Omer Efendi Mescidi - Wikipedia
Ömər Əfəndi məscidi — XVIII-XIX əsrlərə aid tarix-memarlıq abidəsi. Azərbaycanda Şəki şəhərində yerləşir[1].
Ömər Əfəndi məscidi | |
---|---|
41°12′01″ şm. e. 47°11′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | M. F. Axundov küçəsi, dalan 19 |
Aidiyyatı | Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XVIII-XIX əsrlər |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | stabil |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | ii, v |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4979 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sovet işğalından sonra məscidin binasından anbar kimi istifadə olunub. 1986-cı ildə məsciddə yanğın baş verib. 1987-ci ildə Şəki şəhərinin Cümə məscidinin imamı Hacı Səlim Əfəndinin təşəbbüsü və yerli camaatın maddi dəstəyi ilə məscid yanğından sonra yenidən bərpa edilib .
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Hazırda məscid ibadətə açıqdır.
Tarixi
redaktəXIX əsrdə tikilmiş Ömər Əfəndi məscidi bu günə qədər öz orijinal görüntüsünü qoruyub saxlayıb[2]. Sovet işğalından sonra məscidin binasından anbar kimi istifadə olunub. 1950-ci ildən sonra binadan yenidən məscid kimi istifadə etməyə başlayıblar. 1986-cı ildə məsciddə yanğın baş verib. 1987-ci ildə Şəki şəhərinin Cümə məscidinin imamı Hacı Səlim Əfəndinin təşəbbüsü və yerli camaatın maddi dəstəyi ilə məscid yanğından sonra yenidən bərpa edilib[1].
"Ömər Əfəndi" məscidi dini icması Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ndə qeydiyyata alınıb[3][4].
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[5]
Memarlığı
redaktəÖmər Əfəndi məscdinin binası düzbucaaqlı formasındadır. Məscidin fasadı bişmiş kərpic naxışları ilə diqqəti cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic və daş hörgü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır[2].
Məscidin ərazisi 105 kvadrat metrdir. Həyətyanı sahəsi isə 525 kvadrat metrdir. Məscidin tikintisi zamanı çınqıl və bişmiş kərpic kimi yerli tikinti materiallarından istifadə olunub. Məscidin damı dəmir lövhələrlə örtülüb, döşəmə və tavanı taxtadandır.
Məscidin giriş qapısının qarşısında açıq eyvanı var. Namaz qılmağa gələnlər məscidin həyətində yerləşən hovuzda dəstəmaz aldıqdan sonra geniş və işıqlı zalda namaz qılmağa gedirlər[6]. Əsas ibadət zalında 14 pəncərə var. Əsas ibadət zalının qarşısında ümumi sahəsi 80 kvadrat metr olan daha da böyük ibadət otağı var. Bu ərazisinin 45 kvadrat metri qadınlar üçün ayrılıb. Qalan hissəsindən isə dəhliz kimi istifadə olunur.
Məscidin minbəri ağacdan hazırlanıb və nəfis əl naxışları ilə bəzədilib. Nəbati ornamentlərlə bəzədilmiş mehrabın hündürlüyü üç metrdir.
Məscidin bişmiş kərpicdən tikilmiş minarəsi dairəvi formaya malikdir. Hündürlüyü 14 metrdir[7]. Tikintinin əsas tutumuna daxil edilmiş minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq və qabiliyyətlərini özündə əks etdirir[6].
Şəkilləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Ömər Əfəndi məscidi" (az.). sheki.heritage.org.az. 13 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2022.
- ↑ 1 2 "Şəkinin mədəni-tarixi abidələri" (az.). anl.az. 24 oktyabr 2013. 5 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2022.
- ↑ "Məscidlər və dini icmalar" (az.). irs.gov.az. 13 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2022.
- ↑ "Религиозные общества". Министерство культуры и туризма Азербайджанской Республики. 19 iyul 2013 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ 1 2 Orkhan Ali. "İbadət evləri: hansı rayonda necə məscid var? - V YAZI" (az.). modern.az. 27 aprel 2012. 27 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2022.
- ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 297. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-01.