Ildirim Ordular Qrupu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İldırım Ordular qrupu (almanca: Heeresgruppe İldırım), I Dünya Müharibəsi dövründə Osmanlı dövlətinin Sinay və Fələstin cəbhəsi və İraq cəbhəsini müdafiə etmək üçün qurduğu ordular qrupu.
İldırım Ordular qrupu | |
---|---|
Ölkə | |
Tabedir | Osmanlı ordusu |
Döyüşlər |
Təşkili
redaktə24 iyun, 1917-ci ildə Hələbdə Ənvər paşanın və alman komandirlərinin qatılması ilə (Mustafa Kamal Atatürk daxil) olan toplantıda general Falkenheinin rəhbərliyində "İldırım Ordular qrupu"nun yaradılması qərara alındı. Bu yeni qərar Fələstin-Suriya-İraq cəbhələrini bir yerə gətirəcəkdi. Bu qərarda belə Sinay və Fələstin cəbhəsinə çox qüvvə ayrılmamışdı. Ancaq bu dəfə Almaniya bu qrupa 6 min nəfərlik kömək qrupu göndərəcəkdi ki, bunun da bir hissəsi Sinay və Fələstin cəbhəsi üçün nəzərdə tutulmuşdu. Oktyabr ayında (1917) Sinay və Fələstin cəbhəsindəki Osmanlı qüvvələrinin sayı 40 min nəfər idi. Buna qarşı ingilis qoşunları komandanı Allenby idə 191 min nəfərlik qüvvəyə sahib idi. İngilislərin təchizatı və silah-sursatı baxımından da Osmanlıdan xeyli irəlidə idi. Hələb toplantısından sonra İstanbula geri dönən Baş Komandan vəkili Ənvər paşanın ilk işi planlaşdırılan İldırım Ordular qrupunun qurulması olmuş və general Falkenheinin qrup komandanlığına təyinatını (11 iyul, 1917), sultanın təstiqindən keçirdikdən sonra 11 iyul, 1917-ci ildə təşkil əmrini vermişdi. İldırım Ordular qrupunun quruluş məqsədi ilk əvvəllər Bağdadın geri alınması idi. Ancaq qısa müddətdə bu hədəfin reallaşmasının real olmadığı bilindikdən sonra Sinay və Fələstin cəbhəsi əsas götürülərək təşkilatçılıq edilmişdir. İlk əvvəllər qrupa daxil edilən İraqdakı VI Ordu ilə Diyarbəkirdəki II Ordu qrup təşkilatından çıxarılaraq İldırım Ordu qrupu IV, VII və VIII Ordulardan təşkil edildi. İldırım Ordular Qrupu, 1918, sentyabr ayında Megiddo döyüşündə ingilis qüvvələri tərəfindən demək olar ki, darmadağın edildikdən sonra, 30 oktyabr, 1918-ci ildə Antanta dövlətləri ilə Mudros barışığı imzalandı. Bu saziş əsasında Osmanlı dövlətində olan almanların ölkəni tərk etmələri tələb olunurdu. Sədrəzəm Əhməd İzzət paşa, 30 oktyabr, 1918-ci ildə Otto Liman fon Sandersə teleqram göndərərək, İldırım Ordular Komandanlığını Mustafa Kamal paşaya təhvil verməsini istədi. 31 oktyabrda komandanlığı Mustafa Kamal paşaya təhvil verən fon Sanders, əmrində olan əsgərlərə vəda məktubu yazaraq, vəzifəsindən ayrıldı. Mustafa Kamal paşa 31 oktyabr günü Adanada təhvil aldığı İldırım Ordular qrupu komandanlığını 7 noyabr, 1918-ci ilə qədər davam etdirdi.
I Dünya Müharibəsi
redaktə1917-ci il döyüş düzülüşü
redaktə1917-ci il, avqust ayında aşağıdakı formada təşkil edildi:[1]
- İldırım Ordu qrupu (Ordu generalı Erix fon Falkenhein)
- VII Ordu (Osmanlı), [[Suriya]] (Mustafa Kemal paşa)
- VI Ordu, Mesepotomiya, (Osmanlı) (Xəlil Kut paşa)
1918-ci il, yanvar ayı döyüş düzülüşü
redaktə1918-ci il, yanvar ayında İldırım Ordular qrupu aşağıdakı kimi təşkil edildi:[2]
- İldırım Ordu qrupu (Ordu generalı Erix fon Falkenhein)
- VII Ordu (Osmanlı), [[Suriya]] (Fevzi Çaxmaq paşa)
- VIII Ordu, (Cavat Çobanlı paşa), (Osmanlı)
1918-ci il, iyun döyüş düzülüşü
redaktə1918-ci il, iyunda İldırım Ordular qrupu aşağıdakı kimi təşkil edildi:[3]
- İldırım Ordular qrupu (Otto Liman fon Sanders)
1918-ci il, sentyabr döyüş düzülüşü
redaktə1918-ci il, sentyabrda İldırım Ordular qrupu aşağıdakı kimi təşkil edildi:[4]
- İldırım Ordular qrupu (Otto Liman fon Sanders)
- IV Ordu, (Osmanlı), (Camal Mersinli paşa)
- VII Ordu, (Osmanlı), (Mustafa Kamal paşa)
- III Ordu korpusu, (Osmanlı), (İsmət paşa)
- I və XI Piyada tümənləri, (Osmanlı)
- XX Ordu korpusu, (Osmanlı) (Əli Fuad Cəbəsoy)
- XXVI və 53-cü tümənlər, (Osmanlı)
- III Ordu korpusu, (Osmanlı), (İsmət paşa)
- VIII Ordu, (Osmanlı), (Cavad Çobanlı paşa)
- XXII Ordu korpusu, (Osmanlı), (general Refet Bele)
- VII və XX tümənlər, (Osmanlı)
- Sol Cinah Ordu Korpusu, (Osmanlı), (Oberst Qustav fon oppen)
- II Qafqaz Süvari tüməni
- XXII Ordu korpusu, (Osmanlı), (general Refet Bele)
Mudros barışığı sonrası
redaktə1918-ci il, noyabr döyüş düzülüşü
redaktə1918-ci il , noyabr ayında İldırım Ordular qrupu bu formada təşkil edildi:[5]
- İldırım Ordular qrupu, (Mustafa Kamal paşa)
- II Ordu, (Nihad Anılmış paşa)
- XII Ordu korpusu
- XXIII Piyada tüməni
- XV Ordu korpusu
- 41-ci və 44-cü Piyada tümənləri
- XII Ordu korpusu
- VII Ordu, (Əli Fuad paşa)
- III Ordu korpusu
- XI və XIV tümənlər
- XX Ordu korpusu
- I və 43-cü tümənlər
- III Ordu korpusu
- II Ordu, (Nihad Anılmış paşa)
ildırım Hərbi müfəttişliyi
redaktə1919-cu il tarixində Şövkət Turqut paşa, Cavad paşa və Kavaklı Mustafa Fevzi paşa İstanbulda gizli bir iclas keçirdilər. Bu iclasda "üçlü and" and adlı məruzə hazırlandı və vətənin müdafiəsi üçün ordu müfəttişliyi qurulmasına qərar verildi. Aprel ayının sonunda, Kavaklı Mustafa Fevzi paşa, hərbi nazir Şakir paşaya bu məruzəni verdi. 30 aprel, 1919-cu ildə, Hərbi Nəzarət idarəsi və S ultan VI Mehmed, Ordu Baş Komandanlığı tərəfindən təklif edilən ordu müfəttişliyi qurulması haqqındakı qərarı təstiqlədi. Müfəttişliklər quruldu və rəhbərliyə bu komandanlar gətirildi: I Ordu Müfəttişliyi (İstanbul mərkəzli, Mustafa Kamal paşa, daha sonra III Ordu Müfəttişliyi) İldirim Ordusu Hərbi Müfəttişliyi (Konya mərkəzli, Mersinli Camal paşa, daha sonra II Ordu Hərbi Müfəttişliyi) IX Ordu Müfəttişliyi (Ərzurum mərkəzli, Mustafa Kamal paşa, daha sonra III Ordu Hərbi Müfəttişliyi). Bundan əlavə Rumeli Hərbi Müfəttişliyi qurulacaq (Nurəddin İbrahim Konyar), XIII Ordu korpusu birbaşa Hərbi Nazirliyin komandanlığına veriləcəkdi. 1919-cu il, may ayında ordu müfəttişliyi bu formada təşkil edildi:[6][7]
- İldırım Hərbi Müfəttişliyi (Yıldırım Kıt'aatı Müfettişliği, Konya, Müfəttiş: Mersinli Camal paşa)
- XII Ordu korpusu, Niğde, Miralay Səlahəddin Köseoğlu
- XI tümən
- 41-ci tümən
- VII Süvari alayı
- XX Süvari alayı
- XX Ordu korpusu, (Ankara), (Əli Fuad paşa)
- XXIII tümən
- XXIV tümən
- XVII Ordu korpusu, (İzmir), (Əli Nadir paşa), İzmirin işğalından sonra I Ordu Hərbi Müfəttişliyinə təyin edildi.
- 56. Tümen
- 57. Tümen
- XII Ordu korpusu, Niğde, Miralay Səlahəddin Köseoğlu
İstinadlar
redaktə- ↑ Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 170.
- ↑ Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 181.
- ↑ Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 188.
- ↑ Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 197.
- ↑ Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 202.
- ↑ Zekeriya Türkmen, Mütareke Döneminde Ordunun Durumu ve Yeniden Yapılanması (1918–1920), Türk Tarih Kurumu Basımevi, 2001, ISBN 975-16-1372-8, p. 333. (türk.)
- ↑ Zekeriya Türkmen, Mütareke Döneminde Ordunun Durumu ve Yeniden Yapılanması (1918–1920), Türk Tarih Kurumu Basımevi, 2001, ISBN 975-16-1372-8, pp. 110–111. (türk.)