Idris Abbasov - Wikipedia
İdris Əziz oğlu Abbasov (d. 23 mart 1969[1], Qarxun, İliç rayonu[1]) — şərqşünas, dilçi, filologiya elmləri doktoru, AMEA-nın professoru,[2][3] AMEA Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri.[4]
İdris Abbasov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qarxun, İliç rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | dilçilik, dinşünaslıq |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Dilçilik İnstitutu |
Təhsili | |
Üzvlüyü | AMEA |
Həyatı
redaktə23 mart 1969-cu ildə Şərur rayonunun Qarxun kəndində anadan olmuş və ibtidai təhsilini də burada kənd məktəbində almışdır.[5] 1990–cı ildə qəbul olduğu Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili ixtisası üzrə aldığı ali təhsilini 1995-ci ildə başa vurmuşdur.[5]
Azərbaycan dilindən savayı ərəb, fransız və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.[mənbə göstərin]
Elmi fəaliyyəti
redaktə2005-ci ildən filologiya üzrə fəlsəfə doktoru,[5] 2011-ci ildən dosent,[5] 2013-cü ildən filologiya üzrə elmlər doktoru,[5] 2017-ci ildən isə AMEA-nın professorudur.[2] Sami dilləri, dil nəzəriyyəsi, roman dilləri, türk dilləri, müqayisəli-tipoloji və müqayisəli-tarixi dilçilik, Azərbaycan dilçiliyi və dinşünaslıq sahələrində işləri mövcuddur.[6]
Azərbaycan dili ilə bağlı yazılmış ən mühüm əsərlərdən biri hesab edilən, Mirzə Kazım bəy tərəfindən qələmə alınan Türk-tatar dilinin ümumi qrammatikası (rus. Общая грамматика турецко-татарского языка) əsərini,[7][8] habelə Günel Bayramova ilə birlikdə Pietro della Vallenin Türk dilinin qrammatikası (it. Grammatica della lingua turca) kitabını müasir Azərbaycan dilinə əlavə tədqiqatlar, şərhlərlə birlikdə tərcümə etmişdir.[9]
Biblioqrafiya
redaktə- Müasir dilçilik baxımından ərəb dili funksional sintaksisinin problemləri. Bakı: Yazıçı, 2007, 223 səhifə[10]
- Dini-elmi-əxlaqi söhbətlər. Naxçıvan: Qızıl Dağ, 2008, 334 səhifə[11]
- Ərəb dilində sintaktik kateqoriyalar və bəlağət. Bakı: Bakı Çap Evi, 2011, 440 səhifə[12]
- Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir? (Dinlər və məzhəblər tarixi) Bakı: Zərdabi LTD MMC, 2013, 744 səhifə[13]
- Ərəbcə-ingiliscə-Azərbaycanca dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: Elm və Təhsil, 2016, 140 səhifə (Elnurə Abbasova ilə birgə)[14]
- Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası"nın tərcümə, tədqiq və şərhi. (Azərbaycan dilinin ilk elmi qrammatikası) Bakı: Zərdabi LTD MMC, 2017, 1007 səhifə[7][8]
- Pietro della Vallenin "Türk dilinin qrammatikası"nın tərcümə, tədqiq və şərhi. Bakı: Zərdabi LTD MMC, 2020, 1196 səhifə (Günel Bayramova ilə birgə)[9]
- Latın dili. Bakı: Füyuzat, 2024, 208 səhifə (Günel Bayramova ilə birgə)[mənbə göstərin]
- Ümumi dilçilik: dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları. Bakı: Füyuzat, 2024, 800 səhifə[15]
- Dilçiliyin Kitabi-Müqəddəsi: Ümumi və rasional Por-Royal qrammatikası. Bakı: Füyuzat, 2024, 496 səhifə[16]
- Silvestr dö Sasinin "Ümumi qrammatikanın prinsipləri" və Amede Joberin "Türk dili qrammatikasının əsasları"nın fransız dilindən tərcüməsi, nəzəri və müqayisəli dilçilik baxımından tədqiqat və şərhi. Bakı: Füyuzat, 2024, 768 səhifə[16]
İstinadlar
redaktə- ↑ 1 2 Naxçıvan dilçilik məktəbi. 2024.
- ↑ 1 2 "2017-ci il — AMEA-nın professorları". Azərbaycan Milli Elmlər Akademiyası. 2017.
Abbasov İdris Əziz oğlu - filologiya üzrə elmlər doktoru, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın professoru üzrə seçkilərin nəticələrini təqdim edir". Azərbaycan Milli Elmlər Akademiyası. 6 iyul 2017.
- ↑ "Nəzəri dilçilik şöbəsi". AMEA Dilçilik İnstitutu.
- ↑ 1 2 3 4 5 Quliyev, Əbülfəz; Sadıqova, Sayalı. Naxçıvan dilçilik məktəbi. Elm və təhsil. 6 noyabr 2024. 260–263.
- ↑ "İdris Abbasov". Azərbaycan Milli Kitabxanası.
- ↑ 1 2 ""Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası"nın tərcümə, tədqiq və şərhi" monoqrafiyası dilçiliyin inkişafına töhfədir". AZƏRTAC. 30 oktyabr 2017.
- ↑ 1 2 "Türk-tatar dilinin ümumi qrammatikası". Azərbaycan Milli Kitabxanası.
- ↑ 1 2 "İtalyan səyyah və ədibin "Türk dilinin qrammatikası"". "Mədəniyyət" qəzeti. Mədəniyyət Nazirliyi.
- ↑ "Müasir dilçilik baxımından ərəb dili funksional sintaksisinin problemləri". AMEA Naxçıvan Bölməsinin elektron kitabxanası.
- ↑ Mürvətqızı, Sevinc. "İdris Abbasov: "Din təhlükə deyil..."". Azərbaycan Milli Kitabxanası. 525-ci qəzet.
Müsahibimiz – filologiya üzrə fəlsəfə doktoru, dosent İdris Abbasov “Ərəb dilinin funksional sintaksisi”, “Dini- elmi-əxlaqi söhbətlər”, “Ərəb dilində sintaktik kateqoriyalar və bəlağət”, “Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir?” kitablarının, “Ərəb dili tədrisinin aktual problemləri” metodik vəsaitin, 70-dən artıq elmi, dini-elmi və onlarla tərcümə əsərinin müəllifidir.
- ↑ "Ərəb dilində sintaktik kateqoriyalar və bəlağət". M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası.
- ↑ "Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir?". Azərbaycan Milli Kitabxanası.
- ↑ "Ərəbcə-ingiliscə-Azərbaycanca dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti". Azərbaycan Milli Kitabxanası.
- ↑ "Professor İdris Abbasovun ümumi dilçiliyə dair yeni monoqrafiyası çapdan çıxıb". Azərbaycan Milli Elmlər Akademiyası. 30 may 2024.
- ↑ 1 2 "Professor İdris Abbasovun "Qızıl tədqiqatlar seriyası"ndan iki mühüm kitabı çap olunub". Azərbaycan Milli Elmlər Akademiyası. 30 sentyabr 2024.