Ozbek Xanligi - Wikipedia
Özbək xanlığı (özb. Oʻzbek ulusi) — 1428–1468-ci illərdə iqtidarda olmuş dövlət.
Xanlıq (dövlət) | |
Özbək xanlığı | |
---|---|
özb. O'zbek xonligi | |
|
|
|
|
Paytaxt |
|
Rəsmi dilləri | Türk dilləri |
Dövlət dini | Sünni İslam |
Ərazisi | 3,000 000 km2 |
İdarəetmə forması | feodal monarxiyası |
Xan | |
• 1428–1468 | Əbülxeyr xan |
• 1468–1471 | Haydar |
Davamiyyət | |
→ | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəUluğbəyin hakimiyyəti (1447–1449) uzun sürməmişdi. Belə ki, hələ 1428-ci ildə Batı xanın qardaşı Şeybanın nəslindən olan Əbülxeyr "Xan" elan edildikdən sonra 1431-ci ildə Gürgənci və Xarəzmi, 1447-ci ildə Seyhun çayı ətrafındakı Sığnaq şəhərindən Özkəndə qədər əraziləri öz hakimiyyəti altında birləşdirərək, "Özbək xanlığı"nı (1428–1599) yaratmışdı.
Şеybanilərin davamçıları olan Özbəklər Əbülxeyr xanın (1428–1468) başçılığı ilə hücum edərək Türküstana girmiş, Səmərqəndi Teymurlulardan almışdı. Bəlxdə üsyan edən oğlu Rüknəddin Əbdüllətifin oyununa düşən Uluqbəy Özbəklərə məğlub olaraq 1449-cu ildə edam edilmişdir.
Özbək xanlığı ilk əvvəl Cığatayların, sonra isə Teymuroğulları və nəhayət, Səfəvilərin ağır zərbələri nəticəsində parçalanmış, Xorasan Səfəvilərin, Daşkənd və ətrafı Qırğız-Qazax Türklərinin əlinə keçmiş, digər yerlərdə isə Buxara xanlığı (1599–1785), Xivə xanlığı (1512–1920), Kokand xanlığı (1710–1876) və Kaşğar-Turfan xanlığı (XV əsrin əvvəllərindən 1877-ci ilə qədər) kimi müstəqil xanlıqlar yaranmışdı.