Imam Museyi Kazim - Wikipedia
İmam Kazım (tam adı: Əbul Həsən Musa ibn Cəfər əl-Kazım;8 noyabr 745, Əl-Əbva[d], Məkkə bölgəsi[d] – 30 avqust 799[3], Kazımiyyə) — Cəfəri şiələrinə görə 9-cu məsum, 7-ci imam və xəlifə.
Musa ibn Cəfər əl-Kazim | |
---|---|
موسى بن جعفر الكاظم | |
765 – 799 | |
Əvvəlki | İmam Sadiq |
Sonrakı | İmam Rza |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (HQ 23[1]/7 Səfər[1] 128[2]/129[2]) |
Doğum yeri | Əbva[2] (Məkkə ilə Mədinə arasında), Ərəb Xilafəti |
Vəfat tarixi | 1.9.799(6[2] Rəcəb[2] 183[1][2]) |
Vəfat yeri | Sindi ibn Şahiqin həbsxanası, Bağdad, Ərəb Xilafəti (indiki Kazimeyn, İraq) |
Vəfat səbəbi | zəhər[d] |
Dəfn yeri |
|
Fəaliyyəti | ilahiyyatçı, imam |
Atası | Cəfər ibn Məhəmməd |
Anası | Həmidə Xatun (s.ə)[1] |
Uşaqları | 24/19 oğlan, 18/17 qız. |
Dini | İslam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | islam etiqad məzhəbləri[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Künyə və ləqəbləri
redaktəKünyəsi: Əbül-Həsən Sani, Əbu İbrahim
Ləqəbləri: Kazim[4], Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun.
Həyatı
redaktəİmamın həyatı iki mərhələyə bölünür:
- 1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il)
- 2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib
Həyatı barədə qısa məlumat
redaktəO Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq olmuşdur. İmam Kazim hicrətin 128-ci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur.
İmam Kazimin həməsri olmuş xəlifələr
redaktəHicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq şəhid olduqdan sonra İmam Kazimin İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur:
- Mənsur Dəvaniqi (137-158 h.q);
- Məhdi adı ilə tanınmış Məhəmməd. (158-169);
- Hadi (169-170);
- Harun (170-193).
İmam Sadiq şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin kulminasiya mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki, öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi. O, bu işdə təkcə şiələri deyil, eləcə də, onunla müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki, Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi[5].
İmam Kazim atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiqin vəfat xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki, əgər Cəfər ibn Məhəmməd (İmam Sadiq) öz yerinə bir nəfər canişin təyib edibsə, onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki, Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: "Cəfər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini təyin etmişdir. O beş nəfər bunlardır:
Dövrün xəlifəsi – Mənsur Dəvaniqi
(Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman;
Abdullah ibn Cəfər ibn Məhəmməd (İmam Kazimin böyük qardaşı);
Musa ibn Cəfər (İmam Kazim);
Həmidə (İmam Sadiqin həyat yoldaşı);"
Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki, bunlardan hansını çağırıb boynunu vurdurum?
Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib qışqırır ki, bunları öldürmək olmaz![6][7][8]
İmam Sadiqin bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki İmam Sadiq özündən sonrakı İmamı və öz canişinini qabaqcadan şiələrə tanıtdırmış[9][10][11], lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı.[12]
Cəfəri məktəbinin hamisi
redaktəO dövrün vəziyyətinə nəzər saldıqda məlum olur ki, Mənsur hökumətinin əvvəlcədən üzərində nəzarəti olan hər hansı bir qəti iş və proqramı həyata keçirmək məsləhət olmamışdır. Buna görə də, İmam Kazim atasının tutduğu elmi yolu davam etdirərək böyük elm ocağı (lakin İmam Sadiqin təşkil etdiyi elm ocağından kiçik) yaradıb tanınmış elmli və fəzilətli şəxsiyyətləri yetişdirməyə başlayır.
Seyyid ibn Tavus yazır: "İmam Kazimin xüsusi dostlarından böyük bir qismi və həmçinin, Bəni-Haşim qəbiləsinin böyük şəxsiyyətləri o Həzrətin ətrafına yığışaraq onun dürəfşan kəlamlarını, suallara verdiyi cavabları və irəli çıxan məsələlər haqqında verdiyi hökmləri qeyd edirdilər"[13].
Seyyid Əmir Əli yazır: "Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq Mədinə şəhərində vəfat etdi. Ancaq xoşbəxtlikdən onun təşkil etdiyi elm ocağı bağlanmadı, əksinə o Həzrətin canişini – oğlu İmam Kazimin rəhbərliyi sahəsində bu elm ağacı öz parlaqlığını daha da qorudu. "[14]
Musa ibn Cəfər (İmam Kazim) öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da ad çıxarmışdı. Belə ki, o Həzrətin iftixar dolu həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər.
Sünni məzhəbinin görkəmli hədisçisi və alimi ibn Həcər Heytəmi yazır: "Museyi-Kazim atasının elm və biliyini irs aparmış,atasının fəzilət və kamalına malik olmuşdur. O,(cahil və nadan insanlarla) fövqəladə güzəşt və səbirlə davrandığına görə Kazim[15] ləqəbini almış, onun dövründə heç kim İlahi maarif və bilik baxımından ona çatmamışdır[16]."[17]
Məhdi Abbasi
redaktəÇirkin nəticələri İslam məmləkətinin hər yerinə ziyan vurmuş Mənsurun xəlifəlik dövrü, onun ölümü ilə başa çatır və camaat 22 il əzab-əziyyətə qatlaşdıqdan sonra rahat nəfəs almağa başlayır.
Mənsur öldükdən sonra onun Məhdi adı ilə tanınmış oğlu Məhəmməd hakimiyyət başına gəlir. Məhdi ilk xəlifəlik çağlarında camaatın gur alqışları ilə üzləşdi. Çünki o,hakmiyyətə gəldiyi ilk vaxtda "Yaşıl bağ"da camaat qarşısında ümumi əfv etmə (amnistiya) qərarı çıxarıb bütün siyasi məhbusları (istər Bəni-Haşimdən olsun, istərsə də qeyri Bəni-Haşimdən) azad edərək camaatın əzab-əziyyətinə və qırğınına son qoydu. Həmçinin, atası Mənsurun camaatdan müsadirə etdiyi daşınan və daşınmaz əmlakı öz sahiblərinə qaytardı və beytül-maldan olan gəlirin əksəriyyətini camaat arasında bölüşdürdü.[18]
Görkəmli tarixçi Məsudinin yazdığına əsasən, Mənsurun camaatdan zorla topladığı əmlakın dəyəri altı yüz milyon dirhəm və dörd yüz milyon dinar idi. Bu məbləğ Mənsurun xəlifə olduğu müddətdə yığdığı torpaq vergisi və kəndlilərdən aldığı vergidən əlavə idi. Yığılan bu əmlak Mənsurun əmrinə əsasən, "məzlumların beytül-malı" adı ilə xüsusi yerdə saxlanıldığından və hər əmlakın üstündə onun sahibinin adı yazıldığından Məhdi onların hamısını ayırıb öz sahiblərinə, ya da onların varislərinə qaytardı.[19]
Məhdinin belə bir addım atmasından məqsəd bəlkə də, bu olmuşdur ki, hakimiyyət başına gələrkən Ələvilərin (Əlinin nəslindən olanların) təcavüzkar hakimlərə qarşı etdikləri etirazların qarşısını alıb nisbi sakitlik yaratsın. Bir sözlə, bu azadlıq, əmniyyət və iqtisadi rifah cəmiyyətdəki müxtəlif dəstələrin razılığına səbəb olaraq ictimai və iqtisadi həyatda yeni bir mərhələ açır. Təbii ki, əgər bu iş beləcə davam etsəydi, bir çox parlaq nəticələr verərdi, ancaq təəssüflər olsun ki, çox çəkmədi ki, proqram dəyişdi və yeni xəlifə özünün həqiqi simasını göstərdi. Beləliklə də, ötən xəlifələrin İslama zidd olan hərəkətləri yenidən icra olunmağa başladı.
Fəsad və əyyaşlıq mərkəzi
redaktəMəhdi xəlifə olduğu ilk vaxtlarda daşürəkli və düşüncəsiz Mənsurun saraya cəlb etdiyi, sarayda əsasən, eyş-işrət işlərinə baxan pozğun ünsürlərin saraya girməsinə yol vermir və eyş-işrətə yaxın düşmürdü. Ancaq bir il keçdikdən sonra tutduğu mövqeyi dəyişib eyş-işrət məclisləri təşkil edərək pozğun ünsürlərə xüsusi qayğı göstərməyə başlayır. Xeyirxah,ağıllı və xoş niyyətli olan adamlar Məhdiyə bu işin pis və acınacaqlı sonuclarla nəticələnəcəyini desələr də, bu, onda heç bir təsir bağışlamır. Məhdi onların cavabında deyir: "İnsanın o vaxtı xoşdur ki, kef-damağla keçsin, nədim adamlarsız həyat mənə şirin gəlmir."[20] O, bu işə o qədər ifratla yanaşırdı ki, hətta öz ağıllı və fəzilətli vəziri Yəqub ibn Davudun nəsihətlərinə belə qulaq asmırdı. Dövlət işlərində Yəqubun sözlərindən bir addım da kənara çıxmayıb onun dediklərini yüz faiz dəqiqliklə yerinə yetirən Məhdi eyş-işrətdən söz düşdükdə, Yəqubun məntiqi və qərəzsiz deyilən sözlərinə qulaq asmırdı.
Xilafət sarayının və eləcə də, xəlifənin pozğunçuluq,eyş-işrətlə gün keçirməsindən ciddi narahat olan Yəqub Məhdinin ətrafındakılarının İslam hökuməti sarayında və xəlifənin hüzurunda kef məclisləri təşkil etmələrini müşahidə etdikdə deyirdi: "Bu işlərdən ötrü məni vəzir təyin edib buraya qoymusan? Gündə beş dəfə cami məscidində (mərkəz məscidində) camaat namazı qıldıqdan sonra şərab süfrəsinin başında oturmağın düzgündürmü?" Müsəlmanların beytül-malı hesabına kef məclisləri keçirməyə adət etmiş pozğun, nədim adamlar Yəqubun bu sözlərinə istehza edib Məhdini badə qaldırmağa cəlb edərək bəzi vaxtlar şerlə deyirdilər ki, Yəqubun sözlərini qulaq ardına vur və gözəl şərabla kefini kökəlt.[21]
Məhdinin belə mövqe tutması İslam cəmiyyətində pozğunluq və əxlaqsızlığın artmasına səbəb olur,Bəşşar kimi şairlərin kef haqqında dedikləri ədəb pərdəsini qırmış şer və qəzəlləri ağızdan-ağıza gəzir və iffət, paklıq xırmanına od vurub yandırırdı. Bunun nəticəsində də hər tərəfdən qeyrətli insanların etiraz sədaları ucalmağa başlayırdı.[22]
Başı öz kefinə qarışan xəlifə camaatın vəziyyətindən tamam xəbərsiz oldu. Bunun nəticəsində də, fəsad, rüşvətxorluq baş alıb getdi, vergi müffəttişləri camaatı həddən artıq sıxışdırmağa başladılar. Xəlifənin özü də, camaatı sıxışdırmağa başlayaraq ilk dəfə olaraq Bağdad bazarlarına vergi qoyur.[23] Əkinçilərin vəziyyəti olduqca ağırlaşır və çətinlik hamını hiddətə gətirir.[24]
Həzrət Əlinin nəslindən olanlara qarşı həddən artıq təzyiqlər Məhdinin rəftarı atası Mənsurdan müxtəlif cəhətlərə görə fərqlənirdi. Ancaq onların hər ikisinin müştərək bir cəhəti var idi ki, o da hər ikisinin Ələvilərə (Əlinin nəslindən olanlara) qarşı həddən artıq təzyiq göstərməsi idi. Məhdi də Mənsur kimi Bəni-Haşimə qarşı olunan təzyiqlərdə əlindən gələni əsirgəmir, hətta bəzi vaxtlar onları Mənsurdan da çox təzyiqlərə məruz qoyurdu. Əlinin övladlarını hər an öz hökuməti üçün təhlükə hesab edən Məhdi onların başçılığı ilə olan hər hansı bir etirazın qarşısını almağa çılışırdı. O, şiəçiliyə yönəlmə və Ələvi rəhbərləri ilə həmkarlıq etməyə qarşı ciddi mübarizə aparırdı. Tarixçilər yazırlar: "Qasim ibn Məcaşi Təmimi ölərkən bir vəsiyyətnamə yazıb xəlifəyə izmalatdırmaq üçün Məhdinin yanına göndərir. Məhdi vəsiyyətnaməni oxumağa başlayır. Elə ki Qasimin Allahın təkliyinə və İslam Peyğəmbərinin Peyğəmbərliyinə etirafından sonra Əlini İmam və Peyğəmbərin canişini kimi tanıması cümləsinə çatır, vəsiyyətnaməni yerə tullayıb onu axıra qədər oxumur[25].
Quranda şərabın haram edilməsi
redaktəMəhdinin şiəçiliyə qarşı güclü mübarizəsinə dair başqa bir nümunə, onun Mədinədə İmam Kazim ilə söhbətidir. Məhdi xəlifə olduğu illərin birində Mədinə şəhərinə gəlib Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qəbrini ziyarət etdikdən sonra İmam Kazim ilə görüşüb öz fikrində o Həzrətin elmini yoxlamaq məqsədilə, Quranda şərabın haram edilməsi məsələsini ortaya atıb soruşdu: "Şərab Quranda haram edilibmi?" Daha sonra əlavə edib dedi: "Camaatın əksəriyyəti şərabın Quranda qadağan olunmasını bilir, ancaq bu qadağanın mənasının haram olduğunu bilmir."
İmam Kazim buyurdu: "Bəli, şərabın haram olması Quranda açıq-aşkar buyurulmuşdur."
— Quranın harasında?
— Allahın (Peyğəmbərə xitab edərək) buyurduğu
"De ki: Rəbbim yalnız aşkar və gizli alçaq işləri [zina etmək, lüt gəzmək və s.], hər cür günahı, haqsız zülmü... haram buyurmuşdur."[26] ayəsində.
İmam Kazim bu ayədə digər haram buyurulmuş şeylər barədə danışdıqdan sonra buyurdu: "Allahın bu ayədə haram buyurduğu "hər cür günah" ifadəsindən məqsədi şərabdır. Çünki Allah Özü başqa bir ayədə buyurur:
[Ya Məhəmməd!] Səndən içki və qumar haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətindən daha böyükdür."[27]
"Əraf" surəsində açıq-aşkar haram buyurulmuş "hər cür günah" ifadəsi "Bəqərə" surəsində şərab və qumara aid edilmişdir. Buna əsaslanıb deyirik ki, şərab Quranda açıq-aşkar haram buyurulmuş və qadağan olunmuşdur." Məhdi, İmam Kazimin bu istinad və sübutuna heyran qalıb ixtiyarsız olaraq (orada olan) Əli ibn Yəqtinə dedi: "And olsun Allaha ki, bu, Haşimi fətvasıdır." (Yəni bu, Bəni-Haşim tayfasından olan şəxsin fətvasıdır, bu cür fətvanı yalnız Bəni-Haşimdən olanlar verə bilərlər.[28]) Əli ibn Yəqtin də, öz növbəsində dedi: "Sizə – Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinə belə elm vermiş Allaha şükür olsun!"
Məhdi, Əli ibn Yəqtinin bu cavabından narahat olub öz qəzəbini güclə boğduğu bir halda dedi: "Ey rafizi, düz deyirsən! "[29][30]
Hadi Abbasi
redaktəHicrətin yüz altımış doqquzuncu ili İslam tarixi üçün böhranlı, qaranlıq, qeyri-sabit və qəmli bir il olmuşdur. Çünki həmin il Məhdi Abbasinin ölümündən sonra onun kefcil, xam və məğrur oğlu Hadi Abbasi hakimiyyətə gəlir. Onun hakimiyyət dövrü İslam cəmiyyəti üçün baha başa gələn acı hadisələr dövrü olmuşdur.
Hadinin atasının yerinə keçməsi heç də təzə məsələ deyildi. Çünki hələ uzun müddət ondan əvvəl İslam hökuməti zalım xəlifələr tərəfindən irsi rejimi (mütləq monarxiya) şəklinə düşərək Əməvi və Abbasi xəlifələri arasında fırlanmış, camaatın acı və məcburi sükutunu ardınca daşıyan hakimiyyətin bu yolla dəyişilməsi adi bir hala çevrilmişdi. Təkcə təzə olan bir məsələ müsəlmanların taleyinin Hadi kimi xam,səlahiyyətsiz və kefli bir gənc adama tapşırılması idi. O, hakimiyyət başına gələrkən hələ iyirmi beş yaşı tamam olmamış[31], çox məsuliyyətli xəlifəlik və İslam məmləkətinin idarəçilik məqamını ələ keçirməyə qətiyyən səlahiyyəti yox idi. O, şərabxor,dardüşüncəli, laqeyd bir gənc olduğuna görə hakimiyyətə gəldikdən sonra da, qabaqkı işlərini tərk etmədi. O, hətta xəlifəliyin zahiri qayda-qanunlarına da əməl etmirdi[32]. Üstəlik daşürəkli, tərbiyəsiz, əzazil və nadürüst adam idi.[33]
Hadi Abbasilər sarayının pozğun mühitində tərbiyə almış və belə bir özünüsevər, zalım və mənəm-mənəm deyən rejimin "südünü əmmiş"di. Belə tərbiyə nəticəsində əgər xəlifəlik məqamı ona çatmasaydı, o da fikri-zikri ancaq kef ardınca olan, mənəm-mənəm deyən, lakin kütbeyin gənclərin sırasında olardı.
Eyş-işrət məclisləri
redaktəHadi atasının hakimiyyəti dövründə qardaşı Harunla birgə bəzi xanəndələri müsəlmanların beytül-malı hesabına təşkil etdiyi eyş-işrət məclislərinə çağırtdıraraq şərab içmək və kef çəkib əylənməklə məşğul olurdular. O, bu işdə o qədər ifrata varmışdı ki,bəzi vaxtlar atası Məhdi buna dözə bilməyib Hadinin xoşladığı xanəndələri danlayırdı.[34] Hətta bir dəfə o dövrün məşhur xanəndəsi İbrahim Muselini Hadinin məclisində iştirak etməkdən çəkindirmiş, Hadi israr etdikdə, İbrahimi tutub həbs etdirmişdi.[35] Atasının hakimiyyəti dövründə bəzi vaxtlar pis hərəkətlərinə görə atasının müxalifətçiliyi ilə üzləşən Hadi hakimiyyətə gəldikdən sonra açıq-aşkar əyyaşlıq edir və müsəlmanların ümumi beytül-malını gecələr eyş-işrət məclislərinə sərf etməyə başlayır. Tarixçilərin dediyinə görə, Hadi, İbrahim Muselini saraya dəvət edərək saatlarla onun mahnılarına qulaq asardı. Hadi, İbrahimi çox istədiyindən ona həddən artıq pul, mal-dövlət vermişdi. Hətta bir dəfə İbrahim xəlifədən yüz əlli min dinar pul almışdı. İbrahimin oğlu deyirdi: "Əgər Hadi bundan çox yaşasaydı, biz evimizin divarlarını da qızıl-gümüşdən düzəltdirərdik."[36] Bir gün İbrahim Museli Hadi üçün bir neçə mahnı oxuyub onu bərk həyəcanlandırdı. Hadi onu alqışlayıb mahnını bir neçə dəfə təkrar etməsini istədi. Məclis qurtardıqdan sonra Hadi xidmətçilərdən birinə dedi ki, İbrahimi beytül-malın xəzinəsinə aparsın, o, (müsəlmanların ümumi malından) nə qədər istəsə, götürsün, əgər bütün beytül-malı götürmək istəsə də, onu azad buraxsın.
İbrahim deyir ki, mən beytül-malın xəzinəsinə girib yalnız əlli min dinar pul götürdüm[37].
Hadinin bu cür hərəkətlərindən məlum idi ki, o, ağır məsuliyyəti olan İslam cəmiyyətini idarə etməyin öhdəsindən gəlməyəcək. Məhz buna görə də, onun hakimiyyəti dövründə əvvəl-əvvəl bir az sakit olan və bütün vilayətləri mərkəzi hökumətə tabe olan İslam məmləkəti, Hadinin alçaq və şəriətdən kənar hərəkətləri nəticəsində əxlaqsızlıq və pozğunluqlara məruz qaldığı üçün nəhayət, hər tərəfdən ümumi etiraz sədaları ucalmağa başlayır. Düzdür, bu etirazlara bir çox amillər səbəb olmuşdu, lakin camaatın etirazına səbəb olan ən əsas amil Hadinin Bəni-Haşim və Əlinin övladlarına qarşı ciddi təzyiqi idi. O, elə hakimiyyətə gəldiyi ilk çağlardan Bəni-Haşimdən olanları ciddi təzyiqlərə məruz qoyub atası Məhdinin dövründən onlar üçün beytül-maldan ayrılmış hüququ kəsdi. Həmçinin, onları təqib edərək onlarda bərk qorxu yaratmış və əmr vermişdi ki, onları harada tutsalar, Bağdada göndərsinlər.[38]
Qanlı Fəxx faciəsi
redaktəBu təzyiqlər Bəni-Haşimin cəsur və igid kişilərini qəzəbləndirib onları zalım Abbasi hökumətinin aramsız və sərt yürüşlərinə qarşı müqavimət göstərmək məcburiyyətində qoyur. Bu özbaşnalığa cavab olaraq yavaş-yavaş Abbasi hökumətinə qarşı İmam Həsənin nəvələrindən olan Fəxx sahibi[39] (Fəxx şəhidi) Hüseynin rəhbərliyi altında qiyam şöləsi alovlanmağa başlayır. Bu qiyam hələ başlamamış və yalnız həcc mövsümü vaxtı onun başlanması üçün münasib idi. Ancaq Mədinə şəhərinin valisinin ağır təzyiqləri bu qiyamın daha tez başlamasına səbəb oldu. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sülaləsinin müxaliflərindən olan Mədinə valisi xilafət mərkəzinə olan sədaqətini və öz vəzifəsini layiqincə yerinə yetirdiyini sübut etmək üçün hər gün Bəni-Haşimin adlı-sanlı şəxsiyyətlərini bir bəhanə ilə incidirdi. O cümlədən, o, bu şəxsiyyətlərdən hər gün şəhərin hökumət binasına gəlib özlərini təqdim etmələrini tələb edir, bununla kifayətlənməyib onlardan birini digərinin gəlməsinə zamin edir və biri oraya gəlmədikdə, onun yerinə zamin durmuş şəxsi incidirdi.[40] Bir gün Mədinə valisi Fəxx şəhidi Hüseyn və Yəhya ibn Abdullahı Bəni-Haşim böyüklərindən birinin hökumət binasına gəlmədiyi üçün tutub əziyyət verərək girov götürür. Onun bu hərəkəti barıt anbarına vurulmuş od kimi alovlanıb Haşimilərin qəzəblənməsinə, bunun nəticəsində də, onların qiyamının vaxtından tez başlayıb Mədinədə dönüş yaratmasına səbəb oldu.
Fəxx şəhidi kimdir?
redaktəQeyd etdiyimiz kimi bu hərəkata "Fəxx şəhidi" adı ilə tanınmış Hüseyn ibn Əli – İmam Həsənin nəvəsi başçılıq edirdi. O, Bəni-Haşim tayfasının seçilmiş, fəzilətli, cəsur və hörmətli kişilərdən biri olub təqvalı, səxavətli və yüksəkməqamlı bir şəxs idi. Hüseyn ibn Əli yüksək insani sifətlər baxımından tanınmış və seçilmiş simalardan biri hesab olunurdu. O, öz yüksək insani sifətləri sayəsində "zövci-saleh" ləqəbi ilə tanınmış pak, təqvalı və fəzilətli ata-anadan dünyaya gəlmiş, fəzilət, təqva və hünər ailəsində tərbiyə almışdır. Onun atası, dayısı, babası,anasının əmisi və digər yaxın qohumları Mənsur Dəvaniqinin əmri ilə şəhadətə yetirilmiş, İslam düşmənləri ilə mübarizədə neçə-neçə oğlunu qurban vermiş bu böyük ailə əbədi və dərin qəm dəryasına qərq olmuşdu.[41] Belə bir ailənin tərbiyəsini görmüş Hüseyn (Fəxx şəhidi) Mənsurun cəlladları tərəfindən qətlə yetirilmiş atasının və digər qohumlarının ölümünü heç vaxt unutmur, onların şəhadət xatirəsi onun Abbasilərə qarşı ziddiyyətlə dolu olan böyük və qorxmaz ruhunu bərk narahat edirdi. Ancaq vəziyyət və şəraiti münasib olmadığından, o,zillətli sükuta məcbur idi.
Hadi Abbasinin, xüsusən də, Mədinə hakiminin özbaşınalıqları ürəyi dağlanmış Hüseynin səbir kasasını doldurmuş, onu Hadinin hökumətinə qarşı qiyam etmək astanasına gətirib çıxarmışdı.
Hərəkatın məğlubiyyəti
redaktəHüseyn qiyam edən kimi Bəni-Haşim tayfasının və həmçinin, Mədinə camaatının böyük əksəriyyəti ona beyət edib Hadinin qüvvələrinə qarşı mübarizə etməyə başladı. Hadinin Mədinədəki qoşununu geri oturtduqdan sonra bir neçə gün fasilə verib yeni qüvvələr topladı. O, müsəlmanların həcc mövsümündə Məkkəyə yığışmasından istifadə edib bu şəhəri hərəkatın mərkəzi qərar verərək mübarizəni daha da genişləndirmək məqsədilə Məkkəyə tərəf hərəkət etdi. Mədinədəki döyüşün və Hüseynin ordusunun Məkkəyə tərəf hərəkət etməsini Hadiyə çatdırdıqda, o, onlara qarşı vuruşmaq üçün bir ordu göndərdi. Fəxx adlı yerdə iki ordu bir-biri ilə üzləşdi və qızğın döyüş baş verdi. Döyüş zamanı Hüseyn və Bəni-Haşim tayfasının adlı-sanlı şəxslərindən bir neçəsi şəhid oldu. Hüseynin ordusunun bir hissəsi dağıldı və bir hissəsi də, əsir düşərək Bağdada gətirilib qətlə yetirildi.
Onları öldürməklə kifayətlənməyən cəlladlar cənazələri basdırmayıb başları bədənlərdən ayıraraq Hadinin hüzuruna göndərdilər. Bəzi tarixçilərin dediyinə görə edam olunanların sayı yüz nəfərdən artıq idi.[42]
Fəxx şəhidinin məğlub edilməsi çox acı və kədərli bir faciə idi. Bu faciə bütün şiələrin, xüsusən də, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinin qəlbini bərk yaraladı və yaddaşlarda bir daha Kərbəla faciəsini xatırlatdı.
Bu faciə o qədər ürəkağrıdıcı və fəlakətli idi ki, İmam Cavad (İmam Məhəmməd Təqi) bu hadisədən neçə il keçdikdən sonra buyurmuşdur: "Kərbəla faciəsindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmamışdır."[43]
Yeddinci İmam və Fəxx şəhidi
redaktəBu faciə heç də İmam Kazim ilə əlaqəsiz olmamışdır. Çünki İmam Kazim bu mübarizənin yaranmasından təşəkkül tapana qədər nə təkcə ondan xəbərsiz olmamış, hətta Fəxx şəhidi Hüseynlə sıx əlaqədə olmuşdur. İmam Kazimin qiyamın məğlub ediləcəyini qabaqcadan bilməsinə baxmayaraq, o, Hüseynin öz məqsədi uğrunda möhkəm durduğunu gördükdə ona buyurur: "Baxmayaraq ki sən şəhid olacaqsan, ancaq cihad və mübarizədə yenə möhkəm ol! Bunlar (xəlifə və onun ordusu) çox pis adamlardır. Zahirdə özlərini imanlı göstərir, həqiqətdə isə heç bir əqidə və imanları yoxdur. Bu yolda mən sənin əcr və savabını Allah-taaladan istəyirəm."[44]
Digər tərəfdən də, Hadi Abbasi, İmam Kazimin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinin ən böyük şəxsiyyəti olmasına və Bəni-Haşimin digər şəxsiyyətlərinin onun məsləhətlərindən ilham aldığını bildiyi üçün Fəxx faciəsindən sonra bərk əsəbləşdi. Ona görə ki, onun fikrincə pərdə arxasında olsa da, bəzi cəhətlərdən bu əməliyyata İmam Kazim başçılıq etmişdir. Buna görə də, o, Həzrəti ölümlə hədələyib dedi: "And olsun Allaha, Hüseyn (Fəxx şəhidi) Musa ibn Cəfər əleyhissəlamdan göstəriş alaraq mənə qarşı mübarizəyə qalxıb ona itaət etmişdir. Çünki bu tayfanın (Bəni-Haşimin) başçı və İmamı məhz Musa ibn Cəfər əleyhissəlamdır. Əgər mən onu sağ qoysam, Allah məni öldürsün!"[45]
Bu təhdidlərə İmam Kazim soyuqqanlı yanaşsa da,Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsi, şiələr və o Həzrətin tərəfdarları çox qorxuya düşdülər. Ancaq Hadi öz çirkin məqsədini həyata keçirməmiş ömrü sona yetdi və onun ölüm xəbəri Mədinədə sevinc və fərəh ruhiyyəsi yaratdı.
Harun ər-Rəşid
redaktəƏsrlərlə İslam adı altında müsəlmanlara hakim kəsilmiş Əməvi və Abbasi xəlifələri öz hakimiyyət dayaqlarını möhkəmlətmək və camaat arasında nüfuzlarını artırmaq üçün qəlblərə mənəvi nüfuz tapıb camaatın yanında etimadlarını doğrultmaq fikrində idilər ki, bəlkə bu yolla müsəlmanlar onların hakimiyyətini sidq ürəkdən qəbul edib onlara itaət etməyi özlərinə şəri bir vəzifə bilsinlər. Əqidə, zor gücü ilə yaradılası, yaxud da aradan aparılası bir şey olmadığından, onlar mənəvi nüfuz tapmaq üçün aldadıcı yollardan istifadə etmək məcburiyyətində qalmışdılar. Bu sahədə zahiri nöqteyi-nəzərdən Abbasilərin bəxtləri gətirmiş və əllərində bir bəhanələri var idi ki, bu da onları Əməvilərdən tamamilə fərqləndirirdi. O da onların İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ilə olan qohumluq əlaqələri idi. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) əmisinin (Abbas ibn Əbdülmüttəlibin) nəslindən olan Bəni-Abbas sülaləsi Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) olan qohumluqlarından təbliğ cəhətində istifadə edib özlərini xəlifəlik məqamının varisi hesab edirdilər. Buna baxmayaraq, onların bu qədər apardığı təbliğat şiə məzhəbinin pak İmamları qarşısında çox təsirsiz idi. Çünki əvvəla, xəlifəlik məsələsində varis olmaq məsələsi nəzərə alınmır və ən əsas şey rəhbər və xəlifənin öz səlahiyyəti,paklığı və əzəmətidir. İkincisi, lap xəlifəlik mövzusunda varis olmaq nəzərə alınsa da, yenə Əlinin övladları hamıdan üstündürlər. Çünki onlar Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) daha yaxın olublar. Həm şəxsi ləyaqətləri olan, həm də Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) daha yaxın olan şiənin məsum İmamları həmişə camaatın nəzərində olmuş, camaat daima onlara hörmət etmişdir. Əməvi və Abbasi xəlifələrinin mənəvi nüfuz tapmaları üçün apardıqları səylərə baxmayaraq, tarix göstərmişdir ki, ümumi məhəbbətin ölçüsü həmişə İmamların tərəfində olmuşdur.
Qəlblərə hakim olmaq
redaktəBu məsələ Abbasi xəlifələri arasında hamıdan çox Harun ər-Rəşidin dövründə özünü göstərmişdir. Hökumət dairəsinin bu qədər genişliyi və həmçinin, imkanlarının çox olmasına baxmayaraq, qəlblərin hələ də, İmam Museyi-Kazim ilə olmasını bilən Harun bu məsələdən çox narahat olur və o Həzrətin mənəvi nüfuzunun azalması üçün gizli hiylələrini işə salırdı. "Camaat öz xüms-zəkatını gizli şəkildə Musa ibn Cəfər əleyhissəlama verir və bu hərəkət ilə həqiqətdə onun xəlifə olduğunu rəsmiyyətlə tanımış, Abbasi hökumətini isə qeyri-qanuni hökumət bilir" – xəbərinin hər gün Haruna çatdırılması onun üçün dözülməz idi. Elə buna görə də, Harun bir dəfə İmam Kazimi Kəbənin kənarında gördükdə, ona deyir: "Camaatın gizlicə beyət edib rəhbər bildikləri şəxs sənsən?" İmam Kazim buyurdu: "Mən camaatın qəlb və ruhuna hakiməm, sən isə onların quru bədənlərinə hakimsən."[46]
Peyğəmbər övladı kimdir?
redaktəHarun Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) olan qohumluq əlaqəsinə açıq-aşkar arxalanıb yeri gəldikcə ondan istifadə edirdi. O,bir gün Mədinə şəhərinə gəlib Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məzarının ziyarətinə gedir. Orada Qüreyş və digər qəbilələrdən çoxlu sayda adam toplaşmışdı. Harun Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hərəminə çatdıqda, üzünü o Həzrətin müqəddəs məzarına tutub dedi: "Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey əmi oğlu!" O, camaatın arasında Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) əmioğlu olduğunu camaata eşitdirib bilərəkdən bununla fəxr edir və istəyirdi ki, qoy camaat xəlifənin Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) əmioğlu olduğunu bilsin. Bu zaman camaatın arasında olan İmam Kazim Harunun bu fikrini başa düşüb Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qəbrinə yaxınlaşaraq uca səslə buyurur: "Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey ata!" Harun bu sözdən bərk qəzəbləndi. Belə ki, rəngi dəyişib ixtiyarsız olaraq dedi: "Doğrudan da bu bir şərəfdir."[47]
O, təkcə Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) olan qohumluq əlaqəsini camaata çatdırmaqla kifayətlənmir, üstəlik İmamların Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) övladı olmalarını da, bir vasitə ilə inkar etmək istəyirdi. O, bir gün İmam Kazimə dedi: "Siz Əlinin övladları olduğunuz bir halda, nəyə görə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) övladı olduğunuzu iddia edirsiniz? Çünki hər bir şəxs ana babasına deyil, ata babasına nisbət verilir." İmam Kazim onun cavabında aşağıdakı ayəni qiraət etdi:
"Biz İshaqı və Yəqubu ona əta etdik. Onların hər birini hidayətə [peyğəmbərliyə]çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri [yaxşılıq edənləri] belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da [hidayətə çatdırdıq]. Onların hamısı əməlisalehlərdən idi."[48]
İmam Kazim sonra əlavə edib buyurdu: "Bu ayədə İsa keçmiş böyük peyğəmbərlərin övladlarından hesab olunub, halbuki, onun atası olmamış və yalnız anası Məryəmin vasitəsilə peyğəmbərlərə qohumluq əlaqəsi çatır. Deməli, bu ayəyə əsasən, qız tərəfdən olan uşaqlar da övlad sayılır. Biz də anamız Fatimə vasitəsilə Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladları hesab olunuruq."[49]
Harunun belə məntiqi bir sübutun qarşısında sükut etməkdən başqa çarəsi qalmadı.
İmam Kazimin Harunla buna bənzər başqa bir ətraflı mübahisəsində Harun o Həzrətə deyir ki, nəyə görə sizi Əlinin övladları yox, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladları adlandırırlar? İmam Kazim onun cavabında buyurur: "Əgər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dirilib sənin qızınla evlənmək istəsə, qızını ona verərsənmi?" Harun dedi: "Nə təkcə qızımı verərəm, hələ üstəlik bu qohumluğu bütün ərəb və qeyri-ərəb arasında özümə böyük bir fəxr bilərəm."
İmam Kazim: "Ancaq bu məsələ mənə aid edilə bilməz. Nə Peyğəmbər mənim qızımı istəməz, nə də mən qızımı ona vermərəm."
Harun: "Nəyə görə?"
İmam Kazim: "Çünki mən özüm onun nəslindənəm və bu evlənmə haramdır. Ancaq sən onun nəslindən deyilsən."
Harun: "Afərin, tamamilə doğrudur!"[50]
Bu saray kimindir ?
redaktəBir gün İmam Kazim Harunun Bağdaddakı böyük və təm-təraqlı saraylarından birinə daxil olur. Öz qüdrət və hökumətinə uymuş Harun sarayını göstərərək təkəbbürlə soruşdu: "Bu saray kimindir?" Harunun bu cür deməkdən məqsədi qüdrət və imkanatını İmama göstərmək idi. İmam Kazim Harunun bər-bəzəkli sarayına heç bir əhəmiyyət vermədən son dərəcə cəsarətlə buyurdu: "Bu ev fasiqlərin evidir. Hansı ki, Allah-taala onların haqqında buyurur: "Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam [mane olacağam]. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır."[51]
Harun bu cavabdan bərk narahat olub öz qəzəbini güclə boğub qızarmış halda soruşdu: "Onda bu ev kimindir?" İmam Kazim buyurdu: "(Əgər həqiqəti bilmək istəyirsənsə) bu ev bizim şiələrimizindir, ancaq başqaları zorla onu qəsb edib sahibi olmuşlar."
Harun: "Əgər bu ev şiələrindirsə, bəs, onda nə üçün evin (əsl) sahibi onu tələb etmir?"
İmam Kazim:" Bu ev əsl sahibindən abadlıq dövründə alınmışdır, indi onun sahibi nə vaxt onu abad etmək iqtidarında olsa, onu yenidən geri alacaq."[52]
Harun – neçəüzlü insan
redaktəHər bir insanın əxlaqi dəyərlər və düşüncə tərzi cəhətindən özünəməxsus mövqeyi vardır. Onun əxlaqi xüsusiyyətlər və rəftarı özünəməxsus siması kimi müəyyən bir şəxsin rəftarından xəbər verir. Ancaq bir sıra insanlar vardır ki, tərbiyə çatışmazlığı və ya başqa səbəblər üzündən ruhi ziddiyyətə malik olub öz şəxsiyyət və təfəkküründə bəzi uyuğunsuzluqlar yaradır. Bu cür şəxslər şəxsiyyət baxımından heç də təkşəxsiyyətli adamlar deyillər, əksinə, onlar iki şəxsiyyətli, ikiüzlü və hətta bir neçə şəxsiyyətli, bir neçə üzlü adamlardır. Elə buna görə də, bəzi hallarda onlar insanı təəccübləndirən ziddiyyətli hərəkətlər edirlər. Belə bir ziddiyyəti ilk baxışdan qəbul etmək bir az çətindir, ancaq bəşərin xüsusiyyətlərinə nəzər saldıqda, məlum olur ki, nəinki bu iş mümkündür, hətta bir çoxları bu cür xüsusiyyətlərə malikdirlər. Müasir dövrümüzdə psixoloqların kitablarında oxuyuruq: "...İnsan çox asanlıqla yalançı, qeyri-sabit və odlu həvəslərinin hissiyatının qurbanı ola bilər. Yəni, çox mehriban olduğu halda məhəbbətsiz, düzgün və sadiq olduğu halda yalançı, riyakar olmadığı bir halda riyakar olub özünü belə, aldada bilər. Bunlar bir-birinə zidd olan elə xüsusiyyətlərdir ki, nə təkcə bunların hamısı insanda ola bilər, hətta bunlar insan ruhunun "agah" və "xəbərsiz" hisslərinin xüsusiyyətlərindəndir."[53]
Bu cür şəxslər yalançı və bir-birinə zidd olan xüsusiyyətlərə malik olduqlarından rəftarları bir-birilə ziddir; eyş-işrət pərəstişkarı olduqları halda, bir də görürsən ki, zahid və sufilik həyatı sürməyə başlayır, təfəkkürünün yarısı din təlim-tərbiyəsi altında olduğu bir halda, təfəkkürün digər bir hissəsi maddi və ləzzət aləmində cövlan vurur. Məscidə yolları düşdükdə abidlər sırasında durur, şərab məclisinə gəldikdə isə boğazlarını yaşlayırlar. Bir tərəfdə zülm və haqsızlığın həddini aşır, başqa bir tərəfdə isə rəhmlə dolu göz yaşı axıdırlar.
Tarixdə bu cür neçəüzlü (simasız) insanlardan nümunə çoxdur. Onlardan biri də Harun ər-Rəşiddir.
Sarayda doğulub boya-başa çatan Harun uşaqlıq çağlarından eyş-işrət, keflə ünsiyyətdə olmuş, təbii ki, bunun da nəticəsində onda eyş-işrətə meyli daha çox olmuşdur. Digər tərəfdən də, İslam ölkəsinin mühiti və eləcə də, onun tutduğu mövqeyi onun müsəlman olub İslam qayda-qanunlarına əməl etməsini tələb edirdi. Buna görə də, onun həyatı yaxşılıq və pisliklə, gözəllik və çirkinliklə qarışıq bir məcmuə təşkil edirdi. Onun bir sıra təəccüblü, bir-birinə zidd olan və çox az adamlarda tapılan xüsusiyyətləri var idi. Zülm və ədalət, mərhəmət və qəddarlıq, iman və küfr, barışma və əzazillik kimi sifətlər onda üzvi surətdə birləşmişdilər. O, bir tərəfdən zülmdən heç bir qorxusu olmadan istifadə edərək pak və günahsız insanları, xüsusilə, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) cəsur övladlarının qanını axıdır, digər tərəfdən isə alimlərin nəsihətlərini dinlədikdə Qiyamətin fikrinə düşərək möhkəmcə ağlayırdı. O, həm namaz qılır, həm də şərab içərək eyş-işrətlə məşğul olurdu. Alimlərin nəsihətlərini dinlədikdə hamıdan abid və zahid kimi nəzərə çarpırdı. Xilafət kürsüsünə oturub ölkənin idarəsi ilə məşğul olduqda isə Neron və Çingizdən heç də geri qalmırdı. Tarixçilər yazırlar: "Bir gün Harun öz dövrünün təqvalı və pak şəxslərindən olan Füzeyl ibn Əyazın görüşünə gedir. Füzeyl öz ağır sözləri ilə onu çirkin işlərinə görə danlayıb zalımların intizarında olan Allah əzabı ilə qorxutdu. Harun bu nəsihətləri dinlədikdə, o qədər ağladı ki, huşunu itirdi. Özünə gəldikdən sonra yenidən Füzeylə dedi ki, ona nəsihət versin. Füzeyl neçə dəfə nəsihətlərini tərkrarlayır, hər dəfə də Harun huşunu itirirdi. Sonra Harun bu işinə görə Füzeylə min dinar verib dedi ki, lazım olan yerlərə xərcləsin. Harun bu hərəkəti ilə öz ikiüzlülüyünü açıq-aşkar nümayiş etdirirdi. Çünki onun fikrincə Allahın qorxusundan ağlayaraq bihuş olduqdan sonra yenə istədiyin işi çəkinmədən görə bilərsən.
Harunun iki min azyaşlı kənizi var idi ki, bunların da üç yüzü yalnız çalıb-oxumaq, rəqs etməyə məxsus idilər.[54] Rəvayət edirlər ki, bir dəfə o, əyləncə məclisinə gəldikdə əmr edir ki, məclisdəkilərin başına üç milyon dirhəm pul səpsinlər. Başqa bir əyləncə məclisinə gəldikdə özü ilə oraya gətirdiyi xanəndəni Misirə hakim təyin edir.[55]
Harun bir dəfə bir kənizi yüz min dinara, başqa bir kənizi otuz altı min dinara almış, lakin ikincini yalnız bir gecə saxladıqdan sonra sarayda olanlardan birinə bağışlamışdı. Onun o kənizi həmin şəxsə nə üçün bağışladığını isə Allah bilir.[56] Şübhəsiz ki, Harun boş yerə xərclədiyi bu pulların hamısını müsəlmanların beytül-malından götürürdü. Çünki onun babası Mənsurun hakimiyyətə gələrkən necə deyərlər heç bir qəpiyi belə olmamışdır. Deməli, boş yerə xərclənən bu pulların hamısı məzlum insanların, ac kəndlilərin əllərinin qabarının və alınlarının tərinin nəticəsi idi.[57] Ancaq Harunun ümumi beytül-mala qarşı etdiyi bu qədər xəyanətlərə baxmayaraq o, yalandan göz yaşı tökür, özünü pak insanlar kimi təqvalı göstərirdi.
Harunun həqiqi siması
redaktəMüasir Misir yazıçısı Əhməd Əmin Harunun (və onun dövründə yaşamış camaatın) eşy-işrətə baş qoşmasını iki səbəblə (biri onun dövründə ümumi rifahın genişlənməsi, digəri isə onun dediyinə görə əvvəlcədən eyş-işrətə meylli olmuş iranlıların Harunun sarayında nüfuz tapması ilə) əlaqələndirdikdən sonra yazır: "Üçüncü səbəb Harunun öz tərbiyəsi ilə əlaqədardır. Mənim fikrimcə o, sərthissiyyatlı bir cavan olmuş, lakin yüz faiz öz hissiyyat və istəklərinə uymamışdır. Eyni zamanda o, möhkəmiradəli bir şəxs idi. O, fitrət və tərbiyə baxımından nizami bir ruhiyyəyə malik olan bir şəxs olmuş, dəfələrlə Şərq və Qərb tərəfə ordu çəkmişdi. Ancaq onun sərtxasiyyətli, möhkəmiradəli, coşub-daşan cavanlıq fikirləri onu müxtəlif simalara salmışdı. Moizə eşidərkən həddən artıq təsirlənir, ucadan ağlamağa başlayır, musiqi eşitdikdə isə elə hala düşürdü ki, heç bir şeyi tanımır və ona məhəl qoymurdu. Onun təşkil etdiyi əyləncə məclisində İbrahim Museli oxuyur, Bərsəvma saz çalıb Zəlzəl dəf vurarkən Harun elə coşurdu ki, son dərəcə cəsarətlə deyirdi: "Ey Adəm! Əgər bu gün sənin balalarından kimlərin mənim məclisimdə iştirak etdiyini görsəydin, çox sevinərdin."[58]
Yavaş-yavaş dini hissiyyat Harunda inkişaf edir, ancaq bunun müqabilində kef-damağ, əyləncələri də artmağa başlayır. Bunun nəticəsində də, o, həm namaz qılır, həm də musiqiyə qulaq asaraq əylənirdi. Onun sərt hissiyyatı müxtəlif cəhətlərə yönəlir, yönəldiyi sahədə də ifrat dərəcəsinə çatırdı. Bərməki sülaləsi onun razılığını cəlb etdiyi zaman onlardan razı qalır, onlara fövqəladə mehribançılıq göstərir və onları ən yaxın adamları sırasına daxil edirdi. Ancaq elə ki onun qəzəbinə düçar olurdular və həsəd aparanlar onun hissiyyatını Bərməki nəslinin əleyhinə təhrik edirdilər, onları məhv edib aradan götürür.
Harun İbrahim Muselinin səsindən (musiqisindən) çox ləzzət aldığı üçün onu alim və qazılar kimi sarayın yaxın adamlarının yerində qərar verir, ancaq bir dəfə də olsun, özünə sual vermirdi ki, müsəlmanların beytül-malını hansı əsasla bu cür şəxslərin cibinə tökür?
Əl-Əğani kitabının müəllifi bu barədə gözəl bir cümlə işlətmiş, həmin cümlədə Harunun qeyri-adi və bir-birinə zidd olan xüsusiyyətlərini çox gözəl şəkildə bəyan etmişdir. Müəllif yazır:
"Harun moizə dinlədikdə hamıdan çox ağlayır, qəzəbləndikdə isə ən zalım şəxsə çevrilirdi."
Buna görə də, onun dindar bir şəxs olub çoxlu namaz qılmasına, qəzəbləndikdə isə heç bir əsası olmadan günahsız insanların qanını axıtmasına, sonrası gün isə kef məclisinə gedərək özündən getməsinə heç də təəccüblənməməliyik. Bunlar hamısı asanlıqla bir adamda tapılası sifətlərdir.[59]
Dediklərimizdən Harunun əsl və həqiqi siması məlum olur. Ancaq təəssüflər olsun ki, bəzi tarixçilər Harunun rəftar, hərəkət və ruhiyyəsini, idarəçilik sistemini qeyd edərkən həqiqəti gizlədir, bilər-bilməz həqiqətin yalnız yarısını açıqlayır, yarısını isə olduğu haldan başqa cür qələmə verirlər. Halbuki, təhqiqi və bitərəf araşdırma zamanı şəxsin bütün xüsusiyyətləri olduğu kimi qələmə alınmalıdır.
Harunun hiylələri və onun özünü dindar kimi göstərməsi
redaktəBir neçə səhifə bundan qabaq qeyd etdik ki, Əməvi və Abbasi xəlifələri İslam hökumətini öz yolundan çıxarmaqda və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsi ilə mübarizədə bir-biri ilə həmfikir olsalar da, onları bir-birindən fərqləndirən bir cəhət də var idi. O da bundan ibarət idi ki, Əməvi xəlifələri (Müaviyə və digər bir-iki xəlifə istisna olmaqla) dini alimlərlə bir o qədər də, əlaqə saxlamır, onların işinə qarışmırdılar. Onlar ancaq ölkədaxili qiyamları yatırtmaq, xarici qələbələr əldə etmək, ölkənin maliyyə işlərini tənzimləmək və bu kimi siyasi işlərə nəzarət edir, İslam alimlərini (adətən) başlı-başına buraxırdılar. Buna görə də, onların hökumətinin dini cəhəti olmamışdır. Ancaq elə ki Əməvi sülaləsi öz yerini Abbasi sülaləsi ilə əvəz etdi, məsələ tamamilə dəyişdi. Hökumət özünə dini cəhət kəsb edir, məzhəbi amillərdən hökumətin xeyrinə istifadə etmək siyasəti və özünü dindar kimi göstərmək, dini alimlərlə əlaqə saxlamaq xüsusən, ilkin Abbasi xəlifələrinin dövründə adət halına çevrilir. Bunun səbəbi o idi ki, Abbasi xəlifələri siyasi rəhbər olmaqla yanaşı camaatın hörmətini qazanmaq üçün həm də özlərini din adamı kimi tanıtdırmaq istəyirdilər.[60] Abbasi xəlifələrinin özlərini dindar kimi göstərib camaatın gözündə dini nüfuz tapmaq məqsədlərinə dair bir çox nümunələr vardır ki, bunlar da onların bu sahədə göstərdikləri səylərin göstəricisidir. Corci Zeydan yazır: "Abbasi xəlifələri, Misrin Fatimi xəlifələri, İspaniyanın Əməvi xəlifələri dini cəhəti saxladıqlarına görə bir çox çətinlikləri həll edə bilmişlər. Məhz bu səbəbə görə Osmanlı imperiyası kimi qeyri-ərəb hökumətlər şəri cəhət daşıdıqları üçün digər hökumətlərdən çox yaşamışlar..."
Bunlar avam camaatın qəlbində yer tapmaqdan ötrü həmişə öz məqamlarını yüksəldərək özlərini Allahın ən yaxın bəndələri, hakimiyyətlərini də Allah tərəfindən seçilmiş hökumət kimi qələmə verirdilər. Corci Zeydan xəlifələrin avam camaat arasındakı yalan təbliğatının nüfuzunu və camaatın bu təbliğata olan inam səviyyəsini qeyd etdikdən sonra əlavə edib yazır:
"...İş o yerə çatmışdı ki, camaat deyirdi: Abbasilərin hakimiyyəti İsa Peyğəmbər göydən enənə qədər davam edəcək. Abbasi hökuməti süqut edərsə, günəş batar, yağış yağmaz, bitkilər quruyar. (Corci Zeydanın bu cümlədə işlətdiyi camaat sözündən məqsədi sünnilərdir. Çünki şiələrin əqidəsinə görə həm ilk üç xəlifə, həm Əməvilər, həm də Abbasilər xəlifəlik məqamını qəsb etmiş və buna görə də şiələr onları qəbul etmirlər.[61]
Abbasi xəlifələri də bu nankorluğu özlərinə bəyənmişdilər. Hətta böyükdüşüncəli və hakimiyyəti dövründə İslam mədəniyyəti inkişaf etmiş Harunun da bu cür yaltaqlıqlardan xoşu gəlirdi... Əgər İslamın ucalıb inkişaf etdiyi bir dövrdə xəlifə yaltaqlığı bu qədər sevirsə, şübhəsiz ki, fəsad və pozğunluq dövründə mövhumat və xurafat həqiqətin yerini alacaq, yaltaqlar səhnəyə çıxdıqda xəlifə və hakimlər boş sözü əməldən çox sevəcəklər. Məhz bu səbəbə görədir ki, yaltaqlar, öz şəxsiyyətlərini satanlar Abbasi xəlifəsi Mütəvəkkili "Allahın kölgəsi" adlandıraraq deyirdilər: "Bu rəhmət kölgəsi camaatı istidən qorumaq üçün asimanda sərilmiş bir kölgədir." Digər bir yaltaq şair İbn Hani Fatimi xəlifəsi Əl-Muizzi aşağıdakı şəkildə tərifləyir: "Qəzavü-qədərin təyin etdiyi deyil,sənin istədiyin həyata keçir. Elə isə əmr ver və rəhbərlik et! Sən həqiqətən yeganə yenilməzsən![62] (İstər Allahın əmri olsun, istərsə də xəlifənin.)"
Abbasi xəlifələri arasında Harun qədər bu məsələyə diqqət yetirən və bu cür yaltaqlıqlardan istifadə edən olmamışdır. O çalışırdı ki, bütün hərəkət və işlərinə dini ad versin. Harun bütün cinayət və əyyaşlıqlarının üstünü din adı ilə örtür, hərəni bir bəhanə ilə şəriət çərçivəsinə daxil edirdi. Deyirlər ki, Harun xəlifə olduğu müddətdə bir dəfə Məkkəyə gedir. Həcc mərasimi zamanı öz xüsusi məsihi həkimi Cəbrail ibn Bəxtişu üçün həddən artıq çox dua edir. Bəni-Haşimdən olanlar bundan çox narahat olurlar. Harun onların "bu şəxs müsəlman deyil, zimmidir, onun üçün dua etmək düzgün deyil" iradlarına belə cavab verdi: "Düzdür, ancaq mənim sağlamlığım onun əlində,müsəlmanların da məsləhəti mənim sağlamlığımdadır. Deməli,müsəlmanların xeyir və məsləhəti onun ömrünün uzun olmasındadır, elə isə onun üçün dua etməyin eybi yoxdur.[63] "Harunun bu məntiqi qeyri-adi bir məntiq idi. Onun məntiqinə əsasən, İslam cəmiyyətinin bütün məsləhətləri onda cəmlənmiş və hər şey onun canının qurbanı olmalı idi. Çünki onun gətirdiyi sübuta əsasən, o, təkcə xəlifə deyil, eyni zamanda cəmiyyətdə onun olması vacibi bir məsələ idi. Ola bilsin belə təsəvvür oluna ki,Harun kimi bir şəxsin bütün hərəkət və işlərini düzgünlüyə çıxarmaq din məntiqi ilə çətin bir işdir. Ancaq o, öz dövrünün alçaq və dünyapərəst qazı və fəqihlərini satın almaqla öz işlərinə bəhanə gətirmək üçün meydanı tamamilə açıq qoymuşdu.
Hökm çıxaran şura
redaktəHarunun hiylələrindən və özünü dindar kimi göstərməsinə aid açıq-aşkar nümunələrdən biri Yəhya ibn Abdullahın şəhadət məsələsidir. Yəhya ibn Abdullah İmam Həsənin nəvəsi, Bəni-Haşim tayfasının sayılıb-seçilən şəxslərindən və İmam Sadiqin səhabələri içində çox diqqət yetirdiyi şəxslərdən biri olmuşdur.[64] Fəxx şəhidi Hüseyn, Abbasi hökumətinə qarşı qiyam qaldırdığı zaman Yəhya onun ordusunda olmuş və ordunun əsas sərkərdələrindən biri sayılmışdır. Hüseyn şəhid olub ordusu məğlubiyyətə uğradıqdan sonra o, bir dəstə ilə birlikdə Deyləm şəhərinə gedərək orada fəaliyyət göstərmişdir. Oranın əhalisi onun ətrafına yığışaraq gözə çarpan miqdarda bir ordu yaranmışdı.
Harun Fəzl ibn Yəhya Bərməkini bir ordu ilə Deyləmə göndərir. O, Deyləmə çatdıqdan sonra Harunun göstərişinə əsasən, Yəhya ilə məktublaşıb ona şirin vədlər verərək ona amanda olmaq təklifi verir. Harun və Fəzlin hiylələri nəticəsində öz ordusunun pərakəndə olduğunu görən Yəhya amanda qalmaq təklifini qəbul etmək məcburiyyətində qalır. Harun bir neçə adlı-sanlı şəxsləri şahid tutub öz dəstxətti ilə ona bir amannamə yazdıqdan sonra Yəhya Bağdada gəlir. Harun əvvəl onunla mehribancasına rəftar edib onun ixtiyarında çoxlu mal-dövlət qoyur. Ancaq gizlicə onun ölüm planını hazırlayıb onu bu işdə müttəhəm edir ki, gizlicə camaatı öz başına toplayıb xəlifənin əleyhinə qiyam qaldırmaq fikrindəsən. Lakin Harun ona daşdankeçən bir amannamə göndərdiyi üçün onu öldürmək bir o qədər də asan deyildi. Buna görə də, bu qərara gəlir ki, amannaməni qüvvədən salmaq üçün fəqihlərdən (müctəhidlərdən) öz məqsədini həyata keçirməyə şəri icazə alsın. Bu məqsədlə amannamənin düzgün olub-olmaması barədə nəzər söyləsinlər deyə, Məhəmməd ibn Həsən Şeybani, Həsən ibn Ziyad Lulum və Əbülbüxtəridən ibarət qazı və fəqihlər şurası təşkil verilməsini əmr etdi.[65] Şura hazır olduqda hamıdan qabaq nisbətən azad alim olan və özünü müəllimi Əbu Yusif kimi Haruna satmış olmayan[66] Məhəmməd ibn Həsən Şeybani amannaməni oxuyub dedi: "Amannamə tamamilə düzgün və səlahiyyətlidir, onu heç cür pozmaq olmaz.[67] "Əbülbüxtəri amannaməni alıb ona göz gəzdirərək dedi: "Bu amannamə batil və səlahiyyətsizdir. Yəhya xəlifənin əleyhinə qiyam qaldıraraq bir dəstə insanın qanını axıtmışdır, onu öldürün, günahı mənim boynuma." Harun bu fətvadan son dərəcə sevinib dedi: "Əgər amannamə batil və səlahiyyətsizdirsə, onda özün onu cır tulla." Əbülbüxtəri amannaməyə tüpürüb onu cırdı. Harun bir milyon altı yüz min dirhəm ona ənam verib özünü də qazı vəzifəsinə təyin etdi[68][69]. Məhəmməd ibn Həsəni isə belə bir fətva (amannamənin səlahiyyətli olduğunu söyləməsinə görə) verdiyinə görə neçə il fətva verməkdən məhrum etdi.[70] Axırda bu şuranın rəyinə əsasən, Yəhyanı qətlə yetirdi.[68]
Məsləhətə görə verilmiş fətva
redaktəQeyd etdik ki, öz şəxsiyyətini satmış qazılardan biri də qazı Əbu Yusif idi. Harun onu baş qazı vəzifəsinə təyin etmişdi. O, hər bir vaxt Haruna lazım olurdusa, öz istinad və qəribə yozma qüvvəsi ilə Harunun qeyri-şəri işlərinin üstünü örtərək, bəzi bəhanələrlə onları dini ölçülərlə uyğunlaşdırırdı. İndi nümunə üçün aşağıdakı iki məsələyə nəzər salaq.
1. Harun xəlifə olduğu ilk vaxtlarda atasının (Məhdinin) kənizlərindən birinə vurulur. Harun öz eşqini açıb ona elan etdikdə kəniz deyir: "Bu fikri başından at, çünki atan mənimlə bir yastığa baş qoymuşdur (və mən sənin atanın arvadı sayılıram.)" Harun ona bərk vurulduğundan ondan əl çəkə bilmirdi. Əbu Yusifi çağırtdırıb məsələni ona danışaraq ondan bir çıxış yolu istədi. Əbu Yusif soyuqqanlılıqla dedi: "Bir kənizin etdiyi hər hansı bir iddia məgər qəbul olunmalıdır? Ona qulaq asma, çünki o, düzdanışan kəniz deyil."[71] (Halbuki, İslam qayda-qanunlarına əsasən, bu cür yerdə qadının öz etirafı əsas götürülərək qəbul olunur.)
Vicdanı aldatmaq
redaktə2. Bir gün Harun xüsusi aşpazına əmr edir ki, onun üçün cavan bir dəvənin ətindən yemək hazırlasın. Yemək yeyilib qurtardıqdan sonra Cəfər Bərməki dedi: "Xəlifənin bu yeməyinin hər bir tikəsi dörd yüz min dirhəmə başa gəlib." Harun bu məsələdən təəccübləndikdə Bərməki başa salır ki, bir müddət bundan qabaq xəlifə belə bir yeməyin hazırlanmasını istəmiş, lakin həmin vaxt bu yemək hazırlanmamışdır. O gündən bəri hər gün xəlifənin aşpazxanası üçün cavan bir dəvə kəsilir. Onların hamısının bir yerdə qiyməti dörd yüz min dirhəmə gəlib çatır."
Müsəlmanların beytül-malını saysız-hesabsız əyyaşlıq və kef məclislərinə sərf edən, zəhmətkeş və məzlum müsəlmanların malını israf etmək, ora-bura xərcləməkdən çəkinməyən Harun bu dəfə vicdanlı, ürəyiyanan bir şəxsə çevrilir. O, bu sözü eşitdikdə narahat olub əmr verir ki, bu işin əvəzini çıxmaq üçün neçə milyon dirhəmi kasıblar arasında sədəqə adı ilə paylasınlar. Əlbəttə, bu pullar heç də onun şəxsi vəsaitindən deyil, müsəlmanların ümumi beytül-malından olub hamı arasında ədalətlə bölüşdürülməli idi. Özü də sədəqə, xəlifənin bəxşişi və bu kimi şeylər onun bölüşdürülməsi üçün əsas ola bilməzdi.
Nə isə, bu xəbər Əbu Yusifin qulağına çatır. Onun sarayında olmasının fəlsəfəsi özünü belə yerdə büruzə verən Əbu Yusif xəlifənin bu işinə bəhanə gətirmək üçün gözəl bir plan hazırlayıb bu məqsədlə xəlifənin yanına gələrək narahatlığının səbəbini soruşur. Harun onu məsələdən xəbərdar edir. Əbu Yusif üzünü Cəfər Bərməkiyə tutub soruşur: "Kəsilən bu dəvələrin əti xarab olurdu, yoxsa camaat onu istifadə edirdi?" (Sanki Əbu Yusifin fikrini duymuş) Cəfər cavab verdi ki, camaat onu istifadə edirdi. Əbu Yusif sevinərək qışqırdı: "Xəlifə, muştuluq, böyük savab əldə etmisən. Çünki bu müddət ərzində kəsilmiş bütün ətləri müsəlmanlar istifadə etmiş və Allah-taala bu cür böyük bir sədəqəni yerinə yetirməyə xəlifə üçün şərait yaratmışdır.[72] "Beləliklə, xəlifə üçün kəsilən dəvələrin əti xarab olmamış və Bağdad itlərinin qabağına atılmayaraq bir neçə ac adama verilirsə, bu, Əbu Yusifin məntiqində sədəqə hesab olunur, Harunun gördüyü işlər də israf, müsəlmanların malını boş yerə xərcləmək və beytül-malı ona-buna verib dağıtmaq deyil, sədəqə və yaxşı iş kimi qələmə verilirdi.
Qeyd etdiyimiz bu həqiqətləri nəzərə aldıqda İmam Museyi-Kazimin işinin nə qədər ağır olduğunu asanlıqla anlaya bilərik. Çünki o Həzrət əsl simasını riyakarlıq, zahirpərəstlik və hiylələr arasında gizlədərək özünü ədalətli və mömin xəlifə adlandıran Harun kimi hiyləgər bir xəlifə ilə üz-üzə idi. İmam Kazim Harunun hiylə, riyakarlıq və zahirpərəstlik pərdələrini yırtıb onun əsl simasını camaata göstərmək üçün fasiləsiz və ardıcıl təbliğ etmək məcburiyyətində idi. Əgər İmam Kazimin seçilmiş şəxsiyyəti və inkaredilməz əzəməti olmasaydı, doğrudan da, belə mübarizədən qalib kimi çıxmaq şübhəli olardı.[73]
Əli ibn Yəqtin – İmam Kazimin Harunun sarayındakı elçisi
redaktəƏli ibn Yəqtin İmam Kazimin seçilmiş və qabaqcıl şagirdlərindən biri olmuşdur. O, pak və adlı-sanlı bir şəxs olmuş, İmam Kazimin yanında özünəməxsus mövqe tutmuşdu. Şiə aləmində onun misilsiz hörməti vardı[74].
Əli ibn Yəqtin HQ 124-cü ildə Əməvi sülaləsinin hakimiyyətinin son çağlarında Kufə şəhərində dünyaya gəlmişdir. Atası Yəqtin Abbasilər sülaləsinin əsas tərəfdarlarından biri olmuşdur. Elə buna görə də, öz dövrünün xəlifəsi olmuş (Əməvi xəlifəsi) Mərvani Himar onu tutmaq istəmiş, o isə hökumətdən qaçaq düşmüşdür. Onun həyat yoldaşı ərinin qaçaq düşdüyü bu müddətdə (haqqında danışdığımız) Əli və Übeyd adlı iki oğlunu da götürüb Mədinə şəhərinə köçür. Əməvilər süquta uğrayıb Abbasilər hakimiyyətə gəldikdən sonra Yəqtin Kufəyə gələrək Əbülabbas Səffaha qoşulmuşdur. Həmçinin, onun həyat yoldaşı da uşaqları ilə birlikdə Kufəyə qayıtmışdır[74].
Bəli, Əli ibn Yəqtin Kufədə böyüyüb boya-başa çatmış və İmam Kazimin şagirdləri sırasına qoşulmuşdur.
Əli ibn Yəqtinin elmi məqamı
redaktəRical elminin alimləri və tarixçilərin dediyinə görə Əli ibn Yəqtin İmam Kazimin qabaqcıl və seçilmiş şagirdlərindən olmuş, o Həzrətin hüzurundan bəhrələnərək ondan çoxlu sayda hədislər söyləmişdir. İmam Sadiqdən isə yalnız bir hədis rəvayət etmişdir.[75]
Əli ibn Yəqtin həm ictima arasında sayılıb-seçilən və hörmətə sahib olan bir şəxs idi, həm də öz dövrünün alimləri sırasında adı çəkilirdi. O, aşağıdakı kitabları qələmə almışdır:
- "İmam Sadiqin gələcək fitnə-fəsad barədə soruşulmuş sullara cavabı" ("Ma suilə ənhus-Sadiqu min əl-məlahim");
- "(Allaha) şəkk edən şəxsin İmam Sadiqin hüzurunda mübahisəsi" ("Münazirətüş-şakki bihəzrətih");
- "İmam Kazimdən öyrəndiklərim."
Əli ibn Yəqtin tutduğu ictimai və siyasi mövqeyi hesabına şiə məzhəbi üçün misilsiz xidmətlər mənşəyi olmuş və şiələr üçün ümid yeri hesab olunurdu.
Əli ibn Yəqtinin vəzir olması şiələr üçün arxa və dayaq olmuşdur
redaktəMənsur və Harunun hakimiyyəti dövründə Bəni-Haşim nümayəndələrinin ardıcıl silahlı etirazları məğlubiyyətlə nəticələnir. Hərəkat başçılarının şəhid olaraq dəstələrinin məğlubiyyətə uğramaları bir daha sübut etdi ki, belə bir şəraitdə hər hansı bir silahlı mübarizə məğlubiyyətə məhkumdur. Buna görə də, mübarizəni başqa yolla davam etdirmək lazımdır. Bu baxımdan İmam Kazim silahlı mübarizədən göz yummuş və ancaq tələbə yetişdirilməsi, fikirlərin oyadılması, çirkin Abbasi hökumətinin əsl həqiqətini tanıtdırmaq və mümkün qədər ictimaiyyətin müxtəlif sahələrində şiəlik ideyalarını genişləndirmək barədə düşünürdü. Elə buna görə də, o cür zalım hökumətlə həmkarlıq etməyin ümumi şəkildə haram olmasına baxmayaraq, İmam Kazim istisna hallarda bəzi pak və layiqli şəxslərin hökumətdə mühüm vəzifə tutmasına razılıq verirdi. Çünki bu iş bir tərəfdən şiələrin hakimiyyətdə yer tutmalarına, digər tərəfdən də camaatın, xüsusən də, şiələrin himayə altına keçməsinə səbəb olurdu. Əli ibn Yəqtinin də hökumətdə mühüm bir vəzifə tutması bu kimi işlərdən biri idi. Abbasilər sülaləsinin tam tərəfdarı olan və İmamət məsələsinə heç bir etiqadı olmayan atasından fərqli olaraq, Əli ibn Yəqtin ayıq və mətin şiələrdən idi və əqidəsi əsl şiə əqidəsi idi.[76] Belə ki, intizar, yəni, hazırda olan zalım hökumətin qeyri-qanuni olduğunu hesab etməklə haqq-ədalət əsasında qurulacaq hökumətin gəlişinə ümid bəsləmək onun əqidəsinin əsasını təşkil edirdi. Bu həqiqət onun bir dəfə atası ilə etdiyi söhbətdən də başa düşülür. Bir dəfə Yəqtin oğluna deyir: "Necə olur ki, sizin rəhbərlərinizin bizim (Bəni-Abbasın) barəmizdə dedikləri düz çıxır, ancaq sizin özünüz barədə dedikləri (sizə vəd olunmuş hökumətin qalib gələcəyi) düz çıxmır?" Əli cavab verir: "Sizin və bizim barədə deyilənlərin ikisi də eyni yerdən (eyni şəxs tərəfindən) deyilib. Sadəcə olaraq sizin hakimiyyətiniz bərqərar olub və buna görə də, sizin barədə deyilən şübhəsiz olaraq həyata keçmişdir. Özünüz də gördünüz ki, deyilənlər tamamilə düz çıxdı. Ancaq bizə vəd olunmuş hökumətin vaxtı çatmadığından, biz hələ də onun ümidi ilə yaşayırıq. Əgər bizim rəhbərlərimiz "Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinin hakimiyyətə gəlişi (məsələn) iki yüz-üç yüz ildən sonra olacaq" desəydilər, ola bilərdi ki, (vaxtın uzun olduğundan) ürəklər sıxılıb camaatın həmin hökumətə olan inamı azalardı. Lakin (camaat öz ümidini itirməsin deyə) İmamlar (həmin hökumətin nə vaxt bərpa olunacağını müəyyən etməyərək) buyurmuşlar ki, tezliklə onun vaxtı çatacaq. Beləliklə də, İmamın (on ikinci İmamın) zühurunun yaxın bir vaxtda olacağını vurğulamışlar."
Əli ibn Yəqtinin bu cür sabiqəsini nəzərə almaqla, onun Harunun sarayında vəzifə tutmasının nə dərəcədə əhəmiyyətli olması asanlıqla başa düşülür.
İmam Kazimin şərti razılığı
redaktəƏli ibn Yəqtin İmam Kazimin razılığı ilə Harunun sarayında vəzir olmasını qəbul etdi.[77] O, sonradan neçə dəfə işindən istefa vermək istəmiş, lakin İmam Kazim onu bu fikrindən daşındırmışdır.[78]
İmam Kazimin Əli ibn Yəqtini öz vəzifəsində saxlamaqdan məqsədi şiələrin can, mal və hüquqlarının qorunması və onların gizli təşkilatına kömək etmək idi. İmam Kazim ona buyurur: "Əgər istəyirsənsə, sənin barəndə üç şeyə zamin olum, onda sən də bir şeyə zamin ol." Əli ibn Yəqtin soruşur: "O üç şey hansılardır?" İmam Kazim buyurur: "Sənin üçün zamin olduğum üç şey bunlardır:
- Əsla sən qılınc və düşmənin əli ilə öldürülməyəcəksən.
- Sənin heç vaxt maddi imkana ehtiyacın olmayacaq.
- Sən heç vaxt tutulmayacaqsan.
Ancaq sənin zamin olacağın şey isə budur ki, bizim şiələrdən birinin işi düşüb nə vaxt biri sənə müraciət edərsə, söz ver ki, onun işini düzəldəcək və ona hörmət edəcəksən."
Əli ibn Yəqtin İmamın şərtini qəbul etdi, İmam da bu üç şey barədə onun üçün zamin oldu[79]. İmam Kazim öz söhbəti əsnasında buyurdu: "Sənin bu məqamın (şiə) qardaşlarının fəxridir. Ümid edirik ki, Allah sənin vasitənlə məğlubiyyətlərin əvəzini çıxıb müxaliflərin fitnə alovunu söndürsün."
Bəli, Əli ibn Yəqtin öz əhdinə sadiq qaldı, vəzifədə olduğu bütün müddət ərzində şiələr üçün mötəbər bir istehkam hesab edilmiş və o cür çətin şəraitdə şiələrin azadlığı və canlarının qorunması üçün lazım olan şəraiti təmin etməkdə böyük rol oynamışdır.
Təhlükəli və gizli bir tapşırıq
redaktəƏli ibn Yəqtin gizli şəkildə öz malının xümsünü İmam Kazimin hüzuruna göndərir, bəzi vaxtlar isə şərait ağır və çətin olduqda, o Həzrət üçün maddi imkanat yaradırdı. Onun dostlarından ikisi deyir ki, bir gün Əli ibn Yəqtin bizi çağırıb bizə bir qədər pul və bir neçə məktub verərək dedi: "İki ədəd minik vasitəsi alıb gizli yolla gedərək bunları İmam Kazimə çatdırın. Sizin bu işinizdən heç kimin xəbəri olmasın." Həmin iki nəfər deyir: "Kufəyə gəlib iki minik vasitəsi aldıq. Yol üçün tədarük gördükdən sonra gizli yolla hərəkət etdik. "Bətnür-rəhmə" adlı yerdə heyvanlardan düşüb qabaqlarına ot qoyduq, özümüz də nahar etmək üçün oturduq. Bu vaxt yanında da, bir yoldaşı olan bir atlı gəldi. Yaxınlaşdıqda gördük ki, İmam Kazim əleyhissəlamdır. Qalxıb ona salam verdikdən sonra pulu və məktubları təhvil verdik. O Həzrət də bir neçə məktub çıxarıb bizə verərək buyurudu: "Bunlar sizin məktubların cavabıdır." Biz ona dedik ki, azuqəmiz qurtarıb, əgər icazə versəniz, Mədinəyə gedib həm Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) (qəbrini) ziyarət edər, həm də yol üçün azuqə tədarük görərdik. O, bizə buyurdu: "Qalan azuqənizi mənə göstərin." Azuqəmizi (olan-qalanını) çıxarıb ona göstərdik. O tərəf-bu tərəfinə əl gəzdirib buyurdu: "Bu, sizi Kufəyə qədər görər." O, bizim Mədinəyə getməyimizi məsləhət bilməyib buyurdu: "Siz (həqiqətdə elə bil ki,) Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) gördünüz, indi isə Allahın pənahı altında geri qayıdın."[80]
Şiələrin iqtisadi vəziyyətinin dirçəlməsi
redaktəŞübhəsiz ki, müştərək bir məqsəd daşıyan hər hansı bir cəmiyyətin öz işlərini irəli aparmaq üçün öz qüvvələrini səfərbər etməkdə maddi imkanata ehtiyacı var. Maddi imkanat olmadıqda, həmin cəmiyyətin bütün işləri və fəaliyyəti dayanmalı olur. Bir qayda olaraq şiələrin də öz müqəddəs məqsədlərini həyata keçirmək üçün bir sıra maddi imkanata ehtiyacları var idi. Müxtəlif vaxtlarda xüsusilə, onların mübariz qüvvələri daima iqtisadi çətinlik içərisində olmuş, dövrün hökuməti onların qüvvələrini zəiflətmək üçün müxtəlif vasitələrlə onları iqtisadi çətinliklərə məruz qoymuşdular. Bu barədə siyasi məqsəd daşıyan və məqsədi də Əmirəl-möminin Həzrət Əlinin və Bəni-Haşimin iqtisadi vəziyyətini zəiflətmək olan Fədəyin Həzrət Zəhradan (səlamullahi əleyha) alınmasından başqa, İslam tarixində bir çox başqa nümunələr də vardır. Onlardan biri də, Müaviyənin şiələrə, xüsusilə də, Bəni-Haşimə qarşı yürütdüyü siyasətdir. Müaviyənin İmam Hüseyndən öz vəliəhdi Yezid üçün beyət almaq istərkən işlətdiyi taktikalardan biri – Mədinəyə səfəri zamanı Bəni-Haşim qəbiləsindən olanlara beytül-maldan heç bir ödənc verməməsi olmuşdur. Bu işdə məqsədi də, o olmuşdur ki, bəlkə bu yolla o Həzrəti çətinliyə salıb beyət etməyə məcbur etsin.[81]
Başqa bir nümunə Əbu Cəfər Mənsurun camaatı iqtisadi çətinlikdə saxlaması idi. Mənsur aclıq və iqtisadi blokada siyasətini yürütmüş və məqsədi bu olmuşdur ki, qoy camaat həmişə ac olub ona tabe olsun və ancaq öz qarınlarını doyuzdurmaq fikrində olub digər böyük ictimai məsələlər barədə düşünməyə macalları olmasın. O, bir dəfə sarayın yaxın adamlarının hüzurunda camaatı ac saxlamaqdan güddüyü məqsədi kobud bir ifadə ilə açıqlayaraq demişdir: "Bədəvi ərəblər öz məsəllərində yaxşı demişlər ki, öz itini həmişə ac saxla ki, qoy çörək ardınca sənin arxanca düşsün." Bu iqtisadi çətinlik daha çox şiələr səmtinə yönəldilmişdi. Çünki onlar xəlifələrə qarşı mübarizədə camaata rəhbərlik etmişlər. Harun da xəlifə olduğu müddət ərzində bu planı həyata keçirməkdə ləngimirdi. Çünki o, müsəlmanların beytül-malını ələ keçirib onu öz eyş-işrəti, kefi yolunda xərcləməklə şiələri öz qanuni hüquqlarından məhrum etmiş və beləliklə də, onların qüvvələrini zəiflətmişdir.
Müxaliflərinin şiələrin əleyhinə mübarizə aparmalarına baxmayaraq, Harun ər-Rəşidin hüzurunda öz etimadını doğruldaraq, böyük İslam məmləkətində vəzir vəzifəsinə təyin olunmuş İmam Kazimin vəfalı və səmimi dostu Əli ibn Yəqtin bu məsələni çox yaxşı başa düşərək əlində olan imkandan istifadə etməklə şiələrə kömək və onları himayə etmək sahəsində əlindən gələni əsirgəmirdi. Xüsusən, şiələrin iqtisadi vəziyyətinin dirçəlməsində və öz malının xümsünü (onun malının xümsü nəzərə çarpacaq miqdarda olur, bəzi vaxtlar hətta yüz min dinardan üç yüz min dinara qədər çatırdı)[82] İmam Kazimə göndərməkdə çox səy edirdi. Bu da məlumdur ki, xüms həqiqətdə İslam hökumətinin büdcəsini təmin edən əsas amildir.
Əli ibn Yəqtinin oğlu deyir: "İmam Kazimə nə lazım olurdusa, yaxud hər hansı bir çətin işi irəli çıxırdısa, atama məktub yazırdı ki, "mənim üçün filan şeyi al, yaxud mənim üçün filan işi həll et. Özü də bu işi Hişam ibn Həkəmin əli ilə düzəlt." Hişamın əli ilə düzəldilməsi lazım olan işlər yalnız mühüm və əsas işlər olurdu."[83]
İmam Kazim İraqa səfər edərkən Əli ibn Yəqtin öz vəziyyətindən o Həzrətə şikayət edib dedi: "Mənim vəziyyətimi görürsən? (Görürsən necə bir sarayda və hansı camaatla işləyirəm?)" İmam Kazim buyurdu: "Allah zalımlar arasında öz sevimli bəndələrindən qərar verərək onların vasitəsilə yaxşı bəndələrini himayə edir. Sən də həmin sevimli bəndələrdən birisən."[77]
Bir dəfə Əli ibn Yəqtin Bəni-Abbas xəlifələri ilə işləyib-işləməməsi barədə İmam Kazim ilə məsləhətləşdikdə, o Həzrət buyurmuşdur: "Əgər bu işi görməyə məcbursansa, onda şiələrin malından muğayat ol." Əli ibn Yəqtin İmamın sözü ilə razılaşdı. O, Həzrətin bu sözünə əsaslanaraq şiələrdən dövlət vergilərini alır, lakin gizlicə yenidən onların özlərinə qaytarırdı.[84] Səbəbi də bu idi ki, Harunun hökuməti elə bir hökumət deyildi ki, onun qayda-qanunlarına əməl etmək müsəlmanlara vacib olsun. Allah tərəfindən təyin olunmuş əsl rəhbər və hakim İmam Kazim idi, Əli ibn Yəqtin də onun əmrilə şiələrin malını özlərinə qaytarırdı.
Həcc naibləri
redaktəTarixdə Əli ibn Yəqtin üçün fəxr sayıla bilən məsələlərdən biri də budur ki, o, hər il neçə nəfəri öz tərəfindən vəkil edib həcc ziyarətinə göndərirdi. O, bu iş üçün onların hər birinə on min dirhəmdən iyirmi min dirhəmə qədər pul verirdi.[82] Onun vəkil tutduğu həcc naiblərinin sayı hər il yüz əlli, bəzi vaxtlar isə iki yüz əlli və hətta üç yüz nəfərə çatırdı.[85]
Əli ibn Yəqtinin bu işi İslam dinində həcc ziyarətinin özünəməxsus fəzilət və əhəmiyyət kəsb etməsi və şübhəsiz, onun son dərəcə iman və təqva sahibi olması ilə əlaqədardır. Lakin bu naiblərin nəzərə çarpacaq dərəcədəki sayını və eləcə də, Əli ibn Yəqtinin onlara külli miqdarda naiblik haqqı verməsini nəzər aldıqda məsələ bir az da geniş təhlil olunur. Əgər onun ildə həcc ziyarəti üçün tutduğu vəkillərin sayını orta hesabla məsələn, iki yüz nəfər, onlara verdiyi pulun miqdarını isə orta hesabla məsələn, on min dirhəm götürsək, ümumilikdə (cəmisi) ildə iki milyon dirhəm pul alınır. Digər tərəfdən də, ildə ödənilən bu məbləğ təbii ki, Əli ibn Yəqtinin illik gəlirindən, zəkat, xüms və digər müstəhəb sədəqə və hədiyyələri çıxdıqdan sonra yerdə qalan məbləğin bir qismini təşkil edirmiş. Bu təxmini hesabla bu qədər məbləği (həcc naiblərinin haqqını) ödəmək üçün gör Əli ibn Yəqtinin (illik) gəliri nə qədər olmalıdır?
Şiə alimlərindən ilk dəfə olaraq deyəsən, mərhum Şeyx Bəhayi bu məsələyə diqqət yetirmişdir. O, bu məsələnin incəliyini bu cür izah edir: "Güman edirəm ki, İmam Kazim Əli ibn Yəqtinə müsəlmanların beytül-malından istifadə etməyə icazə vermiş, o da öz növbəsində bu puldan şiələrə həcc ziyarəti üçün naiblik haqqı verərək müxaliflər üçün etiraz yeri qoymurdu.[86] Deməli, həcc ziyarətinə naib göndərmək əslində qabaqcadan hazırlanmış bir iş olmuş və Əli ibn Yəqtin bu işi ilə şiələrin iqtisadi vəziyyətini dirçəldirmiş."
Həcc naibləri arasında İmam Kazimin dostlarından və yerli hökumətin müxaliflərindən olan Əbdürrəhman ibn Həccac və Abdullah ibn Yəhya Kahili kimi şiələrin böyük, adlı-sanlı şəxslərinin olması bu məsələni bir daha təsdiq edir.[87]
Əli ibn Yəqtinin bu hərəkətində nəzərə çarpan digər bir məsələ də, onun şiələri, xüsusən də, onların tanınmış şəxslərini həcc mərasiminə göndərməsidir. Bu yolla o, şiənin əsl həqiqətini tanıtmağa və onların digər məzhəblərlə münazirə edərək şiə mədəniyyətini nümayiş etdirməsi üçün şərait yaradırdı.
Bu paltarı saxla!
redaktəƏli ibn Yəqtin göstərdiyi bu xidmətləri nəticəsində həmişə İmam Kazimin razılığını cəlb etmiş, onun əsirgənilməz himayəsində olmuş və o Həzrətin tədbiri sayəsində dəfələrlə qəti təhlükədən nicat tapmışdır. Həmin təhlükələrdən biri belə olmuşdur:
Bir dəfə Harun ər-Rəşid hədiyyə olaraq Əli ibn Yəqtinə bir neçə paltar (xələt) bağışlamışdı. Paltarların arasında xəlifələrə məxsus olan qara rəngli, zərlə bəzədilmş xəzdərili bir paltar da var idi. Əli ibn Yəqtin həmin bahalı paltar da daxil olmaqla onların çoxunu İmam Kazimə bağışlayır, üstəlik həmişəki kimi malının xümsünü çıxıb o Həzrət üçün göndərir. İmam Kazim həmin bahalı paltardan başqa bütün pulları və paltarları qəbul edir. Əli ibn Yəqtinə də bir məktub yazıb bildirir ki, bu paltarı özündə saxla və heç kəsə vermə, çünki bir vaxt sənin üçün irəli çıxacaq hadisədə o sənə lazım olacaq. Əli ibn Yəqtin İmam Kazimin həmin paltarı nə üçün geri qaytardığını başa düşə bilmir, lakin onu (İmamın buyurduğu kimi) qoruyub saxlayır. Necə olursa, bir gün o, öz xadimlərindən birini işini layiqincə yerinə yetirmədiyi üçün işdən çıxarır. Əli ibn Yəqtinin İmam Kazim ilə əlaqə saxladığını, onun o Həzrət üçün pul və sair hədiyyələr göndərməsindən xəbərdar olan bu xadim Harunun yanına gedərək Əli ibn Yəqtindən şikayətlənib deyir: "O, (Əli ibn Yəqtin) Musa ibn Cəfəri (İmam Kazim) İmam kimi tanıyır və hər il öz malının xümsünü ona göndərir." Sonra da paltarların hədiyyə göndərilməsini sübut gətirib dedi: "Xəlifənin filan tarixdə ona bağışladığı xüsusi paltarı da, Musa ibn Cəfər əleyhissəlama bağışlayıb." Harun bu xəbəri eşitdikdə, bərk qəzəblənib dedi: "Gərək bu məsələni araşdıram. Əgər dediklərin doğru olarsa, onun qanını tökəcəyəm." Sonra Əli ibn Yəqtini çağırtdırıb həmin paltar barədə soruşdu. Əli ibn Yəqtin dedi: "Onu bir boğçaya qoyub indiyə qədər saxlamışam." Harun dedi: "Onu dərhal bura gətir!" Əli ibn Yəqtin xadimlərdən birini tez evə göndərib deyir: "Bizə get, gözətçidən filan otağın açarını alıb həmin otağı aç,sonra da orada olan filan sandığı aç və onun içindəki boğçanı üstündə olan möhürlə birlikdə bura gətir." Çox çəkmir ki, xadim həmin paltarı üstündəki möhürlə birlikdə gətirib Harunun qarşısına qoyur. Harun əmr edir ki, möhürü açsınlar. Boğça açıldıqda, Harun görür ki, öz verdiyi paltar qatlanmış halda saxlanılmışdır. Harunun qəzəbi soyuduqdan sonra Əli ibn Yəqtinə deyir: "Bundan sonra səndən şikayət edən heç bir şəxsin sözünə inanmayacağam." Sonra əmr verir ki, Əliyə dəyərli və qiymətli hədiyyə verib şikayətçini möhkəmcə tənbeh etsinlər.[88]
İslam dövləti təşkil etmək arzusunda
redaktəHarun bilirdi ki, İmam Kazim və onun şiələri onu xilafət kürsüsünü qəsb etmiş və müsəlmanların müqəddəratını zor gücü ilə ələ keçirmiş bir şəxs kimi tanıyırlar. Əgər onlar Haruna qarşı mübarizə etmək şəraiti əldə etsələr, bir an da oslun belə, onu hakimiyyətdən salmaqda yubanmazlar. İmam Kazim ilə Harun ər-Rəşid arasında getmiş və aşağıda qeyd etdiyimiz söhbət o Həzrətin İslam hökuməti təşkil vermək sahəsində olan ali məqsədlərindən, həm də Harunun çirkin məqsədlərindən xəbər verir:
"Bir gün Harun (bəlkə də, İmam Kazimin arzu və məqsədlərindən xəbər tutmaq məqsədilə) Fədəyi o Həzrətə qaytarmaq istədiyini bildirir. İmam Kazim buyurur: "Bir şərtlə Fədəyi qəbul edərəm ki, onun bütün ərazisini (bütün sərhədləri ilə birlikdə) geri qaytarasan." Harun soruşdu: "Onun (əhatə etdiyi) sahə və sərhədləri nə qədərdir?" İmam Kazim buyurdu: "Əgər onun əhatə etdiyi sahə və sərhədlərini desəm, əsla onu qaytarmazsan." Harun təkid edib and içdi ki, mütləq onu qaytaracaq. İmam Kazim Fədəyin əhatə etdiyi sahə və sərhədlərini bu cür təyin etdi: "Onun sahəsi Ədəndən tutmuş Səmərqəndə qədər, digər tərəfdən də, Afrikadan tutmuş Ərməniyyə və Xəzər dənizinə kimi uzanır." Bu sahələrin bir-bir adını eşitdikcə rəng verib rəng alan və həddən artıq qəzəblənən Harun bu dörd cəhəti eşidəndə, özünü saxlaya bilməyib qəzəblə dedi: "Belə olan halda bizə bir şey qalmır ki!" İmam Kazim buyurdu: "Bilirdim ki, qəbul etməyəcəksən və elə buna görə də, demək istəmirdim."[89] İmam Kazim bu cavabı ilə Haruna bildirmək istəyirdi ki, Fədək İslam dövlətinin bütün sahəsini əhatə edən simvolik bir ifadədir. Səqifə əhli (Əbu Bəkr, Ömər və s.) Fədəyi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) qızının və kürəkəninin əlindən almaqla həqiqətdə hakimiyyəti Əhli-beytdən (əleyhimussəlam) aldılar. İndi əgər bizim haqqımızı qaytarmalı olsan, onda bütün xilafət ərazisini bizim ixtiyarımıza verməlisən.
Bu söhbət İmam Kazimin ali məqsədlərindən xəbər verir.
Beytül-malın toplanması
redaktəZahiri hakimiyyət və qüdrət Harunun əlində olsa da, o, yalnız camaatın "cisminə", "quru bədəni"nə hakimlik edirdi. Qəlblərdə isə heç bir yeri yox idi. Qəlblərə hakim durmaq ancaq İmam Kazimə məxsus idi. O Həzrətin ümumi fikirlərdəki məhəbbəti sayəsində mübariz və açıqfikirli müsəlmanlar öz malının xümsünü, eləcə də, beytül-mala mənsub olan digər vergiləri o Həzrətin hüzuruna göndərirdilər. Harun bundan heç də xəbərsiz deyildi. Çünki o, öz casusları vasitəsilə geniş İslam dövlətinin o tərəf-bu tərəfindən müsəlmanların İslam vergilərinin İmam Kazimə göndərməsi xəbərini əldə edirdi. Casuslar deyirdilər ki, göndərilən bu vergilər o qədər olurdu ki, İmam Kazim bunları toplamaq üçün beytül-mal sandıqı hazırlamışdı.[90]
Şəhadəti
redaktəAiləsi
redaktəHəyat yoldaşları
redaktəOğlanları
redaktə- Əli (Rza).[91][92][93][94][95][96][97][98]
- İbrahim (Əkbər).[92][93][94][95][96][97][98]
- İbrahim(Əsğər Mürtəza).[97][98]
- Abbas.[97][98]
- Aqil.[97][98]
- Qasım.[97][98]
- İsmail.[97][98]
- Cəfər (Əkbər).[97][98]
- Harun.[97][98]
- Həsən.[97][98]
- Əhməd.[92][93][94][95][96][97][98]
- Əbdürrəhman.[97][98]
- Muhəmməd (Abid).[92][93][94][95][96][97][98]
- Həmzə.[92][93][94][95][96][97][98]
- Abdullah.[97][98]
- İshaq.[97][98]
- Ubeydullah.[97][98]
- Yəhya.[97][98]
- Zeyd.[97][98]
- Fəzl.[97][98]
- Hüseyn.[97][98]
- Davud.[97][98]
- Süleyman.[97][98]
Qızları
redaktə- Fatimeyi Kübra.[92][93][94][95][96][97][98]
- Fatimeyi Suğra.[97][98]
- Rüqəyyə.[97][98]
- Həkimə.[97][98]
- Ümmi Əbiha.[97][98]
- Rüqəyyətüs-Suğra.
- Ümmü Cəfər.
- Ləbabə.[97][98]
- Zeynəb.[97][98]
- Xədicə.[97][98]
- Əliyyə.[97][98]
- Amənə.[97][98]
- Həsənə.[97][98]
- Bərihə.[97][98]
- Ayişə.
- Ümmü Sələmə.[97][98]
- Məymunə.[97][98]
Haqqında nəql olunan kəlamlar
redaktəŞiəlikdə
redaktə
ولد أبوالحسن موسى (عليه السلام) بالابواء سنة ثمان وعشرين ومائة وقال بعضهم. تسع وعشرين ومائة وقبض (عليه السلام) لست خلون من رجب من سنة ثلاث وثمانين ومائة وهو ابن أربع أو خمس وخمسين سنة وقبض (عليه السلام) ببغداد في حبس السندي بن شاهك وكان هارون حمله من المدينة لعشر ليال بقين من شوال سنة تسع وسبعين ومائة وقد قدم هارون المدينة منصرفه من عمرة شهر رمضان، ثم شخص هارون إلى الحج وحمله معه، ثم انصرف على طريق البصرة فحبسه عند عيسى بن جعفر، ثم أشخصه إلى بغداد، فحبسه عند السندي بن شاهك فتوفي (عليه السلام) في حبسه ودفن ببغداد في مقبرة قريش وامه ام ولد يقال لها: حميدة.
Əbül Həsən (əleyhissalam) əl Əbva deyilən yerdə yüz iyirmi səkkiz tarixində doğuldu. Bəzilərinə görə, yüz iyirmi doqquz tarixində doğulmuşdur. Yüz səksən üçüncü ilin Rəcəb ayının altısında vəfat etdi. Vəfat etdiyi vaxt əlli dörd və ya əlli beş yaşında idi. Bağdadda Sində ibn Şahəqin zindanında vəfat etdi. Xəlifə Harun ər Rəşid yüz yetmiş doqquzuncu ilin Şəvval ayının iyirmisində Mədinədən götürmüşdü. Harun Ramazan ayı ümrəsindən qayıdarkən Mədinəyə gəlmişdi. Sonra Harun həccə getdi və onu da bərabərində apardı. Oradan Bəsrə yolu ilə geri döndü, Onu İsa ibn Cəfərin yanında zindana atdı. Sonra Bağdada apardı. Sindi ibn Şahəqin zindanına atdı. Zindanda vəfat etdi. Bağdadda Qüreyş məzarlığına dəfn olundu. Anası Ümmü Vələddi. Ona ayrıca Həmidə də deyilirdi.[99]
Sünnilikdə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 İbn Cövzi, "Safvətus Səfva", c. 2, səh. 184
- İbn Kəsir, "Əl Bidayə", c. 10, səh. 309
- "Təhzibut Təhzib", c. 10, səh. 302
- "Təqribut Təhzib", c. 1, səh. 550
- "Mizanul İtidal", c. 6, səh. 358
- "Ləmazat", c. 1, səh. 125
- "Xülasatul İksir", səh. 29
- "Nurul Əbsar", səh. 164
- "Şəvahidun Nübuvvə", səh. 363
- Şeyx Müfid, "Əl İrşad", səh. 270
- "Fusulul Mühimmə", səh. 214-223
- "Dəlailul İmamə", səh. 146-148
- "Təzkirətul Xəvas", səh. 348-350
- İbn Şəhraşub, "Mənaqib", c. 4, səh. 324
- Yəqubi, "Tarix", c. 3, səh. 150
- ↑ 1 2 3 4 5 6 7 "Əllamə Kuleyni, "Əl Kafi", c. 1, səh. 477". 2010-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-14.
- ↑ https://www.al-islam.org/story-holy-kaaba-and-its-people-smr-shabbar.
- ↑ İbn Cövzi, "Safvətus Səfva", c. 2, səh. 187
- İbn Kəsir, "Əl Bidayə", c. 10, səh. 309
- "Xülasatul İksir", səh. 28
- "Nurul Əbsar", səh. 164
- "Şəvahidun Nübuvvə", səh. 363
- "Əs Səvaiqul Mühriqə", səh. 438
- "Şarani Təbəqat", c. 1, səh. 134
- ↑ "Tarixül Xüləfa", səh. 259
- ↑ Əllamə Kuleyni, Əl Kafi, c. 1, səh. 310-311
- ↑ Əllamə Məclisi, "Biharül Ənvar", c. 47, səh. 3
- ↑ "E`lamül Vəra", səh. 299
- ↑ Şeyx Müfid, "Əl İrşad", səh. 304-306
- ↑ Əllamə Məclisi, "Biharül-ənvar", c. 47, səh. 253.
- ↑ Əllamə Məclisi, "Biharül-ənvar", c. 48, səh. 16-17.
- ↑ "Mehdi Pişvayi, "İmam Museyi-Kazim əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, səh. 2-3". 2012-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-07.
- ↑ Əl-ənvarül-bəhiyyə, səh.170.
- ↑ Müxtəsəri-tarixil-ərəb, səh.209.
- ↑ Kazim ərəb dilində “qəzəbini boğan” deməkdir.
- ↑ ibn Həcər Heytəmi, Əs Səvaiqül Mühriqə, səh.203.
- ↑ Mehdi Pişvayi, "İmam Museyi-Kazim əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, səh.3
- ↑ Tarixi-Yəqubi, c.3, səh.132.
- ↑ Müxtəsərü Tarixil Ərəb, səh. 213
- ↑ "Tarixül Xüləfa", səh. 277
- ↑ İbi Əsir, "Əl Kamilu fit Tarix", c.6, səh. 73
- ↑ Həyatül-imam Musa ibn Cəfər, c.1, səh.436.
- ↑ Tarixi-Yəqubi, c.3, səh.137.
- ↑ "Həyatül İmam Musa ibn Cəfər, c. 1, səh. 442
- ↑ İbni Əsir, "Əl Kamilu fit Tarix", c. 6, səh. 84
- ↑ “Əraf” surəsi, ayə 33.
- ↑ “Bəqərə” surəsi, ayə 219.
- ↑ Ola bilsin Məhdinin bu cür deməkdən məqsədi bu olub kik Bəni–Haşimlə Bəni–Abbas arasındakı qohumluq nəticəsində imam Kazim əleyhissəlamın bu elmi onun üçün də fəxrdir. Mehdi Pişvayi, "İmam Museyi-Kazim əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, səh. 6
- ↑ Əl-Furuu min əl-kafi, c.6, səh.406.
- ↑ Sünnilər şiələri rafizi adlandırdığı üçün Məhdi də Əli ibn Yəqtinə belə deyir. Mehdi Pişvayi, "İmam Museyi-Kazim əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, səh. 6
- ↑ Mürucuz-zəhəb, c.3, səh.324.
- ↑ Mürucuz-zəhəb, c.3, səh.325.
- ↑ Tarixül-xüləfa, səh.279.
- ↑ İbni Əsir, "Əl Kamilu fit-Tarix, c.6, səh.102.
- ↑ Əl-Əğani, c.5, səh.160.
- ↑ Əl-Əğani, c.5. səh.163.
- ↑ Əl-Əğani, c.5.
- ↑ Tarixi-Yəqubi, c.3, səh.142.
- ↑ Hüseyn İmam Həsənin nəvələrindən olub Məkkədən altı mil aralıda yerləşən Fəxx məntəqəsində Abbasi xəlifəsinin qoşunu ilə mübarizədə öldürüldüyü üçün Fəxx şəhidi yaxud Fəxx sahibi ləqəbi ilə məşhur olmuşdur. Mehdi Pişvayi, "İmam Museyi-Kazim əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, səh. 7
- ↑ Tarixül-üməmi vəl-mülük, c.10, s. 25.
- ↑ Məqatilüt-talibin, səh. 285.
- ↑ İbni Əsir, "Əl Kamilu fit Tarix", c. 6, səh. 93
- ↑ Əllamə Məclisi, "Biharül Ənvar", c. 48, səh. 165
- ↑ Əllamə Məclisi, "Biharül Ənvar", c.48, səh.169.
- ↑ Əllamə Məclisi, "Biharül-ənvar", c.48, səh.151.
- ↑ Əs Səvaiqül Mühriqə, səh. 204.
- ↑ Şeyx Müfid, "Əl İrşad", səh. 298
- ↑ “Ənam” surəsi, ayə 84-85.
- ↑ "Nurul Əbsar", səh. 149
- ↑ Əllamə Məclisi, "Biharül-ənvar", c.48, səh.127.
- ↑ “Əraf” surəsi, ayə 146.
- ↑ Əllamə Məclisi, "Biharül-ənvar", c. 48, səh. 138.
- ↑ Simaların digər tərəfi, səh.31.
- ↑ Corci Zeydan, "İslam Mədəniyyətinin Tarixi", c. 5, səh. 162
- ↑ Corci Zeydan, "İslam Mədəniyyətinin Tarixi", c. 5, səh. 173
- ↑ Corci Zeydan, "İslam Mədəniyyətinin Tarixi", c. 5, səh. 163
- ↑ "İslamda vaizlərin rolu", səh. 39
- ↑ Əl-Əğani, c.5, səh. 241
- ↑ Zühəl-İslam, c.1, səh. 112-113.
- ↑ Zühəl-İslam, c.2, səh. 162-163.
- ↑ Corci Zeydanın "İslam mədəniyyətinin tarixi" əsərinin mütərcimi Əli Cəvahirkəlamdan
- ↑ Corci Zeydan, "İslam Mədəniyyətinin Tarixi", c.4, səh. 242.
- ↑ İslamda vaizlərin rolu, səh. 55.
- ↑ "Məqatilüt Talibin", səh. 308
- ↑ "Mizanül Etidal fi Nəqdir Rical", c. 3, səh. 278
- ↑ "Zühəl İslam", c. 2, səh. 203
- ↑ "Zühəl İslam", c. 2, səh. 204.
- ↑ 1 2 "Həyatül İmam Musa ibn Cəfər", c. 2, səh. 100
- ↑ “Əl Bəramikə fi Xilalil Xilafə”
- ↑ "Zühəl İslam", c. 1, səh. 204
- ↑ "Tarixül Xüləfa", səh. 291
- ↑ Əl-Bidayətu vən-nihayə, c.10, səh. 216.
- ↑ "Mehdi Pişvayi, "İmam Museyi-Kazim əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, səh. 17-18". 2012-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-07.
- ↑ 1 2 "Əl Fihrist", səh. 234
- ↑ "Fihristi Əsmai Müsənnifiş Şiə", səh. 195
- ↑ "Qamusur Rical", c. 7, səh. 90
- ↑ 1 2 İxtiyari Mərifətir Rical, səh. 433.
- ↑ Əllamə Məclisi, "Biharül Ənvar", c. 48, səh. 158
- ↑ Əllamə Məclisi, "Biharül Ənvar", c. 48, səh. 136
- ↑ "İxtiyari Mərifətir Rical", səh. 436-437
- ↑ İbni Əsir, Əl-Kamilu fit-Tarix, c.3, səh. 551.
- ↑ 1 2 İxtiyari Mərifətir Rical, səh. 434.
- ↑ İxtiyari Mərifətir Rical, səh. 269.
- ↑ Əllamə Məclisi, "Biharül-ənvar", c.48, səh. 158.
- ↑ İxtiyari Mərifətir Rical, səh.434-437.
- ↑ Tənqihül-məqal, c.2, səh. 317.
- ↑ İxtiyari Mərifətir Rical, səh. 435
- ↑ Şeyx Müfid, "Əl İrşad", səh. 293.
- ↑ Təzkirətul Huffaz, səh. 350
- ↑ Əllamə Məclisi, "Biharul Ənvar", c. 48, səh. 232.
- ↑ Əllamə Kuleyni, "Əl Kafi", I Cild, (4.) "Höccət" kitabı
- ↑ 1 2 3 4 5 6 Şeyx Müfid, "Əl İrşad", səh. 303.
- ↑ 1 2 3 4 5 6 Əbul Həsən əl Ərbili, "Kəşf əl Ğummə", c. 2, səh. 90-217.
- ↑ 1 2 3 4 5 6 Məhəmməd Təqi əl Tustəri, "Təvarix əl-Nəbi", səh. 125-126
- ↑ 1 2 3 4 5 6 Nemətullah əl Cəzairi, "əl Ənvər əl Numaniyyə", c. 1, səh. 380
- ↑ 1 2 3 4 5 6 İbni Ənba, "Umdat əl Talib", səh. 266
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 əl Məşracul Vəfi, c. 1, s. 65-66
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 İbni Sədqam, "Tuhvə"
- ↑ ""El Kafi", c. 1 : "Uslul-u Kafi", kitab 4 : "Huccet", bab 120 : "Ebul Hasan Musa bin Cafer aleyhisselamın hayatı"". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-10.
Ədəbiyyat
redaktə- Qurani Kərim
- Mehdi Pişvayi, "İmam Museyi-Kazim əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-01-31 at the Wayback Machine
- Şeyx Müfid, "Əl İrşad"
- Təzkirətul Huffaz
- İxtiyari Mərifətir Rical
- Əllamə Məclisi, "Biharul Ənvar"
- İzzəddin Əbü-l-Həsən Əli ibn Məhəmməd ibn əl-Əsir (1160-1233), "Əl Kamilu fit Tarix"
- Əbu-l-Fərəc Məhəmməd ibn İshaq ən-Nədimi (?-995), "Əl Fihrist"
- "Həyatül-imam Musa ibn Cəfər"
- Zühəl-İslam
- Corci Zeydan, "İslam Mədəniyyətinin Tarixi"
- Əhməd ibn Əbu Yəqub ibn Cəfər əl-Yəqubi (?-897), "Tarix"
- Əl-Əğani
- Əbü-l-Həsən Əli ibn əl-Hüseyn ibn Əli əl-Məsudi (?-956),"Mürüc əz Zəhəb və Məadin əl Cəvahir"
- ibn Həcər Heytəmi, "Əs Səvaiqül Mühriqə"