Ibrahim Emin - Wikipedia
İbrahim Məhərrəm oğlu Eminov (18 may 1963, Sumqayıt – 2 iyul 2019, Sumqayıt) — Azərbaycanlı musiqi bəstəkarı və rok ifaçısı, "Yuxu" və "Sirr" qruplarının yaradıcısı.
İbrahim Emin | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | 18 may 1963 |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyul 2019 (56 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, bəstəkar, vokalist |
Fəaliyyət illəri | 1976–2019 |
Janrlar | hard-rok, hevi-metal, blyuz-rok[d] |
Musiqi alətləri | bas-gitara, gitara |
Üzvlüyü |
Həyatı
redaktəİbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1970-ci ildə Sumqayıt şəhər 17 saylı məktəbə gedib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. İbrahim musiqi fəaliyyətindən başqa rəsm əsərləri çəkməklə də məşğul idi. 2 iyul 2019-cu ildə qida borusunun xərçəngi xəstəliyindən dünyasını dəyişib.[1]
Musiqi fəaliyyəti
redaktəYuxu
redaktəİbrahim Emin uşaq vaxtından gitara çala bilirdi. 80-ci illərin əvvəlindən musiqi ilə məşğul olmağa başlamışdı. O, 1988-ci ildə "Yuxu" qrupunu yaradıb.[2] Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməklə yanaşı qrupda bas gitara da ifa edib. 1989-cu ildə Yuxu qrupu "Xəzərin sahilində" mahnısı ilə Qızıl Payız musiqi festivalında qalib olur. Bir müddət sonra qrup olaraq fransız menecer Paskal Fransada fəaliyyət göstərmək üçün dəvət alırlar. Həmin vaxtlar Fransaya birbaşa getmək mümkün olmadığından onlar Türkiyə vasitəsilə getməyə qərar verirlər. Lakin müxtəlif səbəblərdən onlar Fransaya gedə bilmirlər və Türkiyədə qalıb fəaliyyət göstərməli olurlar. Türkiyədə fəaliyyət göstərməyə başladıqdan sonra qısa müddət ərzində qrup tanınmağa başlayır. Türkiyədə "Xəzərin sahilində" (1988), "Sumqayıt" (1994), "Ölümə çarə yox" (1998) adlı üç albomları işıq üzü görür. Türkiyədə baş vermiş zəlzələ musiqi dünyasına durğunluq gətirir. Nəticədə yaranmış vəziyyətdə "Yuxu" qrupu uzun müddət fəaliyyət göstərə bilmir və qrup üzvləri fərqli işlərlə məşğul olmağa başlayır.
Sirr
redaktəSonradan İbrahim Emin 2003-cü ildə Bakıya geri dönür və 2004-cü ildə Sumqayıtda "Sirr" qrupunu yaradır. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb.[3]
Fikirləri
redaktəYeniyetmə vaxtlarımızda biz BBC radiosunda Deep Purple, Led Zeppelin-ə qulaq asırdıq, daha sonra onlar bizim üçün məktəb oldu, onların musiqilərindən ilhamlanıb rokla məşğul olmağa başladıq. Daha sonra qrupumuz yarandı. "Xəzərin sahilində" mahnsını yazdırdıq. Mahnının sözləri atama aid idi, mən bəzi sözləri dəyişdim və biz mahnını ifa etdik. Bir il sonra bu mahnı ilə Qızıl Payız musiqi festivalında qalib olduq və hər şey bununla başlandı. |
Məni tanıyanlar yaxşı bilir, həmişə deyirəm roku heç vaxt dəyişmərəm. Mən roku hiss edirəm, rok azadlığın, üsyankarlığın musiqisidir, mənim musiqimdir. |
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycanda məşhur ifaçı vəfat etdi" (az.). Modern.az. 03.07.2019. 2020-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26.04.2020.
- ↑ Rəhimli, Şəhanə. "Bir vaxtların məşhur "Yuxu"su..." (az.). Aqreqator.az. 03.07.2019. 2020-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26.04.2020.
- ↑ Nurlan Babazadə, Ləman Səfərli. "Azərbaycan rokunun "Yuxu"su indi haradadır?". bbc.com. 8 iyul 2016. 11 aprel 2019 tarixində arxivləşdirilib.