Zefer Ruhu Film 1989 - Wikipedia
Zəfər ruhu (ing. Triumph of the Spirit) — 1989-cu ildə çəkilən ABŞ filmi. Rejissoru Robert Milyon Yanqdır. Baş rolları Uillem Defo və Edvard Ceyms Olmos bölüşmüşdür. Ssenarisi əsl həyatda baş verən hadisələrə əsasən hazırlanıb. Filmin böyük hissəsində hadisələr Holokost zamanı Auşvitz həbs düşərgəsində cərəyan edir. Filmdə yəhudi-yunan boksçu Salamo Aruxun SS həbsxana gözətçilərinin əyləncəsi üçün məcburiyyət qarşısında digərləri ilə vuruşmasından danışılır. “Zəfər ruhu” filminə qədər heç bir filmin böyük hissəsi Auşvitz həbs düşərgəsində çəkilməmişdir.[2] Kostas Mendilorun ilk çəkildiyi filmdir.[3]
Zəfər ruhu | |
---|---|
ing. Triumph of the Spirit | |
| |
Janr | bioqrafik film, dram filmi[1] |
Əsas mövzu | İkinci Dünya müharibəsi, Holokost |
Rejissor | Robert Milyon Yanq |
Prodüserlər |
Şimon Arama Sonya Karon Arnold Kopelson Evan Kopelson Ron Yakov |
Əsərin müəllifləri |
Ancey Krakovski Lourens Hit |
Baş rollarda |
Uillem Defo Edvard Ceyms Olmos Robert Loca Vendi Qazel Kelli Volf Kostas Mendilor |
Bəstəkar | Kliff Aydelmen |
İstehsalçı | Triumph Films |
Distribütor | Triumph Films, Netflix |
İlk baxış tarixi | 1989 |
Müddət | 120 dəq |
Ölkə | ABŞ |
Dil | İngiliscə |
İl | 1989, 8 dekabr |
Rəng | rəngli |
IMDb | ID0098513 |
Süjet
redaktəSaloniki, Yunanıstanda işləyən liman fəhləsi Salamo Aruxun boksa dərin marağı var idi. 1943-cü ildə öz ailəsi və nişanlısı Alleqra ilə birlikdə tutuldu və Auşvitzə gətirildi. Arux SS həbsxana gözətçilərinin əyləncəsi üçün digər məhkumlarla boks matçı edirdi. O bilirdi ki, əgər bu təklifdən imtina etsə, ailəsi cəzalandırılacaq; əgər matçlarda qalib gəlsə, ona əlavə rasion veriləcək, əgər məğlub olsa, qaz kamerasına göndəriləcək. Ətrafında ailəsi və dostları öldü və o, yalnızca öz sevgilisi Alleqra ilə tək qaldı. Sevgilisini həyatda tutmaq üçün əlindən gələni etməkdə qərarlı idi.[4][5]
Həmçinin bax
redaktə- Kostas Mendilor – yunan-avstraliya əsilli aktyor
- Triumph Films – əsası 1982-ci ildə qoyulan ABŞ kino istehsal edən şirkət
İstinadlar
redaktə- Qeydlər
- ↑ http://www.imdb.com/title/tt0098513/.
- ↑ Travers, Piter. "Zəfər ruhu". Rolling Stone (570). 1989. 2008-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2008.
- ↑ Mendilor, Kostas. "Kostas Mendilor (Costas Mandylor)". KinoPoisk (rus). KinoPoisk. 2014-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2018.
- ↑ Taliabue, Con. "Nazi boks rinqində həyatın özü üçün mübarizə". New York Times (ingilis). 14 may 1989. 1 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2008.
- ↑ Şindeyette, Suzan; Cek Kelli; Mira Avrex. "Boksçu Salamo Aruxun "Zəfər ruhu"nda ölüm düşərgəsi döyüşləri başa çatdı". People Magazine (ingilis). 33 (7). 19 fevral 1990. 2016-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2008.
- Biblioqrafiya
- Baron, Lourens. Holokost günümüzə gətirilir: Müasir Holokost kinosunu dəyişən fokus (ingilis). Rowman & Littlefield. 2005. ISBN 0-7425-4333-1.