Cenesiqillilar - Wikipedia
Çənəsiqıllılar (lat. Chaetognatha) — heyvanlar aləminə aid heyvan tipi.
Çənəsiqıllılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Klad: Tip: Çənəsiqıllılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Haqqında
redaktəÇənəsiqıllılar sırf dəniz heyvanları olub, 140-a qədər növü məlumdur. Böyük əksəriyyəti plankton həyat tərzi keçirir. Dib həyat tərzi keçirən, yosunların, daşların arasında yaşayan növləri də vardır. Sürətlə hərəkət etmələrinə və bədənlərinin uzunsov olmasına görə çənəsiqıllıları dəniz oxları da adlandırırlar. Bədənləri 0.5-9 sm ölçüdə olub, şəffafdır. Bədənlərinin ön hissəsində tip üçün xarakterik olan – qıllarla təchiz olunmuş ağız aparatı yerləşir. Çənəsiqıllılar bu aparat vasitəsilə öz şikarını ovlayırlar. Çənəsiqıllılar ikinci bədən boşluğuna malik heyvanlardır. Onlarda selom yaxşı inkişaf etmişdir. Bədən 3 şöbəyə ayrılır. Baş, gövdə və quyruq. Həzm sistemi qıllarla təchiz olunmuş ağızdan, əzələli udlaqdan, və bədən boyu uzanan bağırsaqdan ibarətdir. Çənəsiqıllılardə nəin ki, bir çox orqanlar olmur, hətta onların tənəffüs, qan-damar və ifrazat sistemləri də yoxdur. Çənəsiqıllılar hermafrodit heyvanlardır və ancaq cinsi yolla çoxalırlar . Yumurtalıqlar gövdədə, toxumluqlar isə quyruq hissədə yerləşir. Yumurtanın bölünməsi radial tipdədir. Onlarda mezoderma və selom teloblastlardan inkişaf etmir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521