Irigoz Kilke - Wikipedia
İrigöz kilkə (lat. Clupeonella grimmi) — Xəzər dənizində yaşayan endemik növdür.
İrigöz kilkə | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Koqorta: Dəstəüstü: Dəstə: ???: İrigöz kilkə |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Yayılması
redaktəİrigöz kilkə Cənubi və Orta Xəzərin 40-50- m-dən yuxarı (200–500 m və daha çox) dərinliklərində yayılmışdır.Belə sahələr Xəzər dənizinin ümumi sahəsinin 50% - dən çoxunu (200 min km2 ) təşkil edir. İrigöz kilkə üst qatlardan çəkinərək Xəzərin daha dərin qatlarında yaşamağa uyğunlaşdığından dənizdə neft çıxarılan ərazilərdə (müqavilə sahələrində) daha çox təsadüf edilir. Mövsümlə əlaqədar olaraq irigöz kilkə areal daxilində müntəzəm olaraq öz yerini dəyişir. Belə ki, qış - yaz mövsümündə irigöz kilkə Cənubi Xəzərin şimali-qərbində və şərq hissəsində, payız mövsümündə isə Cənubi və Orta Xəzərin şimali - qərbində külli miqdarda toplanır. Adi və ançousabənzər kilkə növlərinə nisbətən irigöz kilkənin başı böyük, gözləri iri, üzgəcləri isə uzun olur. İrigöz kilkə digər kilkələrlə yanaşı Xəzər ixtiofaunasmm vətəgə əhəmiyyətli ən kiçik balıqlarından olub, uzunluğu 45–120 mm-ə, nadir hallarda isə 150 mm-ə çatır.
Morfoloji əlamətləri
redaktəD 12-18, orta hesabla 14,8, A 18-21, qəlsəmə dişiciklərini sayı 43-51, orta hesabla 47,4, omurğa pulcuqlarının ümumi sayı 21-30, orta hesabla 26,0-dır. Başı hündür və böyükdür, başının uzunluğu bədən uzunluğunun 23,5%-dən çoxdur. Gözləri iridir, diametri başı uzunluğunun 23%-dən çoxdur. Bədəni hündür və yanlardan basıqdır, P-V məsafəsinin qısa olması ilə adi kilkəyə çox oxşayır, lakin ondan başının böyüklüyü, kəlləsinin ensizliyi, rostrumunun uzun, gözlərinin iri, bel üzgəcinin qısa, qəlsəmə dişciklərinin sıx yerləşməsi ilə fərqlənir.
Yaşayış yeri və həyat tərzi
redaktəDəniz balığıdır şirin sularda təsadüf edilmir. Digər kilkələr kimi, irigöz kilkə də, başlıca olaraq, plankton orqanizmlərlə qidalanır, lakin onun qidasında mizidlər, balıq körpələri nisbətən böyük rol oynayır.
Çoxalması
redaktəİrigöz kilkə 6 ilə qədər yaşayır. İrigöz kilkələr cinsi yetişkənliyə 2 yaşında çatır. Başqa balıqlarda olduğu kimi, kilkələrin də böyüməsi cinsi yetkinliyə çatıncaya qədər sürətlə gedir. Onlar Cənubi və Orta Xəzərdə, yayıldıqları ərazi daxilində, yanvar - aprel aylarında kürü tökürlər. Hər bir dişi balıq 7,6-29,5 min ədəd kürü verir. Kürüdən çıxmış sürfələr dənizin 1–5 m dərinliklərində yaşayır.İrigöz kilkə də dəniz balığıdır. Cinsiyyət vəziləri hissə-hissə yetişir, məhsuldarlığı 6 mindən 24 minə qədərdir. Kürüsünü dərinliyi 100 m-ə qədər olan yerlərdə yanvardan sentyabra qədər tökür. Kürü pelegialdır, suda üzərək inkişaf edir.
Təsərrüfat əhəmiyyəti
redaktəİrigöz kilkə Xəzərin çoxsaylı vətəgə balıqlarından olub, Xəzər balıq ovunda ançousabənzər kilkədən sonra ikinci yeri tutur. Lakin irigöz kilkə dənizin dərinliklərində yayıldığı üçün onun mövcud ehtiyatından tam istifadə edilmir.Ətindən təzə, hisə verilmiş halda və konserv şəklində istifadə olunur, ondan yem unu hazırlanır.[2]
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1997.
- ↑ Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z. «Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh45.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 71.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 62 s.
- Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 168.
- Казанччев Е.Н. Рыбы Каспийского моря. M.; Изд: Легкая пищевая промышленность, 1981, 168 с.