İnsulin – qandakı bir çox qida maddəsi ilə yanaşı xüsusilə qlükozanın qandan qaraciyər və əzələ kimi toxumalara keçməsini tənzimləyən zülal hormonudur. Şəkərli diabet xəstəliyinin müalicəsində geniş istifadə olunur.
İnsulin dərialtına vurulur. İnsulin vurmaq üçün ən münasib nahiyyələr kürəyin altı, budun ön tərəfi, qarın divarının yan tərəfidir. Bu yerlərin dərisi yaxşı bükülür və qan damarlarını, sinirləri və sümük üstlüyünü zədələmir. İnsulinin təsiri onun vurulduğu yerdən çox aslıdır. İnsulin qarın və dərialtı sahəsinə vurulduqda onun 90 %-i asanlıqla qana sorulur və tez bir zamanda təsir göstərməyə başlayır. Buda vurulduqda onun ancaq 70 %-i qana sorulur və insulin ləng təsir göstərir. Kürəyin altına insulin vurulduqda, dozanın 30 %-i qana keçir və çox ləng təsir göstərir.
İnsulin vurmaq üçün işlədilən Şprislər Rusiyada və xarici ölkələrdə istehsal olunur. Əsasən Rusiyanın və ABŞın "Benton Dikinson"[mənbə göstərin] şirkətin buraxdığı şprislər keyfiyyətlidir və Azərbaycanda da geniş istifadə edilir. Belə şprislər steril edilmiş birdəfəlik istifadə üçündür. İnsulin vurarkən ağrı hiss edilməməsi üçün şprisdən 1 dəfə istifadə edilməlidir. Yaxın gələcəkdə diabet xəstələrinin istifadə etdikləri insulin şprisini bir fincan qəhvə əvəz edə bilər. İsveçrə alimləri hazırladıqları xüsusi preparatı dəri altına yerləşdirməklə qanın tərkibində şəkərin xroniki artımını tənzimləyəcək tədqiqat üzərində işləyirlər. Preparatın hüceyrələri hərəkətə gətirməsi və qanda şəkəri normada saxlaması üçün kofein maddəsinin orqanizmə daxil edilməsi lazım gələcək. Sürixdə İsveçrə Federal Texnologiya İnstitutunun tədqiqat qrupuna rəhbərlik edən Martin Fussenegger bildirib ki, diabetli siçanlar üzərində aparılan təcrübə müsbət nəticələr verib. Onun sözlərinə görə, hazırlanmış implant dəri altına yeridildikdən sonra həmin vaxtadək insulin şpris-qələmindən istifadə edən xəstələr yeməkdən sonra bir fincan qəhvə ilə qanda qlükozanın mənimsənilməsi və şəkər artımının qarşısının alınmasına nail olacaqlar, lakin Fussenegger deyib ki, insanlar üçün implantın hazırlanması prosesi uzun zaman tələb edir. Növbəti illərdə zəruri testlərin aparılması və onların təsirinin müvafiq səhiyyə instansiyaları tərəfindən təsdiq edilməsi istiqamətində işlər görüləcək. "Məqsədimiz diabet xəstələrini insulin iynəsindən qurtarmaqdır. İmplant olunacaq preparat altı ay üçün hesablanıb və istifadə müddəti bitdikdən sonra həkimlər tərəfindən dəyişdiriləcək". İsveçrə alimləri preparatın GLP-1 adlanan və insan hüceyrələrini modifikasiya edəcək maddənin yaranmasına təsir mexanizmini izah ediblər. Bu preparat mədəaltı vəzidə beta hüceyrələrini stimullaşdırmaqla insulin ifrazına və son nəticədə qanda şəkərin səviyyəsinin tənzimlənməsinə şərait yaradır.
İnsulinin yararlıq müddəti və saxlanılma qaydaları
İnsulinin hazırlandığı tarixi və yararlı olma müddəti adətən qutunun və flakonun üzərində göstərilir. Dərmanların yararlı olması müddəti 1,5–2 ildir. Preparatın rənginə, görünüşünə, quruluşuna diqqət yetirmək önəmlidir lazımdır. Məsələn; qısa müddətli təsir göstərən insulin təmiz, saf, olmalıdır. Bulanıq, çirkli, batıq olmamalıdır. İnsulindən istifadə edərkən aşağıdakı qaydalara əməl edilməlidir.
Vaxtı keçmiş insulindən istifadə etməyin.
Şübhələndiyiniz insulin preparatından istifadə etməyin.
Əldən insulin preparatı almayın.
Hətta xaricdən gətirilən insulin preparatlarına da ehtiyatla yanaşın.
İnsulini soyuducuda saxlayın, buzxanada deyil.
Yalnız gündəlik və müntəzəm olaraq qanda qlükozanın miqdarının monitorinqinin köməyi ilə insulinin dozasını düzgün təyin etmək olar.[mənbə göstərin]