Cikaqo Sicovul Deliyi - Wikipedia
Çikaqo siçovul dəliyi (ing. Chicago rat hole) – ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində, Rosko-Villeyc məhəlləsinin Vest-Rosko küçəsində yerləşən, siçovul formasında olan dəlik. Dəlik on illərlə mövcud olmasına baxmayaraq, 2024-cü ilin yanvarında sosial şəbəkələr sayəsində məşhur olmuş və turistləri cəlb etmişdir. Şəhər rəsmiləri 24 yanvar 2024-cü ildə dəliyin yerləşdiyi səki plitəsini götürmüşdürlər.
Orijinal foto. | |
Ölkə | ABŞ |
Şəhər | Çikaqo |
Koordinatları | 41°56′36″ şm. e. 87°40′37″ q. u.HGYO |
Çikaqo siçovul dəliyi Vikianbarda |
Təsadüfi layfkastinq nümunəsi olan dəlik "The New York Times" tərəfindən "Çikaqonun Stounhenci" adlandırılmışdır. Dəliyin mənşəyi naməlumdur.[1]
Tarixi
redaktəDəlik 6 yanvar 2024-cü ildə Çikaqoda fəaliyyət göstərən komediyaçı və yazıçı Vinslov Dumaynın tvitindən sonra məşhurlaşmışdır.[2][3][4] Paylaşım viral olmuş, bir çox çikaqolunun bu dəliyə axın etməsinə ("həcc" kimi təsvir olunmuşdur) səbəb olmuşdur. Çikaqolular dəliyə sikkə, gül, şam, pendir, siqaret, içki, oyuncaq, yemək və estradiol həbi kimi hədiyyələr qoymuşdurlar.[3][5][6] Bir qrup ziyarətçi Çikaqoya məxsus "Malört" içkisini dəlik üçün qurban kimi qoymuşdurlar.[7] Riot Fest Tarix Cəmiyyəti dəliyin yerləşdiyi ərazi üçün plakat hazırlamışdır.[8]
Dəlik 2024-cü ildə məşhurlaşsa da, yerlilərin məlumatına görə azı 20–30 il mövcuddur.[3][4][9] Yerli softbol komandası 2018-ci ildən etibarən siçovuldan qeyri-rəsmi talisman kimi istifadə edir.[10] 10 yanvar 2024-cü ildə İllinoysun 11-ci rayonunun ştat nümayəndəsi Enn Vilyams dəlik haqqında onlayn video paylaşaraq onu "11-ci rayonunun cəvahiri" adlandırmışdır.[3]
11 yanvar 2024-cü ildə Leykvyu Rokso-Villeycin Ticarət Palatası siçovul dəliyi üçün ad təklifləri qəbul etməyə başlamışdır.[11] 19 yanvarda 2024-cü ildə finalçı adlar açıqlanmış və 21 yanvara qədər sakinlər arasında səsvermə başladılmışdır: "Lil Staki", "Splatatuy", "Splat", "Rosko Rod-dent" və "Dibs".[12] "Splatatuy" qalib ad seçilmişdir.[13]
19 yanvar 2024-cü ildə naməlum bir qrup dəliyi gips və ya sementlə doldurmuşdur.[14] Şəhər rəsmiləri dəliyi doldurmadıqlarını təsdiqləmişdirlər.[15] Enn Vilyams video paylaşaraq "xəbərdan çox məyus olduğunu" bildirmişdir.[12] Yerli sakinlər dəliyi qazmağa çalışmışdır.[14] Nəhayət bir qadın dəliyi təmizləməyi bacarmış və orijinal vəziyyətə gətirmişdir.[16] Restarvasiyadan sonra Vilyams "bax, icmanın mənası budur" yazmışdır.[1] Qısa müddət sonra dəlik yaxınlığında nişan və evlilik mərasimi baş tutmuşdur.[17] Küçənin bəzi sakinləri dəliyin məşhurluğundan bezdiklərini açıqlamış, bəziləri ictimai narahatlıq, vandalizm və zibillikdən şikayətlənmişdirlər.[13] 24 aprel 2024-cü ildə Çikaqo Nəqliyyat Departamenti dəliyin yerləşdiyi səki plitəsini götürmüş, lakin dəliyin özünü qorumuşdurlar. Şəhər rəsmilərinin səki plitəsi ilə nə planlaşdırdıqları naməlumdur.[18]
Çikaqo siçovul dəliyi digər yerlərdəki oxşar dəliklərin də məşhurlaşmasına səbəb olmuşdur. Virciniya ştatının Riçmond şəhərində yerləşən, silah formasındakı dəlik yerli sakinlərin axınına məruz qalmışdır.[19]
Mənşəyi
redaktəDəliyin populyar adına baxmayaraq, yerli sakinlər onun sincab tərəfindən səbəb olduğuna inanırlar.[9] Linkol Park Zooparkının Şəhər Vəhşi Təbiəti İnstitutunun direktoru Set Maqleyə görə bir sincab ağacdan yaş betonun üstünə düşmüşdür. Magleyə görə dəliyin siçovul tərəfindən yaradılığını müdafiə edənlərin nazik quyruğu dəlil kimi göstərmələri nəzərə alınmamalıdır, çünki quyruğun xəzi tam iz buraxmır.[20] Bu nəzəriyyəni dəstəkləyən başqa bir arqument yerli sakinlərdən birinin keçmişdə bu yerdə palıd ağacının yerləşdiyini bildirməsidir.[4]
Qalereya
redaktə-
Dəliyə qoyulmuş penni.
-
Sikkələrlə doldurulmuş dəlik.
-
Dəlik üçün qoyulmuş lövhə.
-
Dəliyin götürülməsi
İstinadlar
redaktə- ↑ 1 2 Deb, Sopan. "Someone Filled the Chicago Rat Hole. Residents Took Action". The New York Times. 19 January 2024. 19 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ Winslow Dumaine [WinslowDumaine]. "Had to make a pilgrimage to the Chicago Rat Hole" (Tweet). January 6, 2024. January 18, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ 1 2 3 4 Schmall, Emily. "Chicago's Latest Attraction? A Rat-Shaped Hole". The New York Times. January 13, 2024. January 17, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ 1 2 3 Edwards, Jonathan. "Chicago has a new tourist destination: The 'Rat Hole'". The Washington Post. January 13, 2024. January 13, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ Moos, Jeanne. Rat impression in sidewalk has the internet talking (News report). New York City: CNN. January 17, 2024. January 19, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ Fisher, Alexandria. "Cheese and cigarettes: People are setting up shrines at the Chicago rat hole". NBC Chicago (ingilis). January 17, 2024. January 18, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ Miller, Violet. "'Chicago rat hole' restored by neighbors after it's mysteriously filled in: 'Chicago takes care of its own'". Chicago Sun-Times (ingilis). January 19, 2024. January 19, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ Hernandez, Alex V. "Someone Tried To Fill In Chicago's Rat Hole — But Neighbors Brought It Back To Life". Block Club Chicago (ingilis). 2024-01-19. January 19, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ 1 2 Washburn, Kaitlin. "Going down the 'rat hole?' Viral phenomenon is actually decades-old squirrel imprint beloved by the block, neighbors say". Chicago Sun-Times. January 10, 2024. January 18, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ Dudek, Mitch. "Chicago 'rat hole' figure is the longtime mascot for local softball team". Chicago Sun-Times. January 20, 2024. January 21, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ "It's time to make it an official attraction: Name the Chicago Rat Hole!". Fox 32 Chicago. January 12, 2024. January 18, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ 1 2 Hernandez, Alex V. "Someone Tried To Fill In Chicago's Rat Hole — But Neighbors Brought It Back To Life". Block Club Chicago. January 19, 2024. January 19, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ 1 2 Brennan, Noel; Harrington, Adam. "Neighbors have had it with people flocking to the Chicago 'rat hole' - CBS Chicago". CBS News. 23 January 2024. January 24, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2024.
- ↑ 1 2 Fisher, Alexandria; Shapiro, Alex; Swidler, Francie. "The Chicago 'rat hole' is no longer a hole — it appears to have been filled in". NBC Chicago. January 19, 2024. January 19, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ "Dirty rat! Culprit fills in Chicago neighborhood landmark known as the 'rat hole'". AP News (ingilis). 2024-01-20. January 20, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ Tyler Pasciak LaRiviere [TylerLaRiviere]. "A woman who didn't want to be identified due to possible "ratribution" (her words not mine) cleans the iconic Chicago Rat Hole of a plaster type substance in the 1900 block of W. Roscoe St. in the Roscoe Village neighborhood, Friday, Jan. 19, 2024" (Tweet). January 19, 2024. January 19, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ Lee, Lloyd. "Chicago's 'rat hole' was mysteriously filled and then restored. Now it's a place of holy rat-rimony". Business Insider. January 21, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ Rodriguez, Marisa. "'Chicago Rat Hole' has been removed by city". WGN-TV. 24 April 2024. April 24, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2024.
- ↑ Moreno, Sabrina. "Chicago rat hole is out. Richmond gun hole is in". Axios. 30 January 2024. January 30, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.
- ↑ "Zoo expert reveals 3 reasons why Chicago's 'rat hole' might not be a rat". NBC Chicago. January 16, 2024. January 18, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2024.