Istehr - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İstəhr (fars استخر), ilk adı Stəhr — İranda Əhəmənilərin paytaxtı Persepolisdən Pasargada gedən yolun 5 kilometrində qədim şəhər. Fars ostanının Mərvdəşt şəhristanına daxildir.
Şəhər | |
İstəxr | |
---|---|
استخر | |
29°58′54″ şm. e. 52°54′34″ ş. u.HGYO | |
Ölkə |
İran Tarixi: Sasanilər imperiyası Rəşidi xilafəti Əməvilər xilafəti Abbasilər xilafəti |
Tarixi
redaktəİstəhr zərdüştiliyin mərkəzlərindən biri olub. Makedoniyalı İskəndər tərəfindən onun İrana yürüşü vaxtı yandırılıb. Xeyli sonra, Ərdəşirin dövründə Sasanilər dövlətinin paytaxtı olur, lakin sonra paytaxt Bişapura və Mədainə köçürülür. Ərəb istilaları vaxtı İstəhr ərəblərə ən inadlı müqavimət göstərən İran şəhərlərindən biri idi, və ancaq şiddətli mühasirədən və döyüşdən sonra yenildi. Şəhərin alınmasından sonra o öz əhəmiyətini itirir. Ticarətin mərkəzi isə Şiraza köçür.
Arxeoloji qazıntılar
redaktəHal hazırda - İstəhr arxeoloji qazıntılar mərkəzidir. Yerin səthi o qədər də zəngin deyil. Yaxınlığında, üzərində məşhur barelyeflər və şah qəbirləri olan Nəqşi-Rəcəb və Nəqşi-Rüstəm qayaları yerləşir.