Istifadeci Cavid994 Qaralama - Wikipedia
"İntellektli və Sağlam Gənclər" İctimai Birliyi İSG İB | |
---|---|
Növü | Qeyri-hökumət təşkilatı |
Yaranma tarixi | 24 avqust 2021 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Azərbaycan |
Sədr |
Cəfərli Cavid |
www.intelligent.az |
"İntellektli və Sağlam Gənclər" ictimai birliyi (ing. “Healthy and İntelligent youth people” Public Union) — 24 avqust 2021-ci ildə Astara rayonunda Cavid Cəfərli[1] və Abbas İbrahimli tərəfindən təsis edilmiş, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatı.[2]
İctimai birliyin əsas məqsədləri aşağıdakılardır:
- Sağlam qidalanma və fiziki inkişaf istiqamətində maarifləndirmə və məlumatlandırma işlərini həyata keçirmək;
- İnsan alveri, narkomaniya və HİV/AİDS-lə bağlı mübarizə sahəsində tədbirlər həyata keçirmək;
- Erkən nikahlar və ailədaxili zorakılıq hallarına qarşı mübarizə tədbirləri həyata keçirmək;
- Virusdan qorunmaq və profilaktika istiqamətində maarifləndirmə işlərini aparmaq;
- Regionlarda ekoloji və sosial stabilliyin bərqərar olmasına yardım edən proqramlarda yaxından iştirak etmək və bunun üçün xüsusi proqramlar, layihələr hazırlamaq;
- Cəmiyyətdən təcrid olunmuş şəxslərin sosial reabilitasiyası sahəsində tədbirlər həyata keçimək;
- Müxtəlif intellektual yarışmalar keçirməklə intellektli gənclərin hazırlanmasında iştirak etmək;
- Start-up layihələri barədə gəncləri maarifləndirmək və yaradıcı gəncliyin yaradılmasında iştirak etmək;
- Gənclərin bədən tərbiyəsi və sağlamlığını yüksəltmək məqsədilə tədbirlərin və yarışların keçirilməsi;
- İT sahəsində maarifləndirmə işlərin aparmağ, - Müxtəlif növdə kömpüter oyunların təşkil etmək;
- Torpağlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin tanıdılmasını təşkil etmək;
Tədbirlər
redaktə"İntellektli və Sağlam Gənclər" ictimai birliyinin təşkilatçılığı ilə Bakı şəhərinin işğaldan azad olunmasının 103-cü ildönümünə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu üzrə 14-29 yaşlı gənclər arasında Astara rayon birinciliyi keçirilmişdir. 22 sentyabr 2021-ci il tarixində "Din və dövlət" mövzusunda gənclərlə görüş təşkil olunmuşdur.[3] 1 noyabr 2021-ci il tarixində 8 noyabr Zəfər Gününə həsr edilmiş ”Qələbənin izi ilə” mövzusunda konfrans, 9 dekabr 2021-ci ildə isə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə 14-29 yaşlı gənclər arasında rayon birinciliyi keçirilib.[4] İctimai birliyin təşkilatçılığı ilə 28 aprel 2022-ci ildə “Bilici” İntellektual Oyunu üzrə Astara rayon birinciliyi, 24 may 2022-ci ildə isə “Müstəqillik Günü”nə həsr olunmuş 14-29 yaşlı gənclər arasında “Bilici” intellektual oyunu üzrə Astara rayon birinciliyi keçirilmişdir.
İstinadlar
redaktə- ↑ "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş "Bilici" İntellektual Oyunu üzrə Astara rayon birinciliyi". astarainfo.az. 4 may 2022.
- ↑ "Biz kimik?". İctimai birliyin rəsmi veb saytı.
- ↑ ""Din və dövlət" mövzusnda gənclərlə görüş". mys.gov.az.
- ↑ "Astarada "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib". azertag.az. 13.12.2021.