya qoya bilməzsiniz. Şəkili götürdüyünüz saytın ən aşağısında "Ovqat.com © 2017 Bütün hüquqlar qorunur." yazılıb. Ondan aşağıda yazılan "istinad zəruridir" cümləsi lisenziya ilə əsaslandırılmalıdır. Siz yenə də şəkil olmasını istəyirsinizsə İdris bəyin şəklini özünüz çəkib yükləyə bilərsiniz. "Şəkili manual silirlər,mən buna əminəm!" demisiz. Bəli, Vikipediyada hər şey manual silinir, avtomatik silinmə yoxdur. Siz linki qoyub şəkli yükləyə bilməyiniz o demək deyil ki, o şəkil qəbul edildi. Burada avtomatik sistem yoxdur.Son olaraq, burda qətiyyən kiməsə şəxsi hücumlar etməyin. ("Görürəm ki sizin bu heç də xoşunuza gəlmir", "Mənim fikirimcə burada qərəzli yanaşma var :).") Şəxsi hücumlar Vikipediyada fəaliyyətin məhdudlaşdırılması üçün səbəblərdən biridir, bu isə sizə birinci və axırıncı xəbərdarlıqdır. Nemoralis (müzakirə) 20:29, 8 dekabr 2024 (UTC)
- Vikipediya şəxs deyil,amma onu yaradanlar var və onun saytınıda yaradanlar var və o siz deyilsiniz Qədir bəy.
- İşləri icma ğörür,bəli,bu da aydındır,amma icma ondan ötrü deyil ki,məqalələrə maniyə yaratsın.Bu icmada entuziast insanlar olmalı,könüllülər,bu işi sevərək insanlara kömək edə bilənlər.Bu işi sevməyən,insanlara kömək etməyi sevməyən,qərəzli insan,gərək bu icmada olmasın,ya da ən azından bu işi görənlərə mane olmasın.İttiham həvəsində olan insan gərək bu icmada olmasın! İnciməyin,amma mən sizi bu icmaya uyğun görmürəm :).
- Vikipediada bir mənasız sözə görə belə məqalə var,mən isə Azərbaycanın tanınmış,görkəmli dilçi alimi haqqında məqalə vermişəm,siz isə asanlıqla maniyə yaradırsınız. Ayten filoloq (müzakirə) 20:40, 8 dekabr 2024 (UTC)
- Entuziazmin limitlərini siz təyin etmirsiniz, istifadəçilər təyin edir. Nəyi uyğun görüb-görmədiyiniz açığı o qədər də maraqlı deyil mənə. Siz adicə anlamadınız ya da bəlkə də işinizə gəlmədiyi üçün anlamaq istəmirsiniz ki, digər məqalələrin başqa bir mövzuya əlaqəsi yoxdur. Həmin səhifələr silinməlidir silinəcək, könüllü şəkildə biri namizəd göstərəndə. "Whataboutism" edirsiniz konkret. Hörmətlə, Qədir (müzakirə) 20:45, 8 dekabr 2024 (UTC)
- Birdə ki Qədir bəy,məndə sizin kimi bu işdə İdris Müəllimə könüllü olaraq,heç bir təmənna güdmədən məqalənin yaradılmasına təşəbbüs etmişəm :).Çünki İdris Müəllim özü təmənnasız,dürüst bir insandır.
- Bu məqalə dərc olunsa,mən çox məmnun olaram ki,elə bir insanın məqaləsinin dərc olunmasında təşəbbüs göstərmişəm.İdris Müəllim elə bir insandır ki,bir çox insanlara elm yolunda bir yol açıb,gənclərə həmişə kömək olub,alimlər yetişdirib ki - tam təmənnasız!!!Çox bənzərsiz bir insandır.Mən qürur duyuram ki,elə bir insanın məqaləsinin dərc olunma yolunda,burada çarpışıram :).Ən azından geri çəkilmirəm,istəyirəm xeyirxah insan üçün,görkəmli alim üçün,məndə yaxşılıq edəm.Sizdə edin,lütfən.Zamanında bunu etdiyiniz üçün çox məmnun olacaqsınız! Ayten filoloq (müzakirə) 22:19, 8 dekabr 2024 (UTC)
- Birincisi maniyə yox maneə. İkincisi burada maneə yaradan yoxdu. Bu platformanın qaydaları var. Burada səhifə olmasını istəyirsinizsə o tələblərə cavab verməlidir. İdris bəyi mən sosial şəbəkədən tanıyıram və paylaşımlarını tez-tez oxuyuram. Çalışacam mən də redaktə edim məqalədə. Nemoralis (müzakirə) 20:48, 8 dekabr 2024 (UTC)
- Siz burada məndə səhv tutmayın.
- Birincisi Vikipedia yox,Wikipedia.
- Mən heç kimə minnət qoymuram.Mən sizi heç tanımıram,sadəcə deyirəm ki,könüllü belə olar.
- Siz bizim ASAN Xidmətdə çalışan könüllüləri xahiş edirəm burada aşağılamayın.
- İdris Müəllimi deməli tanıyırsınız.Aydın oldu. Qərəzli yanaşmanızda yaqin ki buradan gəlir.
- Tanıyıb kömək etmək istiyən insan bu 3 ayda edərdi.Siz əksinə etmisiniz.Mən 3 aydır bunu hamıdan xahiş edirəm və bir Əkrəm bəy koməyimə gəldi.
- Ola bilər,Wikipedia sahəsində məndən çox bilirsiniz,amma məni yola vermək lazım deyil!
- Kömək edirsiniz,edin bu məqaləni bitirək.Etmirsiniz,canınıza sağlıq.Basqa səhifələrdə dərc edərik. Ayten filoloq (müzakirə) 21:08, 8 dekabr 2024 (UTC)
- Hörmətli könüllü Qədir bəy.Əgər siz mənə zamanında yazsaydınız ki - İdris Bəyin başqa şəkilini buraya yerləşdirin və səbəbini,mən onu özüm könüllü olaraq edərdim :).
- O şəkil oradan bu 3 ay yarımda,3 dəfədir ki pozulur,mən bərpa edirəm və anlaya bilmirəm ki nədən olur.Bir adam da yazmır ki,onu dəyişin,lütfən və onu mən pozuram.Onda insana da xoş olar. Amma insanı xəbərdar etmədən şəkili pozmaq və səbəbini məlumatlandırmamaq,bu hər bir insana pis təsir edər. Eləcədə mənə pis təsir etdi.
- Mən sizin kimi bu səhifədə pərgar deyiləm və bir şəkili bura yerləşdirmək 10-15 dəq vaxtımı alır.
- Ola bilsin ki siz bunu 1 dəq. edirsiniz.
- Birdə ki o şəkili saytın fotoqrafları çəkməyiblər,onlar da istifadəçidilər.O şəkillərin müəllif hüquqları İdris Müəllimə aid.İdris Müəllim o şəkilin orijinalını mənə təqdim etmiş və mən onun orijinalını sayta yükləmişəm.Sadəcə səhifə məndən müəlliflik sertifikatını tələb edir,ona görə də mən oraya o saytı qeyd etmişəm zərurətdən irəli gələrək. Ayten filoloq (müzakirə) 21:49, 8 dekabr 2024 (UTC)
- Entuziazmin limitlərini siz təyin etmirsiniz, istifadəçilər təyin edir. Nəyi uyğun görüb-görmədiyiniz açığı o qədər də maraqlı deyil mənə. Siz adicə anlamadınız ya da bəlkə də işinizə gəlmədiyi üçün anlamaq istəmirsiniz ki, digər məqalələrin başqa bir mövzuya əlaqəsi yoxdur. Həmin səhifələr silinməlidir silinəcək, könüllü şəkildə biri namizəd göstərəndə. "Whataboutism" edirsiniz konkret. Hörmətlə, Qədir (müzakirə) 20:45, 8 dekabr 2024 (UTC)
- Zəhmət olmasa, Vikipediya:Nəzakət çərçivəsində fikir bildirməyə diqqət göstərək. Şəkil problemli idi, mən də bildirdim və sildilər. Mən heç bir məqaləyə ilişməmişəm, sadəcə istifadəçilər bunu qeyd etməsələr də, hər dəfə "filan qədər" gözləyirik deməyiniz etik deyil. Bura könüllü layihədir, yəni heç kimin heç bir məcburiyyəti yoxdur, bacarırsınızsa siz özünüz, ya da bacaran biriləri tez bir zamanda həll edə bilər, amma etməlidir yox. Digər tərəfdən, xahişlə bura məqalə yerləşdirilmir, ümumiyyətlə, Vikipediyadakı proseslər kənardakı xahişlərlə, göstərişlərlə getmir. Mən onu qeyd edirəm ki, onlayn ensiklopediyamızın öz şərtləri var və məqalələr sadəcə və sadəcə həmin meyarlara uyğun olaraq yaradıla bilər. Yəni kiməsə hörmət xatirinə və dəyər vermə məqsədilə ilə məqalə yazılmır, redaktə edilmir. Vikipediya qaydalarına ziddir bu. Mən başa düşə bilmirəm ki, burada niyə məqalə ilə bir şəxsin dəyəri ölçülür və ona hörmət əlaməti olaraq görürlər vikipediya məqaləsini. Yenə deyirəm, bura könüllü layihədir, digər problemli məqalələrin məsələmizə aiddiyəti yoxdur, onlar da vaxt ilə aşkarlanır və müvafiq tədbirlər görülür. İdris bəyin məqaləsi isə qaydalar çərçivəsində müzakirə oluna bilər, əgər icma silinməsinə qərar verəcəksə də silinəcək, edəcək bir şey yoxdur. Nəysə, bu nöqtədən sonra konstruktiv müzakirəyə davam edə biləcəyimizi sanmıram. Bu qədər. Hörmətlə, Qədir (müzakirə) 17:56, 8 dekabr 2024 (UTC)
- Sonuncu dəfə şəkli silinməsi üçün mən etiketləmişdim, çünki açıq MHP (müəlliflik hüquqları pozuntusu) ehtiva edirdi. "Yüklənən şəkil silinə bilməz" ona aiddir ki, material ensiklopedik olsun və ümumi işə, layihəyə töhfə versin. Təsdiq edirsiniz və silinmir, bəli. İstəsəniz də silinmir, 1 həftə içərisində sildirmək olar yalnız. Son olaraq bir daha qeyd edirəm ki, Vikipediyada "dəyər", "hörmət" kimi söhbətlər nəzərə alınmır və buna görə heç kimə məqalə yaradılmasına icazə verilmir. Vikipediya mənbələrin güzgüsüdür. Səbirli olun, məqaləniz təkmilləşdirmə prosesindədir və bura da könüllü layihə olduğu üçün bu qədər vaxt alması normaldır, hələ sonra qalıb-qalmayacağı məsələsi var. Hörmətlə, Qədir (müzakirə) 16:51, 8 dekabr 2024 (UTC)
- Salam Müəllim.
- Mən tövsiyyə olunan düzəlişləri bacardığım qədər etdim.
- Mətində AMEA ilə mübahisəli məqamları aradan qaldırdım.
- Xarici keçid bölməsində,internetdə hansısa səbəblərdən artıq işləməyən ssılkaları pozdum,işləyənləri isə adlandırdim.
- Yerləşdirdiyiniz biblioqrafiya başlığını, mənbəyi olan məlumatlarla zənginləşdirdim.
- İstinadlar da qaydasında.
- Lütfən dərc olunmasında yardım edin ). Ayten filoloq (müzakirə) 22:19, 18 oktyabr 2024 (UTC)
salam, hər vaxtınız xeyir olsun ^^
yuxarıdakı müzakirədən bir qədər uzaq qalmaq və oranı daha da sıxlaşdırmamaq üçün yeni başlıq altında sizə müraciət edirəm.
üstündə aparılan bir qədər təkmilləşdirmələrin nəticəsi olaraq idris bəyin səhifəsini qaralama ad fəzasından əsas fazaya köçürdüm; bununla da həmçinin məqalə artıq google-da axtarış zamanı üst sıralarda görünəcək (hələ təzə köçürüldüyü üçün bu, bir qədər vaxt ala bilər). qeyd etmək istərdim ki, bu, məqalə üçün bir "son" (final forma) deyil, əksinə, başlanğıcdır. əsas ad fəzasındakı məqaləyə daha başqa istifadəçilər də asanlıqla töhfə verə bilər, həmçinin içi mən qarışıq könüllü istifadəçilər məqalə üzərində işləməyə, onu mənbələrlə zənginləşdirməyə və genişləndirməyə davam edəcəyik. hazırkı vəziyyəti ilə qısa görünsə də, bu, ömürlük belə olmayacaq
əlavə nə iləsə bağlı müraciət etmək istəsəniz, müzakirə səhifəm daim "qonaqpərvərdir" :)
xoş günlər diləyir, bizimlə etdiyiniz əməkdaşlıq üçün minnətdarlığımı bildirirəm! əkrəm. 22:00, 8 dekabr 2024 (UTC)
- Əkrəm bəy hər vaxtınız xeyirli olsun.
- Çox sağolun etdiyinizlər üçün! Allah Sizin kimi gəncləri bizə çox ğörməsin :).
- İnanın,məndə Sizin kimi könüllü və təmənnasızam bu işdə.İdris Müəllimin etdiyi xeyirxahlıqlar,verdiyi dəstəyin nəticəsində,bir çox gənc alimlərimiz alim statusunu əldə edə bilmişdilər.İdris Müəllim bənzərsiz bir insandır,təmənnasız yardımını əsirgəmiyən bir insandır.
- Mən əminəm ki,zaman gələcək və Siz qürurla deyəcəksiniz ki,İdris Abbasovun məqaləsini biz redaksiya edib dərc etmişik.Mənim buna qəti şüpəm yoxdur :).Bu şansı əldən buraxmayın :). Mən İdris Müəllimin çalışacam mediada olmayan şəkilini əldə edəm və onu səhifəyə yerləşdirəm.
- Səhifədə olan şəkili,mediyada istifadə olunub,amma müəllif hüququ ozündədir.Mən onun orijinalını yükləyəndə,məndən müəlliflik sertifikatı istədi,ona görə mən onu sayta istinad etdim.Halbuki şəkilin orijinalı məndədir.Problem deyil,yenisini əldə edərik :)
- Bir daha Sizə təşəkkür edirəm,yaxşı ki Siz varsınız :). Ayten filoloq (müzakirə) 23:11, 8 dekabr 2024 (UTC)
- salam! :)
- gözəl sözləriniz üçün minnətdaram, mən də əminəm ki, sabah-o biri gün fəxr-fəxarətlə "üzərində işləmişəm" deyəcəyim məqalələrdən biri məhz idris bəyin məqaləsi olacaq. mənə bu şansı yaratdığınız üçün bir daha təşəkkür edirəm :)
- dəyərli alimin fəaliyyəti mətbuatda işıqlandırılmağa davam etdikcə onun haqqındakı məqalə də zənginləşdirilməyə davam edəcək. bizə idris bəy kimi birini tanıtdığınız və bizimlə əməkdaşlıq etdiyiniz üçün bir daha çox sağ olun, xoş günlər arzulayıram! :) əkrəm. 16:25, 9 dekabr 2024 (UTC)
- Salam Əkrəm bəy.
- Mənim sevincimin həddi yoxdur :)).
- Allah Sizi hər zaman hörmətli etsin.İşlərinizi uğurlu və səmərəli etsin!
- İdris Müəllim Sizin xoş niyyətlə etdiyinizlər haqqında məlumatlıdır və mən bir daha onun və öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm!Mən əminəm ki,etdiyiniz yaxşılıqlar,bir gün qarşınıza çıxacaq.“Yaxşı işlər görməkdə bir-birinizlə yarışın.” (Bəqərə, 148).
- Yaxşı işlərdə yarışmaq imanın ən üstün dərəcələrindəndir.Ona görə mən bir daha Sizə həyatınızda,təhsilinizdə,işinizdə uğurlar arzu edirəm!
- Mən eyni zamanda, məqalənin dərc olunmasında,zərrə qədər təşəbbüsü və zəhməti olan Vikipediya icma üzvlərinə də minnətdarlığımı bildirirəm :).
- Suallarım yarandıqda,bir daha Sizə müraciət edəcəm.Lütfən :). Ayten filoloq (müzakirə) 19:46, 9 dekabr 2024 (UTC)