Yehoyakim - Wikipedia
Yəhudilik fəlsəfəsi
Dini mətnlər
Müqqədəs şəhərlər
Dini şəxsiyyətlər
Musəvilik həyat tərzi
Məktəblər
Dini rollar
Dini tikililər
Etnik bölünmələr
Musəvi məzhəbləri
Dini obyektlər
Digər dinlərlə əlaqələr
|
Yehoyakim (və ya Jehoiakim, Jehoikim) (İvrit: יְהוֹיָקִים Tanrı təşkil etdi; Yunanca: Ιωακιμ; Latınca: Joakim), E.Ə 635 - 597-ci illər arasında Yehuda kralı olmuşdur. Yoşiyahunun Rumahlı Pedayanın qızı Zevudadan olan ikinci oğludur.[1] Doğum adı Eliakimdir. (İvrit: אֶלְיָקִים; Yunanca: Ελιακιμ; Latınca: Eliakim).
Yoşiyanın ölümündən sonra yerinə Yehoyakimin qardaşı Yehoahaz başa keçdi, lakin üç ay sonra firon II. Neko onu taxtdan endirib yerinə qardaşı Eliakimi gətirdi,[2] Eliakim, Yehoyakimin adını mənimsəyib 25 yaşında kral oldu. Yehoahaz, Misirə sürgündə ikən öldü.[3]
Yehoyakim taxta keçdikdə 25 yaşında idi və E.Ə 598-ci ilə qədər 11 il ərzində krallıq etdi.[4] Yerinə oğlu Yekoniya keçdi və yalnız üç ay krallıq etdi.[5][6]
Regional güclərlə əlaqələri
redaktəE.Ə 608-ci ildə, Yehoahazın üç ay davam edən krallığından sonra firon II. Neko Yehoahazını taxtından endirib Misirə getdi (və orada öldü), yerinə Yehoahazın qardaşı Yehoyakimi gətirdi. Yehoyakim, Misirin milliyyəti altında olub yüklücə xərac ödəyirdi. Pulu vaxtında çatdıra bilmək üçün "Yahuda xalqından hər kəsin gücü nisbətində qızıl və gümüş topladı".[7]
E.Ə 605-ci ildə Qırqamış Müharibəsində Misir Babillilərə məğlub olanda Yehoyakim tərəf dəyişib Babilli Nebukadnezara xərac verməyə başladı.
Üç il sonra müharibə başlayanda Yehoyakim təkrar Misir tərəfinə keçib Babilistana xərac verməyi kəsdi. Nebukadnezar, E.Ə 599-cu ildə Yehudanı zəbt edib Qüdsü mühasirəyə aldı. E.Ə 598-ci ildə Yehoyakim öldü [8] və yerinə oğlu Yekoniya keçdi. Qüds 3 ay ərzində məğlub oldu.[5][9] Nebukadnezar, Yekoniyanı taxtından endirib yerinə Yehoyakimin qardaşı Sıdkiyanı gətirdi. Yekoniya, ailəsi, elit təbəqənin böyük hissəsi və Yehudalı sənətkarlar Babilistana sürgün edildi.[10] Bu zaman Sıdkiya, xarab olmuş ölkənin kralı olmağa və xərac ödəməyə məcbur edildi.
Babilistan Tarixçəsinə görə,[11] E.Ə adar ayının ikisi (16 Mart) 597-ci ildə Qüds məğlub oldu:
Nebukadnezar hakimiyyətinin 7-ci ayında, Kislev (noyabr/dekabr) ayında Babil kralı ordusunu topladı və Hattini (Suriya/Fələstin) işğal etdikdən sonra Yehuda şəhərini mühasirəyə aldı. Adar ayının ikisində (16 Mart) şəhəri fəth etdi və kralı (Yekoniyanı) əsir aldı. Öz yerinə seçdiyi bir kral (Sıdkiya) qoydu, ağır xərac topladıqdan sonra onları Babilistana göndərdi.[12]
Peyğəmbərlər
redaktəYeremyanın proqnoz yazılarını yandırmaqla tanınır.[13] Yeremya, kralın siyasətlərini tənqid etmiş, qanunlara tabe olması və tövbə etməsi üçün israr etmişdi. Bir başqa peyğəmbər olan Uriya ben Sxemə da Şemaya da eyni şeyləri söyləmiş və kralın əmri ilə öldürülmüşdü. Yeremyanın öldürülməməsinin səbəbi yəqin ki, əlaqələri olmasıdır.[14]
İstinadlar
redaktə- ↑ "2 Krallar 23:36". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
- ↑ "2 Krallar 23:34". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
- ↑ Philip J. King, Jeremiah: An Archaeological Companion (Westminster John Knox Press, 1993), page 20.
- ↑ Dan Cohn-Sherbok, The Hebrew Bible, Continuum International, 1996.
- ↑ 1 2 "2 Tarihler 36:9". 2015-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
- ↑ Philip J. King, Jeremiah: An Archaeological Companion (Westminster John Knox Press, 1993), page 23.
- ↑ "2 Krallar 23:35". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-21.
- ↑ Dan Cohn-Sherbok, The Hebrew Bible, Continuum International, 1996, page x.
- ↑ Philip J. King, Jeremiah: An Archaeological Companion (Westminster John Knox Press, 1993), page 23.
- ↑ Philip J. King, Jeremiah: An Archaeological Companion' (Westminster John Knox Press, 1993), page 21.
- ↑ Geoffrey Wigoder, The Illustrated Dictionary & Concordance of the Bible Pub. by Sterling Publishing Company, Inc. (2006)
- ↑ No 24 WA21946, The Babylonian Chronicles, The British Museum
- ↑ "Yeremya 36:1-32". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-08.
- ↑ James Maxwell Miller, John Haralson Hayes, A History of Ancient Israel and Judah (Westminster John Knox Press, 1986) page 404-405.