Yastimeyve Karopodium - Wikipedia
Yastımeyvə karopodium (lat. Caropodium platycarpum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin karopodium cinsinə aid bitki növü.
Yastımeyvə karopodium | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Yastımeyvə karopodium |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik, çılpaq bitkidir. Gövdə qalxanvari budaqlanır, 20-45 sm hündürlüyündədir. Yarpaq ayası nazik, sərt və yarıqlıdır, kasa yarpaqlarının dişcikləri görünür. Yarpaq lövhələri lansetvaridir, ikiqat-yarılmış lələklidir, son ayları uzun, nazik, cod tükcüklüdür. Çətirlərində 5-12 ədəd şüaları vardır. Kasa yarpaqlarının dişicikləri qısa, bizvaridir, meyvə ətarfında bərkdir. Meyvələri çox uzundur, 9-10 mm-dir, qanadsızıdır, qısa yoğun ayaqcıqlı, pişik pəncəsinə bənzərdir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə iyun, meyvəvermə iyun-iyul aylarına təsadüf edir. Kserofitdir. Orta və yuxarı dağ qurşaqlarında, meşə-kolluq, quru yamaclarda rast gəlinir. Efiryağlı bitkidir.
Yayılması
redaktəNaxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Küküdağ, Dərəboğaz və Batabat əraziləri; Culfa rayonu — Aracıq dağ; Ordubad rayonu — Nürgüt, Nəsirvaz kəndləri ətrafı).
Sayı və tendensiyası
redaktəAntropogen təsirlər nəticəsində yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
redaktəƏdviyyat kimi əhali tərəfindən həddindən artıq toplanılması.
Mühafizə tədbirləri
redaktəPopulyasiyaları nisbətən təhdit altında olduğundan qorunması vacibdir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Grammosciadium platycarpum Boiss. & Hausskn.
- Stenodiptera platycarpa (Boiss. & Hausskn.) Koso-Pol.