Ilqar Bagirov - Wikipedia
İlqar Bağırov və ya Balu (tam adı: İlqar Saleh oğlu Bağırov; d. 12 may 1970, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 30 sentyabr 2014, Luqansk, Ukrayna) — Donbass müharibəsi şəhidi.
İlqar Bağırov | |
---|---|
İlqar Saleh oğlu Bağırov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | Luqansk , Ukrayna |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | İrpen, Kiyev, Ukrayna |
Vətəndaşlığı | |
Uşağı | 1 qız |
Atası | Saleh Bağırov |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Ukrayna |
Rütbəsi | kapitan |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəErkən illəri
redaktəİlqar Bağırov 1970-ci il mayın 12-də Bakıda anadan olmuşdur.[1] O, 1987-ci ildə Xarkov Ali Hərbi Aviasiya məktəbinə daxil olub, 1992-ci ildə bu müəssəni bitirmişdir.[1]
Donbass müharibəsi və döyüşlərdə iştirakı
redaktəUkrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İlqar Bağırov, Donbassda döyüşlər başlayan gündən Müdafiə Nazirliyinin nəzdində yaradılan 11-ci “Kiyevskaya Rus” batalyonunda kəşfiyyat qrupunun rəhbəri idi.[1]
Ölümü
redaktə2014-cü il sentyabr ayının 30-da Luqansk vilayətinin Debaltsev şəhərində gedən qızğın döyüşlər zamanı onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşüb.[1] Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar Bağırov mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partladıb.[1] Onun meyiti naməlum şəxslər tərəfindən tapılaraq elə həmin yerdə dəfn olunub.[1] Bir müddət əvvəl meyitin qalıqları Ukrayna əsgərləri tərəfindən həmin ərazidən çıxarılaraq Kiyevin İrpen bölgəsində aparılıb və orada dəfn olunub.[1]
Şəxsi həyatı
redaktəAiləli idi, bir qızı yadigar qalıb.[1]
Ləqəbi
redaktəUkrayna xalqı arasında “Balu” kimi tanınırdı.[1]
İrsi
redaktə2015-ci il dekabrın 23-də İrpin İqtisadi Kollecində onun adına şərəf lövhəsi vurulmuşdur.[2]
Təltif və mükafatları
redaktəİlqar Bağırova ölümündən sonra Ukrayna "İgidliyə görə" ordeni ilə təltif edilib.[3]
- 2015 — "İgidliyə görə" ordeni (III dərəcəli)[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 "Ukraynada həlak olan azərbaycanlı zabitə Milli Qəhrəman adı verilə bilər". oxu.az. oxu.az. Archived from the original on 2014-12-13. İstifadə tarixi: 30 iyun 2016.
- ↑ "В ИРПЕНСКОМ ЭКОНОМИЧЕСКОМ КОЛЛЕДЖЕ ОТКРЫЛИ МЕМОРИАЛЬНУЮ ДОСКУ ИЛЬГАРУ БАГИРОВУ Більше читайте тут: http://ru.tsn.ua/video/video-novini/v-irpenskom-ekonomicheskom-kolledzhe-otkryli-memorialnuyu-dosku-ilgaru-bagirovu.html". ru.tsn.ua. ru.tsn.ua. Archived from the original on 2015-12-28. İstifadə tarixi: 30 iyun 2016.
- ↑ "Azərbaycanlını Ukraynada ruslar öldürdü". news.atv.az. news.atv.az. İstifadə tarixi: 30 iyun 2016.[ölü keçid]
- ↑ "Алієв Йолчу (Руслан) Афі Огли ("Аварець")". memorybook.org.ua. memorybook.org.ua. Archived from the original on 2022-07-24. İstifadə tarixi: 11 fevral 2017.
Xarici keçidlər
redaktə- У Ірпені відбулося прощання з Героєм Arxivləşdirilib 2017-03-01 at the Wayback Machine