Yusif Bolat - Wikipedia
Yusif Memət oğlu Bolat (krımtat. Yusuf Memet oğlu Bolat, Юсуф Мемет огълу Болат; 3 (16) mart 1909, Aluşta – 22 oktyabr 1986, Daşkənd) — Sovet Krım tatar yazıçısı, dramaturq və publisist, Özbəkistanın əməkdar mədəniyyət işçisi.
Yusif Bolat | |
---|---|
Doğum tarixi | 3 (16) mart 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 1986 (77 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı |
Mükafatları |
Həyatı
redaktəYusif Memət oğlu Bolat Aluştada anadan olub. Kənd məktəbini bitirib. Yalta Tatar Pedaqoji Texnikumunda təhsil alıb, Yalta vilayət komsomol komitəsində işləyib. 1931-ci ildə Krım Pedaqoji İnstitutunun Krım tatar dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, daha sonra aspiranturada təhsil almışdır.[1]
Müharibələrarası dövrdə Krım Dövlət Tatar Dram Teatrının səhnəsində Bolatın yeddi pyesi tamaşaya qoyulub. 1937-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü olub.
1937-ci ildə Krım Yazıçılar İttifaqının iclasında o, məruzə ilə çıxış edərək, digər məsələlərlə yanaşı, Krım yazıçılarının yaşlı nəslinin sovet ölkəsinin mənafeyinə xəyanət etdiyini, sovet sisteminə nifrət və oxucuları bu cür ruhda tərbiyə etdiyini bildirib. Ardınca bir sıra yazıçılar, o cümlədən İrqat Qədir həbs edilib.
1937-1939-cu illərdə - Krım Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqının məsul katibi olub.[1] 1939-1941-ci illərdə “Ədəbiyyat Şurası” (“Sovet ədəbiyyatı”) jurnalının redaktoru, 1941-ci ildən “Qızıl Qırım” qəzetinin redaktor müavini, 1942-ci ildən Moskvada radio komitəsində Krım tatar radiosunun verilişlərinin məsul redaktoru vəzifələrində çalışıb.
1944-cü ildə krım tatarlarının deportasiyası zamanı Özbəkistana deportasiya olunub, burada müəllim, sonra isə jurnalist kimi fəaliyyət göstərib. 1961-1984-cü illərdə “Lenin Bayrağı” qəzetində şöbə müdiri, sonra məsul katib, daha sonra redaktor müavini vəzifələrində çalışıb.[1] Özbəkistanın əməkdar mədəniyyət işçisi fəxri adını alıb.
Yusif Bolat 1986-cı ildə Daşkənddə vəfat etmişdir.
Şəxsi həyatı
redaktə1939-cu ildən yazıçılar Şamil Aladin və Maqsud Süleymanla Simferopolda Jukovski, 20 küçəsindəki “Mütəxəssislər evi”ndə bir mənzildə yaşayıb. 1940-cı ildə Sıdıka Umerova ilə nigaha girib.
Yusuf Bolat Şamil Ələddinin dayısı idi.
Mükafatları
redaktə- "Qırmızı əmək bayrağı" ordeni (16.03.1979)
Yaradıcılığı
redaktəBəzi əsərləri:
- “Zənglər çalanda” (krımtat. “Çañlar qaqılğanda”)
- “Yaşamaq istəyirəm” (krımtat. “Yaşamaq isteyim”)
- “Son gecə” (krımtat. “Sonki gece”)
- "Alim" (krımtat. “Alim”)
- “Arzı qız” (krımtat. “Arzı qız”)
- “Toy davam edir” (krımtat. “Toy devam ete”)
- “Saf ürəklər” (krımtat. “Saf Yürekler”)
- "Hənifə" (krımtat. "Anife")
İstinadlar
redaktə- ↑ 1 2 3 Абдульвапов Н. Дом специалистов, в котором в 1930–1940-е гг. жил ряд выдающихся крымскотатарских государственных и культурных деятелей // Свод памятников истории, архитектуры и культуры крымских татар. III. г. Симферополь. Белгород: КОНСТАНТА. гл. ред. Р. С. Хакимов. 2018. 358. ISBN 978-5-906952-68-4.