Ismayil Talibli - Wikipedia
İsmayıl Məmmədəli oğlu Talıblı (21 mart 1898, Bakı – 23 iyul 1967, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti.[1]
İsmayıl Talıblı | |
---|---|
İsmayıl Məmmədəli oğlu Talıblı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası , Rusiya imperiyası |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | Aktyor |
Mükafatları |
Yaradıcılığının üslubu və estetik prinsipləri həm romantik, həm də realist aktyor məktəbindən şirələnib. Oynadığı çoxsaylı rollarının bədii xüsusiyyətlərini nəzərdən keçirəndə görürük ki, onun ifasında realist obrazlar daha çoxdur. Coşğun ehtirasa, daxili temperamentə, çoxçalarlı səsə malik olan aktyorun psixoloji ifadə vasitələri, oyun üslubu-nun fəlsəfi-estetik mahiyyəti realizmın güclü zəmininə əsaslanıb.
Həyatı
redaktəİsmayıl Məmmədəli oğlu Talıblı 21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində doğulub. Adi ibtidai təhsil alıb. Ancaq taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq edib. Həmin yaxınlıq da İsmayılın həyatda sənət seçimi yolunu müəyyənləşdirib.
Yaradıcılığı
redaktə1919-cu ildə İsmayıl Talıblını yenicə yaranmış Hökumət Teatrosuna (hazırkı Akademik Milli Dram Teatrı) qəbul ediblər. 1924-cü ilin sonuna qədər o, Milli Dram Teatrında qırxa yaxın müxtəlif xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan obrazlara səhnə ömrü verib.
Amplua baxımından yaradıcılığını sərbəst istiqamətləndirməyi məharətlə bacaran, faciə, dramatik, satirik və komik obrazların ifasında böyük uğurlar qazanan İsmayıl Talıblı 1924-cü ilin axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı kollektivinə göndərilib. Bu kollektiv altı aydan sonra Bakı Türk İşçi və kəndli Teatrı adlanıb. Təbiəti etibarilə coşğun, yaradıcılıq ehtiraslı və oyunu sirayətedici olan İsmayıl Talıblı qısa müddətdə teatrın aktyor ansamblma uyuşa bilib. Ona birbirinin ardınca sanballı rollar tapşırılıb.
Aktyor yeni sənət ocağında Luis Sinkierin "Yüz faiz" (Mak Qurmik), Aleksey Tolstoyun romanı əsasında "Roma-novların son günləri" (Dmitri Pavloviç və General Alekseyev), Vasili Şkvarkinin "Casus" (Stradvorski), Vladimir Marqaretin "Fahişə" (Dormua), Cəlil Məmmədquluzadənin "Anamın kita-bı" (Mirzə Məhəmmədəli), Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" (Hatəmxan ağa), Viktor Hüqonun "Notrdam kilsəsi" (Qvazimoda), Jan Batist Molyerdən təbdil olan "Cancur Səməd" (Nüsxəbənd Abbasəli), Cəfər Cabbarlının "Sevil" (Atakişi) pyeslərinin tamaşalarında maraqlı rollarda çıxış edib.
Bakıda yaşayan və dövlət idarələrinin mühüm ideoloji sahələrində yüksək vəzifələr tutan əcnəbi millətlərin nüma-yəndələrinin fitnəkarlığı ilə 1932-ci il dekabrın 28-də Bakı Türk İşçi Teatrının Gəncə şəhərinə köçürülMəsmə qərar veril-di. Halbuki həmin dövrdə Gəncədə yerli gənclərdən, maarif-pərvər ziyalılardan ibarət güclü teatr truppası vardı və onların qüvvəsi ilə şəhərdə Dövlət teatrı yaratmaq mümkün idi. 4 və 5 yanvar 1933-cü ildə İşçi Teatrının bütün kollektivi Gəncəyə köçdü. Bir müddət sonra truppanın ədəbi hissə müdiri Süleyman Rüstəm, rejissoru Abbasmirzə Şərifzadə, qabaqcıl aktyorları Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Qədri və başqaları Bakıya qayıtdılar, lakin İsmayıl Talıblı doğma kollektivdən ayrılmadı. O, ömrünün sonunadək Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. Hətta 1942–1943-cü illərdə teatrda direktor da olub.
İsmayıl Talıblı Gəncə teatrında yaradıcılığının yetkinlik və müdriklik dövrünün parlaq nümunələrini yaradıb. Onların daha sanballıları və yaradıcılıq baxımından daha zənginləri bunlardır: Hacı Səməd ağa ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Jorj Danden ("Jorj Danden", Jan Batist Molyer), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Yaqo ("Otello", Vilyam Şekspir), Səttarxan ("Dumanlı Təbriz", Məmməd Səid Ordubadi), Əbdüləli bəy, Aqşin, Hacı Əhməd, Rəhim xan, İmamyar, Balaxan ("Sevil", "Od gəlini", "A1maz", "Nəsrəddin şah", "Yaşar" və "Aydın", Cəfər Cabbarlı), Bələdiyyə rəisi ("Müfəttiş", Nikolay Qoqol), Azər baba, İbrahim xan ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Süleyman ("Həyat", Mirzə İbrahimov), Kərəmov, Usta Segah, Səməndərli ("Toy", "Xoşbəxtlər" və "Aşnalar", Sabit Rəhman), Qivami ("Nizami", Mehdi Hüseyn), Naçalnik, Hatəm-xan ağa, Mirzə Həbib ("Hacı Qara", "Müsyö Jordan və Dərviş Məstəli şah" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Aslan kişi ("Böyük ürək", İmran Qasımov və Həsən Seyidbəyli), Jan Qrubek ("Praqanın şabalıd ağacları altında", Konstantin Simonov), Hacı Fərəc ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Xəlifə ("Babək", Əbil Yusifov), Rüstəm ("Səyavuş", Hüseyn Cavid), Qoca ("Şlkayət qəbul olunmur", Toktobolat Əbdülmöminov), Cəmilzadə ("Kişilər", Altay Məmmədov), Göyüş dayı ("Qatır Məmməd", Zeynal Xəlil), Yoxanes Rayesmık ("Azmış oğul", Eqon Rannet), Alxan ("Bahar suları", İlyas Əfəndiyev), Qriqori Stepanoviç ("Sabahm xeyir", Viktor Rozov), Riçard Sterlinq ("Sarı ƏlCək", Əfqan), Cahangir bəy ("Nəriman ata", Atif Zeynallı).
"Nəriman ata" pyesini tamaşaya Bakıdan dəvət olunmuş rejissor Tofiq Kazımov hazırlayıb. İlk tamaşa 4 fevral 1967-ci ildə göstərilib. Cahangir bəy rolu İsmayıl Talıblının son tə-zə səhnə obrazı olub. Xəstəliklə əlaqədar may ayından daha səhnəyə çıxmayıb.
Milli səhnə sənəti tariximizə teatr aktyoru kimi daxil olan İsmayıl Talıblının kinoda ən bitkin yaradıcı işi "Onu bağışlamaq olarını?" filmində Mirzə Veysəl roludur.
İsmayıl Talıblı teatrda işləməklə yanaşı, Gəncə alimlər evində dram dərnəyinin və sonralar xalq teatrının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. Neçə-neçə istedadlı gənc onun qayğıneşliyi ilə həvəskarlıqdan peşəkar səhnəyə ayaq açmışdır.
Məşhur aktyor sənətdəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti (4 dekabr 1938) və xalq artisti (23 aprel 1940) fəxri adları ilə təltif olunub.
İsmayıl Talıblı 23 iyul 1967-ci ildə Gəncə şəhərində vəfat edib və oradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında torpağa tapşırılıb.
Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "İsmayıl Talıbzadə". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-19.