Ismayil Ceferpur - Wikipedia
İsmayıl Cəfərpur (tam adı: İsmayıl Qəhrəman oğlu Cəfərpur; 5 mart 1925, Sədəqiyan, Qərbi Azərbaycan ostanı – 18 fevral 1977, Bakı) — azərbaycanlı şərqşünas, şair.[1] Azərbaycan Milli Hökuməti dövründə partizan dəstəsinin rəhbəri, Salmas şəhərinin hərbi komendantı, Salmas və Təbriz şəhərlərində polis rəisi təyin edilmişdir. Fəaliyyətinə görə "21 Azər" medalı ilə təltif edilib. Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra Bakıya köçüb ADU-nun Şərqşünaslıq fakültəsini bitirib. Burada elmi və ədəbi fəaliyyətlə məşğul olub.[2]
İsmayıl Cəfərpur | |
---|---|
İsmayıl Qəhrəman oğlu Cəfərpur | |
Doğum tarixi | 5 mart 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 18 fevral 1977 (51 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | şair |
Tanınmış əsəri | Vətən uğrunda canından keçən ölməz! |
Mükafatları | |
İsmayıl Cəfərpur Vikimənbədə |
Həyatı
redaktəİsmayıl Qəhrəman oğlu Cəfərpur 1925-ci il martın 5-də Salmas mahalının Sədəqiyan kəndində anadan olub. 1942-ci ildə Tudə Partiyasına daxil olub, Salmas şəhərində təbliğat şöbəsində fəaliyyət göstərib[3]. Sonradan partizan dəstəsinin tərkibində fəaliyyət göstərib.[4] Azərbaycan Milli Hökuməti dövründə partizan dəstəsinin rəisi, Salmas şəhərinin hərbi komendantı olub.[5] İnqilabi fəaliyyətinə görə "21 Azər" medalı ilə təltif edilib. Leytenant rütbəsi aldıqdan sonra Salmas şəhər milis rəisi təyin olunub. 1945-ci ilin sonunda isə Təbriz şəhər milis idarəsinin rəisi təyin edilib. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra isə Şimali Azərbaycana köçüb. Burada 1947-ci ildə stomatologiya məktəbini, 1956-cı ildə isə ADU-nun Şərqşünaslıq fakültəsini bitirib.[2]
1977-ci il fevralın 18-də Bakıda vəfat edib.[6]
Yaradıcılığı
redaktəƏdəbi fəaliyyətə 1948-ci ildən başlayıb. İlk şeirlər məcmuəsi "Qəhrəmanın düşüncələri" 1956-cı ildə Azərnəşrdə çap edilib. 1956–1958-ci illərdə "Azərbaycan" qəzetinin xüsusi müxbiri olmuş, sonradan Moskvada M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil alıb. O həm də, Azərbaycan Demokratik Partiyasının orqanı olan "Azərbaycan" qəzetində bədii ədəbiyyat şöbəsinin müdiri işləyib.[2]
İstinadlar
redaktə- ↑ Tərtib edən və məsul redaktor: Səməd Bayramzadə. "21 Azər – 70" fotoalbom (şərhlərlə) (PDF). Bakı: “Araz” nəşriyyatı. 2015. səh. 95. ISBN 978-9952-8285-3-5. Archived from the original on 2022-03-09. İstifadə tarixi: 2022-03-09.
- ↑ 1 2 3 Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Bakı: Nurlar nəşriyyatı. 2004. səh. 451-452. Archived from the original on 2018-10-24. İstifadə tarixi: 2018-11-11.
- ↑ Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 226. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
- ↑ Şahin Bağırov. "Bir saxtakarlığın izi ilə: Güneyli generalı tarixdən silməyə çalışanlar - V YAZI" (az.). cebhe.info. 26.12.2018. 09.03.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.03.2022.
- ↑ Miyanalı Əlirza, Lütfəli Ərdəbili. İnqilabi hərəkatımızın silahlı qüvvələri (PDF). achiq.net. səh. 3. Archived from the original on 2022-01-21. İstifadə tarixi: 2022-03-09.
- ↑ Vüqar Orxan. "Xatirə təqvimi 3-5 mart" (az.). medeniyyet.az. 03.03.2021. 09.03.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.03.2022.